Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1741/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, A.Şərq küçəsi, 188 saylı evə (abonent kodu **********00910) əsassız borc kimi yazılmış olan 435 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı evə (abonent kodu **********00910) əsassız borc kimi yazılmış olan 435 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı ev 2016-cı il tarixdən onun mülkiyyətindədir, evdə faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00910 olmaqla cavabdeh Azəriqaz istehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. Cavabdehin əməkdaşları X2 Nüsrəddin və Qarayev Rauf tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Belə ki, onlar tərəfindən sayğaca baxış keçirilərkən plombun sınması aşkarlanmış və metroloqlar tərəfindən plombun bərpa olunması qeyd edilmişdir. Akta əsasən 435 manat borc yazılmışdır. Onun aktdan xəbəri olmamış və akta göstərilən Talıbov Fikrət qol çəkməmişdir. Qanunsuz olaraq aktda Fikrətin imtina etməsi qeyd edilmişdir. Həmin akta əsas kimi Azərbaycan Respublikası DNŞ-nin informasiya Texnologiyaları və Rabitə idarəsinin rəyinə istinad olunmuşdur. O, həmin aktın tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akt birbaşa onun maraqlarına toxunduğundan və heç bir əsas olmadan maddi ziyan vurduğundan iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt sayğacın plasmas borusunun deşilməsinə görə akt tərtib edilmiş, 403 manat cərimə hesablanmışdır. Abonentdən 2018-ci ilin iyul ayından 2021-ci ilin noyabr ayınadək tutulmalar olmuş, hazırda isə 162 manat borcu qalmışdır. 2021-ci ilin noyabr ayında mexaniki tipli sayğac dəyişdirilmişdir. Ona görə də tutulmalar dayandırılmışdır. İddiaçı 2018ci ilin yanvar ayında 25 manat, fevral ayında 25 manat, mart ayında da 25 manat ödəniş etmişdir. Bundan əlavə vətəndaş sayğacın plombunu da qırmışdır. Həmçinin o, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, **********00910 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ yəni qanunazidd, təqsirli hərəkət nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkət 2018-ci ilin mart ayında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı 2018-ci ilin mart ayı üzrə yazılmış akt əsasında qeydə alınmayan itirilmiş qazm dəyəri kimi hesablanmış və abonent hesabına yazılmış borcu mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Digər tərəfdən iddiaçıya aid **********00910 saylı abonent koduna dair Gasrep proqramından çıxarışa əsasən, onun qeyd olunan abonent koduna könüllü ödəməsi üçün yerləşdirilmiş dəymiş maddi zərərdən, yerləşdirildiyi 07/2018-ci il tarixdən mexaniki tipli sayğac quraşdırılan tarixədək, yəni 11/2021-ci il tarixədək tutulmalar aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi nahar: istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında miiqavi.ə olmalıdır”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür". Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur". Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir". Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz". Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir". Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir". Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır".“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmış müddəaya əsasən “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrini və müdafiəsinə məcbur edir”. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürdüyünü nəzərə alaraq, iddiaçının tələbinin rədd edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı evə quraşdırılmış abonent kodu **********00910 olan sayğaca baxış keçirilən zaman flyans plombun sınması aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı evə (abonent kodu **********00910) məxsus xx.xx.2018-ci il tarixli, ******* saylı akta görə 403,20 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində abonent kodu **********00910 olan, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı ev əsassız olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilərək 435 manat yox,403,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 403,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə məhkəməyə cavabdeh təşkilat tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki,xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilərkən Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı ev İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq sonuncunun və xx.xx.2018-ci il tarixli, ******* saylı aktda **********00910 nömrəli abonent kodu Talıbov Fikrət kimi göstərilən şəxslərin iştirakı təmin olunmamış, formal olaraq imzadan imtina kimi qeyd aparılmış,belə olan təqdirdə xx.xx.2018-ci il tarixli aktdan iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00910 olan, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi, 18B saylı evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 403,20 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-1741/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1741/2022
24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver