Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1636/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********99836 olan Samsung Galaxy A10s markalı telefon , HP kompüter üçün, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89.1 (səksən doqquz manat, 10 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Bosch üçün 1721.3 (bir min yeddi yüz iyirmi bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 516.39 (beş yüz on altı manat, 39 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Sony TV üçün , 1258.3 (bir min iki yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 377.49 (üç yüz yetmiş yeddi manat, 49 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İzqara Delonghi, Modena - Yumsaq - 3 Yerli divan üçün , 706 (yeddi yüz altı) manat ödənilməmiş hissə, 211.8 (iki yüz on bir manat, 80 qəpik) manat cərimə, ümumilikdə 5177.38 manat borc, 71.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********99836 SAMSUNG GALAXY A10S markalı telefon , HP kompüter, SOYUDUCU BOSCH, SONY TV, İZQARA DELONGHİ, MODENA - YUMSAQ - 3 YERLİ diavlamnış və nəticədə 5177.38 (beş min yüz yetmiş yeddi manat, 38 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1958.4 (bir min doquqz yüz əlli səkkiz manat,40 qəpik) manat (18 ay x 107.3 manat + 27 manat ilkin ödəniş) olan İmei kod **********99836 SAMSUNG GALAXY A10S markalı telefon , HP kompüte ürçün ümumilikdə, 386.1 (üç yüz səksən altı manat, 10 qəpik) manat olmaqla ondan, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 89.1 (səksən doqquz manat, 10 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1948.8 ( bir min doqquz yüz qırx səkkiz manat, 80 qəpik) manat (24 ay x 81.2 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU BOSCH üçün ümumilikdə, 2237.69 ( iki min iki yüz otuz yeddi manat, 69 qəpik) manat olmaqla ondan, 1721.3 (bir min yeddi yüz iyirmi bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 516.39 (beş yüz on altı manat, 39 qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1489.2 (bir min dörd yüz səksən doqquz manat, 20 qəpik) manat (24 ay x 58.3 manat + 90 manat ilkin ödəniş) olan SONY TV üçün ümumilikdə, 1635.79 (bir min altı yüz otuz beş manat, 79 qəpik) manat olmaqla ondan, 1258.3 (bir min iki yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 377.49 (üç yüz yetmiş yeddi manat, 49 qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 847.2 ( səkkiz yüz qırx yeddi manat, 20 qəpik) manat (24 ay x 35.3 manat + 0 manat ilkin ödəniş) olan İZQARA DELONGHİ, MODENA - YUMSAQ - 3 YERLİ divüçaünn ümumilikdə, 917.8 ( doqquz yüz on yeddi manat, 80 qəpik) manat olmaqla ondan, 706 (yeddi yüz altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 211.8 (iki yüz on bir manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində HP kompüter və YENİ QİZİL ZEMANET (NOUTBUK) 2 İL xidmətlərindən imtina etmiş və məhsul 1555,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 106.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1555.2 manat, digər müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 599.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin o, məhkəməyə ərizə ilə mütaciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbini qəbul etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş sənədlər: - Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kodu **********99836 olan Samsung Galaxy A10s markalı telefonu, HP kompüteri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən Bosch markalı soyuducunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən Sony TV-ni qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən , İzqara Delonghi, Modena - Yumsaq - 3 Yerli divanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 89,10 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 516,39 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 377,49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 211,8 manat dəbbə olmaqla, ümumilikdə 5177,38 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 71,78 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, həmçinin cavabdeh iddianı tam qəbul etdiyindən, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 89,10 manat dəbbə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 516,39 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 377,49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 211,8 manat dəbbə olmaqla, ümumilikdə 5177,38 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 71,78 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 89,10 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 516,39 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 377,49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 211,8 manat dəbbə olmaqla, ümumilikdə 5177,38 manat pu və dövlət rüsumu üçün 71,78 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1636/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1636/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver