Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1892/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı «X1» Bakı filialının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı «X1»-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə 04 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1» cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12600.97 manat (bundan 10000 manat əsas borc və 2600,97 manat faiz borcu təşkil edir) məbləğində 15 fevral 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 127,80 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli 1056 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 135 saylı Zaminlik müqaviləsi imzalanmışdır. 15 fevral 2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 12600.97 manat təşkil edir. Bundan 10000 manat əsas borc və 2600,97 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış 20 dekabr 2019-cu il tarixli, 36 saylı Güzəştli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 42 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı «X1» Bakı filialının nümayəndəsi Qanuni nümayəndə iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmığa haqlıdır. Bu halda, məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli 1056 №li Kredit müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan «X1» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli 135 nömrəli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh2 zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə 10000 manat əsas borc və 2600,97 manat faiz borcu olmaqla, cəmi 12600.97 manat məbləğində «X1» Bakı filialına kredit borcu yaranmışdır. Məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, Cavabdeh2 bağlanmış 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki işin materiallarında olan bildirişlərdən müəyyən edilir ki, 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə öhdəlikləri icrası barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsində göstərilmişdir ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X1» Bakı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh2 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə 12600.97 manat (bundan 10000 manat əsas borc və 2600,97 manat faiz borcu təşkil edir) alınaraq iddiaçı «X1» Bakı filialına qaytarmalı, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddiaçı «X1» Bakı filialının Cavabdeh1 qarşı hissədə iddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 10 noyabr 2021-ci il tarixli 135 №li zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 bank arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli 1056 №li kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə iddiaçı «X1» Bakı filialı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 manat əsas borc və 2600,97 manat faiz borcu, cəmi 12600.97 manat məbləğində 15 fevral 2023-cü il tarixinə olan kredit borcu alınaraq iddiaçı «X1» Bakı filialına ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 127,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127,80 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı «X1» Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 manat əsas borc və 2600,97 manat faiz borcu, cəmi 12600.97 manat məbləğində 15 fevral 2023-cü il tarixinə olan kredit borcu və ödənilmiş 127,80 manat borc alınaraq iddiaçı «X1» Bakı filialına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1892/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1892/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver