Məhkəmə qərarları › İş №e-2(012)-1757/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1757/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1757/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində (hazırda 20 Yanvar) yerləşən 2 saylı evə dair Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş dekabr 1987ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportda və Maraqlı şəxs1 Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli F-274 saylı arayışda «X13”na dair qeydin atası Nəsiman Süleyman oğluna, “İbrahimova Balanisə Əslan” qızına dair qeydin isə anası Balanisə Xalıq qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində (hazırda 20 Yanvar) yerləşən 2 saylı ev onun atası Nəsiman Süleyman oğluna məxsus olmuş və atası 19 dekabr 1988-ci ildə ölmüşdür. Onun anası Balanisə Xalıq qızı 26 iyul 2008-ci ildə ölmüşdür. Atasından miras qalan və ailə üzvləri ilə yaşadığı, qeydiyyatda olduğu fərdi evə dair vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə ərizə ilə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmiş və Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 saylı evə dair hüquqmüəyyənedici sənədlərin (çıxarışın) verilməsi ilə bağlı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi İdarəsinə müraciət edilmiş, lakin bir sıra səbəblər gətirilməklə bundan imtina olunmuşdur. Bu səbəblər sırasında valideynlərinin evə dair sənəddə olan ad, soyad və ata adları ilə bağlı uyğuzluqların olması da göstərilmişdir. Miras evə dair mərhum atası Nəsiman Süleyman oğlunun adına dekabr 1987-ci ildə texniki pasport verilmiş və həmin texniki pasportda onun barəsində qeyd “X13” kimi göstərilmişdir. Bundan başqa, Maraqlı şəxs1 Abşeron rayon X46 kənd İnzibati ərazi vahidi 5 nömrəli təsərrüfatbaşına kitabının vərəqəsində atası Nəsiman Süleyman oğlunun adına şəxsi hesab açılmış və həmin şəxsi hesab kitabında onun haqqında qeyd “X13” kimi, anası «Balanisə Xalıq qızı» haqqında qeyd isə “İbrahimova Balanisə Əslan” kimi qeyd olunmuşdur. Halbuki valideynlərinin şəxsiyyətini müəyyən edən digər sənədlərdə atası “Nəsiman Süleyman oğlu”, anası isə “Balanisə Xalıq qızı” kimi qeyd edilmişdir. Hazırda evə dair sənədlərdə olan uyğunsuzluqlar valideynlərindən miras qalan əmlak üzərində hüquqlarını rəsmiləşdirməyə imkan vermir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi və onun vəkili-nümayəndəsi Nümayəndə1 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxslər məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X43 ifadəsində bildirdi ki, ərizəçinin qudasıdır. Onlar həmçinin uzun müddətdir ki, qonşudurlar. Ərizəçinin atasının adı Nəsimandır. Mülki işin materiallarında olan AZE 0******* saylı, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1956-cı ildə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuşdur və Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 saylı evdə qeydiyyatdadır. Mülki işin materiallarında olan Sumqayıt "Asan-Xidmət” mərkəzində xüsusi notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2113 saylı məktubundan görünür ki, Sumqayıt “ASAN Xidmət” mərkəzində xüsusi notariat kontoruna 19 dekabr 1988-ci ildə vəfat etmiş mərhum X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Ərizəçi müraciət etmiş və vərəsə kimi tanınmışdır. İşdə olan Abşeron rayonu, Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 3174 saylı arayışından görünür ki, Saray qəsəbəsi 20 Yanvar küçəsindəki 2 saylı evdə qeydiyyatda olmuş, yaşamış, 19 dekabr 1988-ci ildə vəfat etmiş Nəsiman Süleyman oğlu vəfat edən günə kimi həmin ünvanda qeydiyyatda olan, aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə yaşamışdır. Əsas:- Ölüm haqqında şəhadətnamə Ш-ЖГ - № 476634; 1. X12 1952-ci il. 2. Oğlu Ərizəçi 1956-cı il. 3. Nəvəsi : X30 1968-ci il. 4. X4 1967ci il. 5. Həyat yoldaşı mərhum Balanisə Xalıq qızı 26 iyul 2008-ci ildə vəfat etmişdir. Əsas Ölüm haqqında şəhadətnamə AZ-İ 300651. 6. X5 26 mart 2010-cu ildə vəfat etmişdir Əsas:- Ölüm haqqında şəhadətnamə AZ-İ 411556; 7. X36 12 iyul 2017-ci ildə vəfat etmişdir Əsas:- Ölüm haqqında şəhadətnamə AZ-İ 881764; 8. X3 29 may 2012-ci ildə vəfat etmişdir. Əsas: Ölüm haqqında şəhadətnamə AZ-İ 869669; 9. X1 26 oktyabr 1993-cü ildə vəfat etmişdir. Əsas: Ölüm haqqında şəhadətnamə Ш-ЖГ - 448484; 10. X2 15 aprel 2019-cu ildə vəfat etmişdir. Əsas: Ölüm haqqında şəhadətnamə AZ-İİ 009083; 11. X19 20 iyul 2020-ci ildə vəfat etmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsiman Süleyman oğlu ilə Balanisə Xalıq qızı xx.xx.1956-cı il tarixdə nikaha girmişlər. İşdə olan AZ-İİ 84276 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Balanisə Xalıq qızı xx.xx.2008-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Maraqlı şəxs1 Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli F-274 saylı arayışdan görünür ki, Saray kənd inzibatı ərazi vahidi 5 saylı təsərrüfatbaşına kitabının vərəqəsində X6 adına şəxsi hesab açılmışdır. Həmin şəxsi hesab kitabında 1966-1967-ci illərin məlumatına görə onun ailə tərkibi aşağıdakılardan ibarətdir: 1.X13-ailə başçısı (1906-ci ildə anadan olması, Azərbaycanlı); 2.İbrahimova Balanisə Əslan qızı-qadın (1918-ci ildə anadan olması, Azərbaycanlı); 3.X20-kişi (1946-ci ildə anadan olmuş, Azərbaycanlı); 4.X21-kişi (1941-ci ildə anadan olması, Azərbaycanlı); 5.X15-kişi (1949-cu ildə anadan olması, Azərbaycanlı); 6.X22qadın (1952-ci ildə anada olması, Azərbaycanlı); 7.X11-kişi (1955-ci ildə anadan olması, Azərbaycanlı); 8.X18-kişi (1956-cı ildə anadan olması, Azərbaycanlı); 9.X16-kişi (1959-cu ildə anadan olması, Azərbaycanlı); 10.X7-qadın (1942-ci ildə anadan olması, Azərbaycanlı); 11. X26-kişi (1967-ci ildə anadan olması, Azərbaycanlı); 12.X30-kişi (1968ci ildə anadan olması, Azərbaycanlı) olması göstərilmişdir. Bundan başqa, 1966-1967-ci illərin məlumatına görə X6 adına, ümumi torpaq sahəsi 0,25 ha., o cümlədən tikili altında 0,02 ha. olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli, F-274 saylı arxiv arayışında göstərilən hüquq sahiblərinin ad, soyad və ata adlarında şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adları ilə kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, adlı siyahıda hüquq sahibi “X13” göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “Nəsiman Süleyman oğlu” kimi, hüquq sahibi “İbrahimova Balanisə Əslan qızı" göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “Balanisə Xalıq qızı’ kimi, hüquq sahibi “X20” göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “X17” kimi, hüquq sahibi “X21” göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “Əlibaba Nəsiman oğlu” kimi, hüquq sahibi “X18” göstərilməsinə baxmayaraq, vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi, hüquq sahibi “X16” göstərilməsinə baxmayaraq, vətəndaşın ölüm haqqında şəhadətnamədə “X10” kimi, hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq, vətəndaşın ölüm haqqında şəhadətnamədə “Rəhilə Mirabdulla qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışının müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə fəsdiq edilmədiyi aşkar edilmişdir. Həmçinin daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə keçirilən zamanı sənədlər toplusuna əlavə edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin 1 və 2 saylı otaqların, В və V həyət tikililərinin söküldüyü (aşkarlanmadığı) müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması İdarənin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. İşdə olan Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evə dair Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş dekabr 1987-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, bu sənəd X6 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində (hazırda 20 Yanvar) yerləşən 2 saylı ev Nəsiman Süleyman oğlunun mülkiyyətində olmuşdur. Onun adına Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma Bürosu tərəfindən dekabr 1987-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş (həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməklə), lakin bu sənəd tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin adı Nəsiman Süleyman oğlu əvəzinə, X13 yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində (hazırda 20 Yanvar) yerləşən 2 saylı evə dair Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş dekabr 1987-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun ərizəçinin atası mərhum Nəsiman Süleyman oğluna məxsus olması faktı müəyyən edilməlidir. Bununla belə, iddianın digər hissəsi təmin edilə bilməz, çünki Maraqlı şəxs1 Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli F-274 saylı arayış hüquq müəyyənedici sənəd hesab edilmir. Arxiv arayışından görünür ki, o, Saray kənd inzibatı ərazi vahidi 5 saylı təsərrüfatbaşına kitabının vərəqəsindəki məlumatları əks etdirir və hər hansı hüquq və ya vəzifə yaratmır. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə Maraqlı şəxs1 Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli F-274 saylı arayışda “X13”na dair qeydin atası Nəsiman Süleyman oğluna, “İbrahimova Balanisə Əslan” qızına dair qeydin isə anası Balanisə Xalıq qızına məxsus olması faktının müəyyən edilməsi hissəsində təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, 1 May küçəsində (hazırda 20 Yanvar) yerləşən 2 saylı evə dair Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş dekabr 1987-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun Ərizəçi atası mərhum Nəsiman Süleyman oğluna (ölüm haqqında şəhadətnamə: İİİ-JQ, 476634 nömrəli; ölüm tarixi xx.xx.1988-ci il) məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar