Məhkəmə qərarları › İş №e-2(012)-162/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-162/2024

05.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-162/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh4 qarşı qanunsuz tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı qanunsuz tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin arasında çəkilmiş hasara bitişik aparılan qanunsuz tikintinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Qədirov X6 rayonu, Masazır kəndi, Nəsib bəy Yusifbəyli küçəsi ev 49 ünvanında yaşayır. Həmin ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair onun adına reyestrdən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, ünvan 3 ünvanında hasar qonşusu olan hazırki iş üzrə cavabdeh X4 tikinti norma və qaydalarını kobud surətdə pozmaqla torpaq sahələri arasında çəkilmiş hasara bitişik 2 mərtəbəli fərdi yaşayış evi inşa edir. İnşa edilən ev tikinti norma və qayadalarının ciddi surətdə pozulması ilə hasara bitişik tikilməklə yanaşı, eyni zamanda iddiaçıya məxsus evin pəncərəsinin qarşısında tikilməklə evə düşən günəş şüalarının qarşısını alır, eyni zamanda, qeyri-qanuni tikintisi aparılan yaşayış evi ara məsafəsi qaydalarına riayət edilməməklə tikildiyindən onun damından axan qar və yağış suları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin özülünə ziyan vuracaqdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdeh X2 evin qanunvericiliklə nəzərdə tutulmuş ara məsafəsi qaydalarına riayət edilməklə tikilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən xəbərdarlıqlara məhəl qoyulmadan qeyri-qanuni tikinti işlərini başa çatdıracağını bildirmişdir və tikinti işləri hazırda da davam etdirilməkdədir. Hazırda evin ikinci mərtəbəsinin divarları qaldırılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh4 məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi arasında çəkilmiş hasara bitişik qanunsuz tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə və iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdilər. İşirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,02905 ha torpaq sahəsindəki 79,7 kv.metrlik ev İddiaçı adına qeydə alınmışdır. Evə dair onun adına xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsini 90000 manata Cavabdeh1 satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Onun adına A 984652 saylı xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndində yerləşən 0,014 ha torpaq sahəsini 5000 manata Cavabdeh2 satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,014 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Onun adına B 155347 saylı xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndində yerləşən 0,014 ha torpaq sahəsini 86000 manata Cavabdeh3 satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,014 ha torpaq sahəsi Cavabdeh3 adına qeydə alınmışdır. Onun adına B 159062 saylı xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,014 ha torpaq sahəsindəki 115,2 kv.metrlik ev Cavabdeh3 adına qeydə alınmışdır. Evə dair onun adına xx.xx.2024-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,014 ha torpaq sahəsindəki 115,2 kv.metrlik ev "xxxx" ASC-yə ipoteka qoyulmaqla Cavabdeh3 tərəfindən 105000 manata Cavabdeh4 satılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,014 ha torpaq sahəsindəki 115,2 kv.metrlik ev Cavabdeh4 adına qeydə alınmışdır. Evə dair onun adına xx.xx.2024-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2317 saylı rəyindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, N.B.Yusifbəyli küçəsində yerləşən, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus həyətyanı torpaq sahəsi ilə aralarında olan sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının evinin arxa tərəfində yerləşən, ölçüləri 0.6x0.6m olan 1 ədəd pəncərəsinin qarşısında inşa olunduğu müşahidə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0,02905 ha torpaq sahəsindəki 79,7 kv.metrlik ev İddiaçı məxsusdur. Onun hüquqları dövlət qeydiyyatına alınmşdır. Həmin küçədə Cavabdeh1 0,08 torpaq sahəsi məxsus olmuşdur. İşdən görünür ki, o, bu torpaq sahəsinin 0,014 ha hissəsini 5000 manata Cavabdeh2, o isə öz növbəsində 86000 manata Cavabdeh3 satmışdır. Cavabdeh3 bu torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və vahid əmlak xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışla Cavabdeh3 adına qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən 0,014 ha torpaq sahəsindəki 115,2 kv.metrlik ev "xxxx" ASC-yə ipoteka qoyulmaqla Cavabdeh3 tərəfindən 105000 manata Cavabdeh4 satılmış, vahid əmlak xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışla Cavabdeh4 adına qeydə alınmışdır. Evə dair onun adına xx.xx.2024-cü il tarixli texniki pasport tərtib edilmişdir. Mübahisəli daşınmaz əmlaka dair sənədlər hazırda qüvvədədir. İddiaçı iddia edir ki, hazırda Cavabdeh4 məxsus, lakin Cavabdeh3 tərəfindən inşa edilən ev tikinti norma və qayadalarının ciddi surətdə pozulması ilə hasara bitişik tikilməklə yanaşı, eyni zamanda iddiaçıya məxsus evin pəncərəsinin qarşısında tikilməklə evə düşən günəş şüalarının qarşısını alır, eyni zamanda, qeyri-qanuni tikintisi aparılan yaşayış evi ara məsafəsi qaydalarına riayət edilməməklə tikildiyindən onun damından axan qar və yağış suları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin özülünə ziyan vuracaqdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda;[ 3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda;[ 3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə görə bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 97.5-ci maddəsinə görə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə görə bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırki iş üzrə də sökülməsi xahiş edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, İddiaçı həmin tikilinin sökülməsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş materialları ilə müəyyən olunur ki, mübahisəli tikintiyə dair hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir və fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin tikintinin sökülməsi isə ipoteka müqaviləsi nəticəsində yaranmış münasibətlərin pozulmasına, bununla da əsas kredit öhdəliyinin (85000 manat) təminatının aradan qaldırılmasına və beləliklə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər. Məhkəmə mübahisəni həll edərkən bu faktı da nəzərə alır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2317 saylı rəyi ilə tikinti işləri aparılan zaman ara məsafəsinin gözlənilmədiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı tikintinin artıq xx.xx.2024-cü il tarixdən dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Dövlət qeydiyyatına alınmış əmlakın bu qaydada sökülməsi isə mövcud qanunvericiliyə ziddir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.3-cü maddəsinə görə əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 172.1-ci maddəsinə görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hallara məcmu halda qiymət verərək belə hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsi arasında çəkilmiş hasara bitişik qanunsuz tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə tələbini əsaslandıra bilməmiş, bu barədə iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə hesab edir ki, İddiaçı tikilinin sökülməsi barədə subyektiv hüquqa malik deyildir, o, bu barədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə iddianın əsasını formal mülahizələr kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh4 qarşı qanunsuz tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar