Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1522/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 noyabr 2022-ci il tarixə 553,37 manat gecikdirilmiş əsas, 514,60 manat gecikdirilmiş mükafat məbləği və həmin günə hesablanmış 357,43 manat dəbbə pulu, lizinq obyekti olan "xxxx" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1581,50 manat olmaqla, ümumilikdə 3006,90 manat borcun və ödənilmiş 50,10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinə əsasən onun sifarişi ilə 2021-ci il buraxılışlı, "xxxx" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF803234 ban nömrəli, ağ rəngli avtomobil 14950 manat dəyərləndirilərək İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 24,5 % ödəməklə 48 aylıq müddətə hər ay 389,61 manat olmaqla, ümumilikdə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatını əsas məbləğ təşkil edir. X1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı, 77- PE-826 dövlət qeydiyyat nişanlı avtomobil 10 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1581,50 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 noyabr 2022-ci il tarixə ümumilikdə 1425,40 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirak olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli MAS- 4490 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - Cavabdeh tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 14950 manat, "xxxx" minik markalı, ağ rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 1 dəfə 389,61 (sonuncu ay 390,27) manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 48 ay təşkil edir. İlkin olaraq 3100 manat ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan dəyəri 14950 manatlıq "xxxx" minik markalı, ağ rəngli nəqliyyat vasitəsi Cavabdeh təqdim edilmişdir. - İddiaçı MMC Servisin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, "xxxx" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə təmir-bərpa işlərinə 1581,50 manat vəsait tələb olunur. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə MMC-nin saxlancına təhvil verilmişdir. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 4773 saylı xəbərdarlığından (pretenziya məktubu) görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə MMC-yə 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinə əsasən 1425,40 manat məbləğində yaranmış borcun və 1581,50 manat dəymiş zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “daxili lizinq müqaviləsi”nin 15 gün ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2023-cü il tarixli, 262 saylı arayışdan görünür ki, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 553,37 manat əsas, 514,60 manat mükafat və həmin günə hesablanmış 357,43 manat cərimə pulu, cəmi 1425,40 manat borcu vardır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3607 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "xxxx" markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1541 manat müəyyən edilir. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi ona 357,43 manat dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hazırki iddia tələbi üzrə 357,43 manat məbləğində dəbbə (cərimə) pulunun azaldılaraq 31,03 manat məbləğində hesablanmasını qanuni, əsaslı və ədalətli olmaqla, iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, lizinq alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı MMC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan lizinq obyektini istismar edərkən onu yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı MMC bu maddi zərərin dəyərini məlum qüsur aktına əsasən 1581,50 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı ekspert tərəfindən hesablanmış və xx.xx.2023-cü il tarixli, 9/3607 saylı rəylə müəyyən edilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "xxxx" markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1541 manat təşkil edir. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 1541 manat pul tutulmalıdır. Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı müqaviləyə əsasən 553,37 manat əsas, 514,60 manat mükafat və 31,03 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 1541 manat olmaqla, cəmi 2640 manat pul və 50,10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinə əsasən 553,37 manat əsas, 514,60 manat mükafat və 31,03 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 1541 manat olmaqla, cəmi 2640 manat pul və 50,10 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1522/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1522/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver