Məhkəmə qərarları › İş №e-2(012)-1558/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1558/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1558/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 30 may 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S4K558028 saylı, 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə 62 manat əsas borc, 18 manat dəbbə pulu və S4K5737852 saylı, 23 avqust 2019-cu il tarixli müqavilə üzrə 477 manat əsas, 142 manat dəbbə pulu borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 729 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 21 dekabr 2018-ci il və 23 avqust 2019-cu il tarixlərində “Alqı-satqı” müqavilələri bağlanmışdır. Cavabdeh 21 dekabr 2018-ci il tarixli S4K558028 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 261 (iki yüz altmış bir) manat olan 1 ədəd ‘‘Huawei Y5 Lite” markalı telefon almış, ilkin ödəniş olaraq 0 (sıfır) manat ödəniş etmiş, nəticədə 62 manat əsas borcu, 23 avqust 2019-cu il tarixli S4K5737852 saylı müqavilənin şərtlərinə əsasən isə 833 (səkkiz yüz otuz üç) manat olan 1 ədəd ‘‘Samsung Galaxy A50” markalı telefon almış, ilkin ödəniş olaraq 5 (beş) manat ödəniş etmiş, nəticədə 477 manat əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən hər iki müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə hər birinə 2 (iki) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilələrin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 261 manat olan 1 ədəd ‘‘Huawei Y5 Lite” markalı telefon üçün ümumilikdə 62 (altmış iki) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, alqı-satqı qiyməti 833 manat olan 1 ədəd ‘‘Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki) manat cərimə borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi, onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, S4K558028 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı ümumi dəyəri 261 (iki yüz altmış bir) manat olan 1 ədəd ‘‘‘Huawei Y5 Lite” markalı telefonu qəbul etmiş, ilkin ödəniş ödənilməmiş və 261 (iki yüz altmış bir) manatı 12 ay müddətinə ayda 21,75 (iyirmi bir manat yetmiş beş qəpik) manat olmaqla hər ayın 20-dək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 avqust 2019-cu il tarixli, S4K5737852 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı ümumi dəyəri 833 (səkkiz yüz otuz üç) manat olan 1 ədəd ‘‘Samsung Galaxy A50” markalı telefonu qəbul etmiş ilkin ödəniş çıxıldıqdan sonra qalan 828 (səkkiz yüz iyirmi səkkiz) manatı 12 ay müddətinə ayda 69 (altmış doqquz) manat olmaqla hər ayın 22-dək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 62 manat əsas borc, 18 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 477 manat əsas borc, 142 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 -ci maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5 maddəsinə əsasən Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən ondan xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 62 (altmış iki) manat, cərimə borcu üzrə 18 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə əsas borc üzrə 477 (dörd yüz yetmiş yeddi) manat və 14 cərimə məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 14 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 62 manat əsas və 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 477 manat əsas və 14 manat cərimə, ümumilikdə 571 (beş yüz yetmiş bir) manat borc, dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar