Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1638/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG Led televizor üçün 700 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Sony musiqi mərkəzi üçün 376,80 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon üçün 141,20 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Solo soba üçün 408,20 manat ödənilməmiş hissə, 40,80 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sony televizor üçün 585 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla, ümumilikdə 2431 manat borc və ödənilmiş dövlət rüsumuna görə 44,31 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, LG Led televizor, Sony musiqi mərkəzi, İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon, Hoffmann Solo soba, Sony televizor almış və 2431 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1080 manat olan LG Led televizor üçün 700 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, alqı-satqı qiyməti 547 manat olan Sony musiqi mərkəzi üçün 376,80 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, alqı-satqı qiyməti 431,60 manat olan İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon üçün 141,20 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, alqı-satqı qiyməti 525,60 manat olan Hoffmann Solo soba üçün 408,20 manat ödənilməmiş hissə, 40,80 manat dəbbə pulu və alqı-satqı qiyməti 702 manat olan Sony televizor üçün 585 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla, ümumilikdə 2431 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1075 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21120785 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh LG Led televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21148953 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Sony musiqi mərkəzi almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22147206 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22210098 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Rzazadə X2 Solo soba almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22216870 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Sony televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, LG Led televizor üçün Cavabdeh 700 manat ödənilməmiş məbləğ və 70 manat dəbbə pulu, Sony musiqi mərkəzi üçün 376,80 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon üçün 141,20 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, Hoffmann Solo soba üçün 408,20 manat ödənilməmiş hissə, 40,80 manat dəbbə pulu və Sony televizor üçün 585 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla, ümumilikdə 2431 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 21120785 saylı, xx.xx.2020-ci il tarixli, 21148953 saylı, xx.xx.2020-ci il tarixli, 22147206 saylı, xx.xx.2021-ci il tarixli, 22210098 saylı və xx.xx.2021-ci il tarixli, 22216870 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2020-ci il tarixli, 21120785 saylı, xx.xx.2020-ci il tarixli, 21148953 saylı, xx.xx.2020-ci il tarixli, 22147206 saylı, xx.xx.2021-ci il tarixli, 22210098 saylı və xx.xx.2021-ci il tarixli, 22216870 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG Led televizor üçün hesablanmış 70 manat cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Sony musiqi mərkəzi üçün hesablanmış 37 manat cərimə 5 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon üçün hesablanmış 14 manat cərimə 2 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Solo soba üçün hesablanmış 40,80 manat cərimə 5 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Sony televizor üçün hesablanmış 58 manat cərimə isə 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 44,31 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 21120785 saylı müqaviləyə əsasən, LG Led televizor üçün 700 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21148953 saylı müqaviləyə əsasən, Sony musiqi mərkəzi üçün 376,80 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 22147206 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********65605 Samsung Galaxy A21s markalı telefon üçün 141,20 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 22210098 saylı müqaviləyə əsasən, Hoffmann Solo soba üçün 408,20 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli, 22216870 saylı müqaviləsinə əsasən, Sony televizor üçün 585 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 2238,20 manat borc və dövlət rüsumu kimi ödənilmiş 44,31 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1638/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1638/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver