Məhkəmə qərarları › İş №e-2(012)-1802/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1802/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1802/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM üçün 386,34 manat ödənilməmiş hissə, 38,66 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Toshiba GR markalı soyuducu üçün 1106,26 manat ödənilməmiş hissə, 110,74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********74791 olan Samsung Galaxy A32 markalı telefon üçün 314,5 manat ödənilməmiş hissə, 31,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon üçün 419,04 manat ödənilməmiş hissə, 41,96 manat cərimə olmaqla, ümumilikdə, 2449 manat borcun və 44,49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM, Toshiba GR markalı soyuducu, İmei kodu **********74791 olan Samsung Galaxy A32 markalı telefon, İmei kodu **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon almış və nəticədə 2449 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3178,26 manat olan Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM üçün 386,34 manat ödənilməmiş hissə, 38,66 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2352,06 manat olan Toshiba GR markalı soyuducu üçün 1106,26 manat ödənilməmiş hissə, 110,74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 567,5 manat, İmei kodu **********74791 olan Samsung Galaxy A32 markalı telefon üçün 314,5 manat ödənilməmiş hissə, 31,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1029,04 manat, İmei kodu **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon üçün 419,04 manat ödənilməmiş hissə, 41,96 manat cərimə olmaqla, ümumilikdə, 2449 manat məbləğində borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5601,56 manat təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və izahatında qeyd edilən müqavilələr üzrə yaranmış borca görə ödəniş etdiyini, lakin ödənişlərin əsas borca deyil, faiz borcuna görə çıxıldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23044582 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci i il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Toshiba GR markalı soyuducu almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03491352 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Pənahova X1 **********74791 olan Samsung Galaxy A32 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10801274 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Pənahova X1 **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM üçün 386,34 manat ödənilməmiş hissə, 38,66 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Toshiba GR markalı soyuducu üçün 1106,26 manat ödənilməmiş hissə, 110,74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********74791 olan Samsung Galaxy A32 markalı telefon üçün 314,5 manat ödənilməmiş hissə, 31,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon üçün 419,04 manat ödənilməmiş hissə, 41,96 manat cərimə olmaqla, ümumilikdə, 2449 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 23044582 saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, 03491352 saylı və xx.xx.2022-ci il tarixli, 10801274 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2021-ci il tarixli, 23044582 saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, 03491352 saylı və xx.xx.2022-ci il tarixli, 10801274 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqavilələrinə və ödəmə cədvəllərinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli, 23044582 saylı müqaviləyə əsasən hesablanmış 38,66 manat, xx.xx.2022-ci il tarixli, 03491352 saylı müqaviləyə əsasən hesablanmış 31,5 manat və xx.xx.2022-ci il tarixli, 10801274 saylı müqaviləyə əsasən hesablanmış 41,96 manat məbləğində cərimə pulu hər bir müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən hesablanmış 110,74 manat cərimə pulu isə 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 44,49 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 23044582 saylı müqaviləsinə əsasən, Gorenje markalı soba, Acer Extensa EX215-52-31VH, Microsoft Windows 10 Home OEM üçün 386,34 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləsinə əsasən, Toshiba GR markalı soyuducu üçün 1106,26 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2022-ci il tarixli, 03491352 saylı müqaviləsinə əsasən, İmei kodu **********74791 olan Samsung Galaxy A32 markalı telefon üçün 314,5 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2022-ci il tarixli, 10801274 saylı müqaviləyə əsasən, İmei kodu **********11581 olan Xiaomi Poco X3 GT 8 markalı telefon üçün 419,04 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə, 2276,14 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,49 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar