Məhkəmə qərarları › İş №e-2(012)-1548/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1548/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1548/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün 167,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 202,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon üçün 36,40 manat ödənilməmiş hissə, 3,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün 389,60 manat ödənilməmiş hissə, 38,40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompüter üçün 50,70 manat ödənilməmiş hissə, 5,30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon üçün 328,40 manat ödənilməmiş hissə, 32,60 manat cərimə borcu olmaqla, ümumilikdə 1.338 manat borc və ödənilmiş dövlət rüsumuna görə 33,38 manat məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli, İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon, Samsung LED TV, İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon, İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon, Lenovo markalı kompüter, İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon almış və nəticədə 1.338 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2019cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.860 manat (yəni 24 ay x 77 manat + 12 manat ilkin ödəniş) olan Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün ümumilikdə 184 manat olmaqla, ondan 167,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 450 manat (yəni 21 ay x 21 manat + 9 manat ilkin ödəniş) olan İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 46 manat olmaqla, ondan 42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 665,40 manat (yəni 24 ay x 26,60 manat + 27 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 223 manat olmaqla, ondan 202,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 614,40 manat (yəni 24 ay x 25,60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon üçün ümumilikdə 40 manat olmaqla, ondan 36,40 manat ödənilməmiş hissə, 3,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.678,60 manat (yəni 18 ay x 147,70 manat + 20 manat ilkin ödəniş) olan İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün ümumilikdə 428 manat olmaqla, onda 389,60 manat ödənilməmiş hissə, 38,40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.216,80 manat (yəni 24 ay x 50,70 manat + 0 manat ilkin ödəniş) olan Lenovo markalı kompüter üçün ümumilikdə 56 manat olmaqla, ondan 50,70 manat ödənilməmiş hissə, 5,30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 852 manat (yəni 12 ay x 71 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon üçün ümumilikdə 361 manat olmaqla, ondan 328,40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,60 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 7.119,90 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün 167,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 202,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon üçün 36,40 manat ödənilməmiş hissə, 3,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün 389,60 manat ödənilməmiş hissə, 38,40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompüter üçün 50,70 manat ödənilməmiş hissə, 5,30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon üçün 328,40 manat ödənilməmiş hissə, 32,60 manat cərimə borcu olmaqla, ümumilikdə 1.338 manat borc və ödənilmiş dövlət rüsumuna görə 33,38 manat məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 30 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 02 fevral 2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2019-cu il tarixli, 00902850 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01098042 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20215247 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung LED TV qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20335911 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 21197956 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 21246313 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Lenovo markalı kompüter qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 22051493 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 13 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün 167,80 manat ödənilməmiş hissə və 16,20 manat cərimə olmaqla, ümumilikdə 184 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün 42 manat ödənilməmiş hissə və 4 manat cərimə olmaqla, ümumilikdə 46 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 202,40 manat ödənilməmiş hissə və 20,60 manat cərimə olmaqla, ümumilikdə 223 manat borcu vardır. Həmin maliyyə və ödəniş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********1620 olan X1 8 üçün 36,40 manat ödənilməmiş hissə və 3,60 manat cərimə olmaqla, ümumilikdə 40 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün 389,60 manat ödənilməmiş hissə və 38,40 manat cərimə olmaqla, ümumilikdə 428 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompüter üçün 50,70 manat ödənilməmiş hissə və 5,30 manat cərimə olmaqla, ümumilikdə 56 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon üçün 328,40 manat ödənilməmiş hissə və 32,60 manat cərimə olmaqla, ümumilikdə 361 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini yerinə yetirməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 33,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 24 aya 77 manat aylıq ödəmək şərti ilə Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli, 03 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 21 aya 21 manat aylıq ödəmək şərti ilə İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 24 aya 26,60 manat aylıq ödəmək şərti ilə Samsung LED TV, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 24 aya 25,60 manat aylıq ödəmək şərti ilə İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 18 aya 147,70 manat aylıq ödəmək şərti ilə İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 24 aya 50,70 manat aylıq ödəmək şərti ilə Lenovo kompüter, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçındən 12 aya 71 manat aylıq ödəmək şərti ilə İMEİ Kodu **********92135 olan Oppo F17 markalı telefon almışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun xx.xx.2019cu il tarixli müqavilə üzrə 167,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 42 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 202,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 36,40 manat ödənilməmiş hissə, 3,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 389,60 manat ödənilməmiş hissə, 38,40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50,70 manat ödənilməmiş hissə, 5,30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 328,40 manat ödənilməmiş hissə, 32,60 manat cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10 sentyabr 2019-cu il tarixli, 00902850 saylı müqaviləyə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün 167,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə borcu, 03 dekabr 2019-cu il tarixli, 01098042 saylı müqaviləyə əsasən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu, 08 aprel 2020-ci il tarixli, 20215247 saylı müqaviləyə əsasən Samsung LED TV üçün 202,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə borcu, 08 iyun 2020-ci il tarixli, 20335911 saylı müqaviləyə əsasən İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon üçün 36,40 manat ödənilməmiş hissə, 3,60 manat cərimə borcu, 23 sentyabr 2020-ci il tarixli, 21197956 saylı müqaviləyə əsasən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün 389,60 manat ödənilməmiş hissə, 38,40 manat cərimə borcu, 14 oktyabr 2020-ci il tarixli, 21246313 saylı müqaviləyə əsasən Lenovo kompüter üçün 50,70 manat ödənilməmiş hissə, 5,30 manat cərimə borcu, 16 noyabr 2020-ci il tarixli, 22051493 saylı müqaviləyə əsasən İMEİ Kodu **********92135 üçün Oppo F17 markalı telefon üçün 328,40 manat ödənilməmiş hissə, 32,60 manat cərimə borcu olmaqla, ümumilikdə 1.338 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 33,38 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli, 00902850 saylı müqaviləyə əsasən Malta - Yumşaq - 3 yerli, Elegant - Yumşaq - 1 yerli üçün 167,80 (yüz altmış yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 16,20 (on altı manat, iyirmi qəpik) manat cərimə borcu, 03 dekabr 2019-cu il tarixli, 01098042 saylı müqaviləyə əsasən İMEİ Kodu **********72082 olan Samsung Galaxy A10 markalı telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, 08 aprel 2020-ci il tarixli, 20215247 saylı müqaviləyə əsasən Samsung LED TV üçün 202,40 (iki yüz iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20,60 (iyirmi manat, altmış qəpik) manat cərimə borcu, 08 iyun 2020-ci il tarixli, 20335911 saylı müqaviləyə əsasən İMEİ Kodu **********71620 olan X1 8 markalı telefon üçün 36,40 (otuz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 3,60 (üç manat, altmış qəpik) manat cərimə borcu, 23 sentyabr 2020-ci il tarixli, 21197956 saylı müqaviləyə əsasən İMEİ Kodu **********51841 olan iPhone 11 markalı telefon üçün 389,60 (üç yüz səksən doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 38,40 (otuz səkkiz manat, qırx qəpik) manat cərimə borcu, 14 oktyabr 2020-ci il tarixli, 21246313 saylı müqaviləyə əsasən Lenovo markalı kompüter üçün 50,70 (əlli manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 5,30 (beş manat, otuz qəpik) manat cərimə borcu, 16 noyabr 2020-ci il tarixli, 22051493 saylı müqaviləyə əsasən İMEİ Kodu **********92135 üçün Oppo F17 markalı telefon üçün 328,40 (üç yüz iyirmi səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 32,60 (otuz iki manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.338 (min üç yüz otuz səkkiz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33,38 (otuz üç manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar