Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1911/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X16 Kazımovun sədrliyi ilə, Abiyev Elnur Elman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Bələdiyyəsi cəlb edilməklə sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Bələdiyyəsi cəlb edilməklə sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 qeyd edilən Sumqayıt şəhər Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, inşaat pasportunun və mövqe planının əslində ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 21 avqust 1964-cü il tarixdə rəsmi nikah münasibətinə daxil olmuş və soyadı Soltanovaya dəyişmişdir. Mərhum əri X5 30 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Hazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yaşayır. AZE 0******* serialı, 23 may 2005-ci il tarixdə Abşeron Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində ərizəçinin adı “Rahilə” kimi qeyd edilmişdir. 06 dekabr 2002-ci il tarixdə Sumqayıt şəhər Bələdiyyə Şurasının 61 nömrəli qərarı ilə Sumqayıt bağlar ərazisində 1000 kv.m torpaq sahəsi ərizəçinin istifadəsinə ayrılmış, inşaat pasportu və mövqe planı bələdiyyə tərəfindən təsdiqlənmiş və qeyd edilən sənədlərdə adı “Rahilə” əvəzinə “Rəhilə” kimi qeyd edilmişdir. Bu səbəbdən də Sumqayıt şəhər Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, inşaat pasportunun və mövqe planının ərizəçiyə, yəni “Ərizəçi” məxsus olması faktının məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən X1 qeyd edilən Sumqayıt şəhər Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, inşaat pasportunun və mövqe planının əslində ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi Sumqayıt şəhər Bələdiyyə Şurasının qərarı ilə bağ torpaq sahəsi ayrılmışdır. Lakin bağ torpaq sahəsinin ayrılması haqqında qərarda, inşaat pasportunda və mövqe planında bağ torpaq sahəsinin ayrıldığı şəxs qismində “Ərizəçi” əvəzinə “X10” qızı göstərilmişdir. Sözügedən qərarda, inşaat pasportunda və mövqe planında bağ torpaq sahəsinin verildiyi şəxsin ünvanı Ərizəçi ünvanı ilə eyni, yəni ünvan 2 olaraq adda texniki yalnışlıq olaraq bir hərf səhvi vardır. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən X1 qeyd edilən Sumqayıt şəhər Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, inşaat pasportunun və mövqe planının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Sumqayıt şəhər Bələdiyyəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsi və vəkilinin rəyini nəzərə alaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 25 iyun 1948-ci il tarixdə verilmiş İE seriyalı 090161 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 29 fevral 1948ci il tarixdə Molotov rayonu Qobu qəsəbəsində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X15 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 fevral 1948-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu X9 qeyd bürosu tərəfindən 21 avqust 1964-cü il tarixdə verilmiş AZ seriyalı 015660 №-li evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1939-cu il tarixdə anadan olmuş X5 və 1948-ci il tarixdə anadan olmuş X8 21 avqust 1964-cü il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu X9 qeyd bürosunda rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 21 avqust 1964-cü il tarixdə 191 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Sotanova soyadı verilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli X2 adına bağ üçün torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 06 dekabr 2002-ci il tarixli, 52 saylı protokoluna əsaslanaraq, «Torpaq islahatı haqqında» Azrəbaycan Respublikası Qanununun torpaqların alqı-satqısının ümumi qaydaları və şərhləri haqqında 19-cu maddəsinə uyğun olaraq Sumqayıt bağları ərazisində mövqe sxeminə əsasında istifadə etdiyi 1000 kv.m torpaq sahəsi Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-da yaşayan X2 mülkiyyətinə satılması və onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı tərəfindən 09 dekabr 2002-ci il tarixdə təsdiq edilmiş 532 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarına, 06 dekabr 2002-ci il tarixli mövqe planına, 09 dekabr 2002-ci il tarixli memarlıq-planlaşdırma göstərişlərinə, 09 dekabr 2002-ci il tarixli təhvil aktına əsasən X2 adına Sumqayıt bağlar ərazisində bağ torpaq sahəsinin inşaat pasportu tərtib edilmişdir. “X4”nın adına rəsmiləşdirilən 1000 kv.m torpaq sahəsinin mövqe planının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 adına rəsmiləşdirilən 1000 kv.m torpaq sahəsinin mövqe planı tərtib edilmişdir. 09 dekabr 2002-ci il tarixli tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri Bələdiyyə Şurasının 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarı ilə X3 Sumqayıt bağları ərazisində ayrılmış 1000 kv.m bağ torpaq sahəsi Sumqayıt şəhəri Bələdiyyəsinin memarlıq və tikinti şöbəsinin memarı S.H.Əfəndiyeva tərəfindən naturada (yerində) müəyyən edilərək X3 təhvil verilmişdir. Məhkəmə ərizə tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, Sumqayıt şəhər Bələdiyyəsinin 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarı, Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı tərəfindən 09 dekabr 2002-ci il tarixdə təsdiq edilmiş 532 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu və “X4”nın adına rəsmiləşdirilən 1000 kv.m torpaq sahəsinin mövqe planı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər Bələdiyyəsinin “X4”nın adına bağ üçün torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı tərəfindən 09 dekabr 2002-ci il tarixdə təsdiq edilmiş 532 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportunun və “X4”nın adına rəsmiləşdirilən 1000 kv.m torpaq sahəsinin mövqe planının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin “X4”nın adına bağ üçün torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında 06 dekabr 2002-ci il tarixli, 61 nömrəli qərarının, Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı tərəfindən 09 dekabr 2002-ci il tarixdə təsdiq edilmiş 532 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportunun və “X4”nın adına rəsmiləşdirilən 1000 kv.m torpaq sahəsinin mövqe planının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-1911/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1911/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver