Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1993/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X2 cəlb edilməklə) mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, mənzilə köçürülmə və öhdəliyin qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X2 cəlb edilməklə) mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, mənzilə köçürülmə və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" MMC-dən 1) “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” eyni ünvanda 1 saylı binada 65.7 kv.m olan 2 otaqdan ibarət 13 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0274 saylı müqaviləyə əsasən 52560 manata, 2) eyni ünvanda 1 saylı binada 65.70 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0275 saylı müqaviləyə əsasən 52560 manata; 3) həmin ünvanda 1 saylı binada 77.4 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0276 saylı müqaviləyə əsasən 61920 manata; 4) eyni ünvanda 13 saylı küçədə 1 saylı binada 77.4 kv.m olan 2 otaqdan ibarət 14 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0278 saylı müqaviləyə əsasən 61920 manata; 5) yenə həmin binada 76.7 kv.m olan 2 otaqlı 3 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0280 saylı müqaviləyə əsasən 61360 manata; 6) yenə həmin ünvanda 1 saylı binada 77.0 kv.m olan 2 otaqdan ibarət 4 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0282 saylı müqaviləyə əsasən 61600 manata; 7) eyni ünvanda 1 saylı binada 77.0 kv.m olan 2 otaqdan ibarət 12 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0284 saylı müqaviləyə əsasən 61600 manata, 8) eyni ünvanda 13 saylı küçədə 2 saylı binada 65.7 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0287 saylı müqaviləyə əsasən 52560 manata; 9) eyni ünvanda 76.7 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0295 saylı müqaviləyə əsasən 61360 manata; 10) yenə xx.xx.2014-cü il tarixli E\0296 saylı müqaviləyə əsasən cavabdehə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF-PARK” yaşayış massivindəki 13 saylı küçədə inşa edilən 3 saylı, 5 mərtəbəli yaşayış binasında ümumi sahəsi 76.7 kv.m olan 2 otaqdan ibarət 10 saylı mənzili 61360 manata alqı-satqı yolu ilə aldığı mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsi, iddiaçının həmin mənzillərə köçürülməsi və həmin mənzillərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin ona verilməsinə dair öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və iddiaçının ödədiyi 100 manat dövlət rüsumu, 320 manat hüquqi xidmətə görə pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yuxarıda qeyd olunan mənzilləri iddiaçıdan sonra başqa şəxslərə satdığını, həmin şəxslərin mənzilləri təmir edərək həmin mənzillərə köçərək orada yaşadıqlarını, bundan əlavə iddiaçının 2013-2014-cü illərdə qeyd olunan mənzillərin 1 m2-ni 580-650 manatdan alaraq, ümumilikdə 736 m2 mənzil sahəsinə 650160 manat pul vəsaiti ödədiyini, hazırda həmin mənzillərin 1 m2-nin bazar satış qiymətinin aşağı həddinin 1300 manat olduğunu, nəticədə iddiaçıya 956800 manat məbləğində maddi ziyan dəydiyini, "xxxx" MMC-nin təsisçisi X1 "xxxx" MMC-nin faktiki idarəçiliyini həyata keçirdiyini, MMC-nin fəaliyyətinə özü rəhbərlik etdiyini, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-ci il tarixli, 1 saylı razılaşma müqaviləsinin də bunu təsdiq etdiyini, belə olan halda iddianın predmetinin dəyişdirilməsinə zərurət yarandığını bildirmiş, iddia ərizəsinin xahiş hissəsinin “cavabdeh "xxxx" MMC-dən 1) “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” eyni ünvanda 1 saylı binada 65.7 kv.m olan 2 otaqdan ibarət 13 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0274 saylı müqaviləyə əsasən 52560 manata, 2) eyni ünvanda 1 saylı binada 65.70 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0275 saylı müqaviləyə əsasən 52560 manata; 3) həmin ünvanda 1 saylı binada 77.4 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0276 saylı müqaviləyə əsasən 61920 manata; 4) eyni ünvanda 13 saylı küçədə 1 saylı binada 77.4 kv.m olan 2 otaqdan ibarət 14 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0278 saylı müqaviləyə əsasən 61920 manata; 5) yenə həmin binada 76.7 kv.m olan 2 otaqlı 3 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0280 saylı müqaviləyə əsasən 61360 manata; 6) yenə həmin ünvanda 1 saylı binada 77.0 kv.m olan 2 otaqdan ibarət 4 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0282 saylı müqaviləyə əsasən 61600 manata; 7) eyni ünvanda 1 saylı binada 77.0 kv.m olan 2 otaqdan ibarət 12 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0284 saylı müqaviləyə əsasən 61600 manata, 8) eyni ünvanda 13 saylı küçədə 2 saylı binada 65.7 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0287 saylı müqaviləyə əsasən 52560 manata; 9) eyni ünvanda 76.7 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili xx.xx.2014-cü il tarixli, E\0295 saylı müqaviləyə əsasən 61360 manata; 10) yenə xx.xx.2014-cü il tarixli E\0296 saylı müqaviləyə əsasən cavabdehə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF- PARK” yaşayış massivindəki 13 saylı küçədə inşa edilən 3 saylı, 5 mərtəbəli yaşayış binasında ümumi sahəsi 76.7 kv.m olan 2 otaqdan ibarət 10 saylı mənzili 61360 manata alqı-satqı yolu ilə aldığı mənzillərin cavabdeh tərəfindən başqasına satılması nəticəsində bugünkü bazar qiyməti ilə iddiaçıya 956800 manat məbləğində maddi ziyan vurulduğundan həmin 956800 manat məbləğin, iddiaçının ödədiyi 100 manat dövlət rüsumu, 320 manat hüquqi xidmətə görə pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə və cavabdehin əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmiş, həmçinin iddiaçı da gəlməmiş, lakin vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, barışıq sazişi ilə bağlı danışıqların davam etdiyini bildirərək məhkəmə iclasının təxirə salınmağını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçı və cavabdeh xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin olunmuş, xx.xx.2025-ci il tarixə, saat 11:40-a təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Belə olan halda, həmçinin məhkəmənin iş üzrə dördüncü baxış iclası olduğundan məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına dəfələrlə gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan əlavə iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbz əsasında 100 manat və xx.xx.2025-ci il tarixdə, ********** qəbz əsasında isə 1061 manat məbləğində dövlət rüsumu Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbz əsasında 100 manat və xx.xx.2025-ci il tarixdə, ********** qəbz əsasında isə 1061 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X2 cəlb edilməklə) mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, mənzilə köçürülmə və öhdəliyin qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən hazırkı mülki iş (e-2(012)-1993/2025 saylı mülki iş) üzrə xx.xx.2024cü il tarixdə, ********** nömrəli qəbz əsasında 100 manat və xx.xx.2025-ci il tarixdə, ********** qəbz əsasında isə 1061 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1993/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1993/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver