Məhkəmə qərarları › İş №e-2(012)-162/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-162/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-162/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 yanvar 2022-ci il tarixə 564,83 manat gecikdirilmiş əsas, 239,29 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,49 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1.850 manat məbləğində pulun, ümumilikdə 2.961,61 manat borc və ödənilmiş 49,62 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA517020 ban, 0377 mühərrik nömrəli, qara rəngli avtomobil 12.150 manat məbləğinə İddiaçı mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 402,06 manat, ümumilikdə isə 14.474 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 yanvar 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.850 manat dəyərində ziyan dəymişdir. Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 yanvar 2022-ci il tarixə 564,83 manat gecikdirilmiş əsas, 239,29 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,49 manat dəbbə pulu, cəmi 1.111,61 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış 16 oktyabr 2020-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 yanvar 2022-ci il tarixə 564,83 manat gecikdirilmiş əsas, 239,29 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,49 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1.850 manat məbləğində pulun, ümumilikdə 2.961,61 manat borc və ödənilmiş 49,62 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri poçt zərfinə “köçüb” və “imtina edilib” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin təsdiq edilmiş surətindən görünür ki, Lizinq verən İddiaçı Lizinq alan Cavabdeh sifariş etdiyi 1 saylı Əlavədə göstərilən lizinq obyektini (2014-cü il buraxılışlı, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA517020 ban nömrəli, 0377 mühərrik nömrəli, qara rəngli avtomobili) öz mülkiyyətinə əldə edilməsini və muzdla həmin avtomobili sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 12.105 manat təşkil edir. Lizinq obyekti Cavabdeh 36 ay müddətinə lizinqə verilir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 15 (on beş) gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqaviləyə birtərəfli qaydada xitam verə bilər; İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, Lizinq alan Cavabdeh illik 12% hesablanmaqla 36 ay müddətinə hər ay 402,06 manat olmaqla, əsas məbləğ üzrə 12.105 manat, mükafat məbləği üzrə 2.369 manat, cəmi 14.474 manat məbləğində lizinq ödənişini Lizinq verən İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi xx.xx.2024-cü ildir; İddiaçı (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 02 noyabr 2021-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı MMC-nin mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alana təhvil-təslimini aparmışlar; AC seriyalı 349689 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir; Ramin Həşimov ilə Elçin Aslanov arasında 20 yanvar 2021-ci il tarixdə bağlanmış təhvil-təslim aktının surətindən görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçınə təhvil-təslimini aparmışlar; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri üçün 1.850 manat tələb olunur; xx.xx.2022-ci il tarixli 051 nömrəli xəbərdarlığın (pretenziya məktubu) surətindən və qaimədən görünür ki, Cavabdeh LİZ-1464 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin dərhal ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin ləğv ediləcəyi və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur; xx.xx.2022-ci il tarixli, 065 nömrəli arayışdan görünür ki, Cavabdeh 02 noyabr 2021ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçınə əsas borcu 564,83 manat, mükafat borcu 239,29 manat, cərimə borcu 307,49 manat, cəmi 1.111,61 manat borcu vardır; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 49,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 9/6846 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.350 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı mülkiyyətindən olan lizinq obyekti sayılan “DAEWOO GENTRA MİNİK” markalı avtomobili 36 ay müddətinə lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçınə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən İddiaçı pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi ləğv edilməli və borc tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edildi ki, lizinq obyekti hazırda iddiaçıya qaytarılmışdır, lakin lizinq obyektinə maddi ziyan vurulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyinə əsasən “DAEWOO GENTRA MİNİK” markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.350 manat məbləğində ziyan dəymişdir. Ona görə də iddia bu hissədə qismən təmin edilərək avtomobilə dəymiş ziyana görə 1.350 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 49,62 manat və ekspertiza xərci üçün 140 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 49,62 manat pul vəsaitinin 35 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitinin 30 manatı iddiaçıdan və 70 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 564,83 (beş yüz altmış dörd manat, səksən üç qəpik) manat əsas borc, 239,29 (iki yüz otuz doqquz manat, iyirmi doqquz qəpik) manat mükafat, 50 (əlli) manat dəbbə pulu və 1.350 (min üç yüz əlli) manat dəymiş zərər olmaqla, cəmi 2.204,12 (iki min iki yüz dörd manat, on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilməli, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat pul vəsaitinin 35 (otuz beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməli, İddiaçındən 30 manat və Cavabdeh 70 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, LİZ-1464 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 564,83 (beş yüz altmış dörd manat, səksən üç qəpik) manat əsas borc, 239,29 (iki yüz otuz doqquz manat, iyirmi doqquz qəpik) manat mükafat, 50 (əlli) manat dəbbə pulu və 1.350 (min üç yüz əlli) manat dəymiş zərər olmaqla, cəmi 2.204,12 (iki min iki yüz dörd manat, on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat pul vəsaitinin 35 (otuz beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçındən 30 manat və Cavabdeh 70 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar