Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-178/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi verərək, Cavabdeh 1525,70 manat məbləğində sığorta ödənişi, 35,26 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 1561,36 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X5 Export b.v” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli, ASH 054/23_19 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmış «Volkswagen Polo» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan «Hyundai Accent» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində «Volkswagen Polo» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 6525,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində «Hyundai Accent» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli hesab fakturasında, yol-nəqliyyat hadisəsi nəticəsində «Volkswagen Polo» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 6525,70 manat müəyyən edilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, «Hyundai Accent» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx"xxxx"xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 1802/23 nömrəli geriyə tələb məktubundan müəyyən edildiyi kimi sığorta hadisəsi nəticəsində «Volkswagen Polo» markalı, ** PJ *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 1525,70 manat məbləğində pulun "xxxx" ASC-nin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 1525,70 manat təşkil edir. Ekspert rəyində yol-nəqliyyat hadisəsi nəticəsində «Volkswagen Polo» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2300 manat məbləğində müəyyən olunmuşdur və onlar iddiaçı tərəf olaraq qeyd edilən məbləğ ilə razı deyildirlər. Belə ki, sözügedən avtomobilə dəymiş zərərin real məbləği ilə ekspert tərəfindən müəyyən edilmiş qiymətlər uyğun gəlmir. Cavabdehdən tələb edilən məbləğ ilə ekspert rəyinə görə müəyyən edilmiş məbləğ arasında 2655,71 manat məbləğində fərq vardır. Belə ki, avtomobilə dəymiş zərərin ümumi məbləği 6525,70 manat olsa da ekspert tərəfindən verilmiş rəy ilə müəyyən edilmiş məbləğ təqribən 3500 manat təşkil edir. Hesab edirlər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən avtomobilə dəymiş zərərə görə müəyyən edilmiş məbləğ çox aşağıdır, bu səbəbdən hazırkı iş üzrə müstəqil ekspertiza mərkəzi tərəfindən rəy verilməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış «Volkswagen Polo» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 6525 manat məbləğində müəyyən edilmiş, həmin pulun 5000 manat məbləğində hissəsi isə sığorta şirkəti tərəfindən qarşılanmışdır. Hesab edir ki, ondan sığorta ödənişinə görə tələb edilən 1525 manat məbləğində pul şişirdilmiş məbləğdir və o, həmin məbləğ ilə razı deyildir. Onun fikrincə sözügedən maşına maksimum 3500 manat məbləğində zərər dəymişdir. Qeyd edir ki, iddiaçı şirkət tərəfindən verilmiş qüsur aktındakı məbləğ şişirdilmişdir və onun tələb edilən məbləğdə pulu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh «Hyundai Accent» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Azərbaycan prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 9/1797 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən baş vermiş hadisə nəticəsində 2021-ci il buraxılışlı “Volksvvagen Polo” markalı, 99-P4-122 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3504,60 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci və 1108.3-cü maddələri təşkil edir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-178/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 9/1797 saylı ekspert rəyindən göründüyü kimi nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2021-ci il buraxılışlı “Volksvvagen Polo” markalı, 99-P4-122 dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində qüsur aktında qeyd edilən cədvəldə tədqiqatı aparılmış dəyişilməli ehtiyat hissələrinin qiyməti, təmir-bərpa xərci və ƏDV-və nəzərə alınmaqla təxminən 3504,60 manat müəyyən edilmiş, qüsur aktında qeyd edilən cədvəldə tədqiqatı aparılmamış ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparılmasının mümkün olmadığı göstərilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi «Hyundai Accent» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx"xxxx"xxxx" ASC-nin hesabına ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ziyan məbləği, yəni 3504,60 manat ilə qüsur aktında qeyd edilən, ekspert rəyində tədqiqatı aparılmamış, ekspert rəyində göstərilməyən 1696,98 manatın cəmindən "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, qalan 201,58 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol və xx.xx.2023-cü il tarixli qərar ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35,26 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 5 manatı Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 25 aprel 2025-ci il tarixli, 9/1797 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh, 25 manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 201,58 manat məbləğində sığorta ödənişi, 5 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 206,98 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 25 aprel 2025-ci il tarixli, 9/1797 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh, 25 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-178/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-178/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver