Məhkəmə qərarları › İş №e-2(012)-1700/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1700/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1700/2022 02.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə 02 mart 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 2450 manat əsas borc və 1500 manat cərimə borcu olmaqla cəmi 3950 (üç min doqquz yüz əlli) manat, 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 637 manat əsas borc və 412 manat cərimə borcu olmaqla cəmi 1049 (bir min qırx doqquz) manat, ümumilikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat borc məbləğinin, habelə ödənilmiş 70.40 (yetmiş manat 40 qəpik) manat məbləğin İddiaçı xeyrinə tutulması məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3150 manat dəyərində, 700 manat ilkin ödəniş olunmaqla, 1 ədəd Apple markalı Macbook Air 13 M1modelli notebook 12 ay müddətinə, hər ay 204,17 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtləri cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 204,17 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Həmin 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1 % (bir faiz) cərimə ödənilməsi qeyd edilmişdir. Dəfələrlə şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq (son ödəniş: 31.08.2021-ci il tarixdən) öhdəlik yerinə yetirməmişdir. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 850 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Samsung markalı A52 128 GB blackmodelli mobil cihazı 12 ay müddətinə, hər ay 70,83 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtləri cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Həmin 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödənilməsi qeyd edilmişdir. Dəfələrlə şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq (son ödəniş: 22.10.2021-ci il tarixdən) öhdəlik yerinə yetirməmişdir. Həmin müqаvilələrin şərtləri Cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. İddiaçı hər iki müqavilə üzrə cərimə məbləğinin ağlabatan qaydada hesablayır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Hazırda, Cavabdeh 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 2450 manat əsas borc və 1500 manat cərimə borcu olmaqla cəmi 3950 manat, 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 637 manat əsas borc və 413 manat cərimə borcu olmaqla cəmi 1049 manat, ümumilikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 1500 manat cərimənin azaldılaraq 150 manat, 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 412 manat məbləğində cərimənin azaldılaraq 63 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 2450 manat əsas borc və 150 manat cərimə borcu olmaqla cəmi 2600 (iki min altı yüz) manat, 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 637 manat əsas borc və 63 manat cərimə borcu olmaqla cəmi 700 (yeddi yüz) manat, ümumilikdə 3300 (üç min üç yüz) manat borc məbləğinin, habelə dövlət rüsumu kimi ödənilmiş 70.40 (yetmiş manat 40 qəpik) manatın 50 manat hissəsində məbləğində pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31.08.2021-ci il tarixli C9790209/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 2450 manat əsas borc və 150 manat cərimə borcu olmaqla cəmi 2600 (iki min altı yüz) manat, 21.07.2021-ci il tarixli C9790172/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 637 manat əsas borc və 63 manat cərimə borcu olmaqla cəmi 700 (yeddi yüz) manat, ümumilikdə 3300 (üç min üç yüz) manat borc məbləğinin, habelə dövlət rüsumuna görə 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar