Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1830/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt rayon Saray kənd X1 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960,1961,1962-ci illərə dair təsərrüfat başına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X2” kimi göstərilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə ilə müraciət edib imtina cavabı alsa da, ərizəsində qeyd olunan yanlışlığın düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etməmişdir. O, əvvəlcə qeyd olunan sənəddə yanlışlığın düzəldilməsi ilə bağlı həmin sənədləri vermiş olan Saray kənd X1 İcraiyyə Komitəsi Saray kənd sovetinin hazırkı hüquqi varisi olan Abşeron rayon İH-nin Saray qəsəbə nümayəndəliyinə müraciət edərək Saray kənd sovetinin 1960,1961,1962-ci illərə dair təsərrüfat başına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X2” kimi göstərilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olmasından yanlışlığın aradan qaldırılması üçün müraciət etməli, imtina aldıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152.1.6, 263, 264, 267, 268, 307.2.8, 308 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Ərizəçiyə yanlışlığın aradan qaldırılması ilə bağlı ərizəsi ilə Saray kənd X1 İcraiyyə Komitəsi Saray kənd sovetinin hazırkı hüquqi varisi olan Abşeron rayon İH-nin Saray qəsəbə nümayəndəliyinə “Saray kənd sovetinin 1960,1961,1962-ci illərə dair təsərrüfat başına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X2” kimi göstərilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olmasından yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə müraciət etməsi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1830/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1830/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver