Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1554/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 27.10.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung tozsoran üçün 29 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 18.05.2019cu il tarixli müqaviləyə əsasən, Philips üz qırxan üçün 195 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, 25.06.2019-cu il tarixli müqaviləyə əsasən, Xiaomi qulaqlıq üçün 76 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla, ümumilikdə 714 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 27.10.2018-ci il, 18.05.2019-cu il, 23.07.2019-cu il və 25.06.2019-cu tarixli müqavilələrə əsasən, Samsung tozsoran, Philips üz qırxan, İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon və Xiaomi qulaqlıq almış və 714 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 288 manat olan Samsung tozsoran üçün 29 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, alqı-satqı qiyməti 366 manat olan Philips üz qırxan üçün 195 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, alqı-satqı qiyməti 546 manat olan İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu və alqı-satqı qiyməti 176 manat olan Xiaomi qulaqlıq üçün 76 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla, ümumilikdə 714 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 725 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 27.10.2018-ci il tarixli, 00350034 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Samsung tozsoran almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.05.2019-cu il tarixli, 00669250 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Philips üz qırxan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.07.2019-cu il tarixli, 00799953 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.06.2019-cu il tarixli, 00743327 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Xiaomi qulaqlıq almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung tozsoran üçün Cavabdeh 29 manat ödənilməmiş məbləğ və 2 manat dəbbə pulu, Philips üz qırxan üçün 195 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu və Xiaomi qulaqlıq üçün 76 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla ümumilikdə 714 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. 27.10.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung tozsoran üçün 29 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 18.05.2019-cu il tarixli müqaviləyə əsasən, Philips üz qırxan üçün 195 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 23.07.2019cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24355 olan Samsung Galaxy A30 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, 25.06.2019-cu il tarixli müqaviləyə əsasən, Xiaomi qulaqlıq üçün 76 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla, ümumilikdə 714 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1554/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1554/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver