Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1822/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 03/403 saylı qərarının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********10 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunun surətindən görünür ki, Ərizəçi Abşeron rayon Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarı ilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin satışı qanunamüvafiq qaydada həyata keçirilmədiyindən, bələdiyyənin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilmədiyindən və hüququ sahibinin X1 qeyd edildiyi halda, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarına istinad olunduğu qeyd edilməklə ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi ərizəçi sözügedən torpaq sahəsinə dair alqı-satqının qanunamüvafiq qaydada həyata keçirilməsi, bələdiyyənin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməsi və Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarında düzəliş edilməsi ilə əlaqədar Abşeron rayonu Fatmayı Bələdiyyəsinə müraciət etməli, müraciətinə cavab verilmədiyi və ya imtina cavabı verildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hazırki ərizəyə məhkəmədə baxılmalı olmadığından Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-1822/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1822/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver