Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1995/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Qədir oğlu və Cavabdeh1 müştərək qaydada 3670 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 57 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 10:17 radələrində Abşeron rayon ərazisində Cavabdeh2 Qədir oğluna məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortlanmış «Hyundai HD72» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-MN-*** və “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-2725/2022 qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki,“Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 670 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA117505/22 və PXA117506/22 saylı sığorta aktları tərtib edilməklə “Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 670 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ümumilikdə 3670 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsiredən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dairetibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, işə iddia tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında və etirazında bildirmişdir ki, iddiaçı, iddia ərizəsində nəqliyyat vasitələri arasında baş vermiş qəza nəticəsində qəza zədələrə 3670 manat sığorta ödəməsi edərək maddi ziyana düşdüyünü qeyd etmişdir. Bildirir ki, ona məxsus "HYUNDAİ HD72" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 2 saylı Abşeron notariat ofisində 18 avqust 2022-ci il tarixində notarial qaydada, hazırki mülki iş üzrə Cavabdeh1, nəqliyyat vasitəsinin idarə edilməsinə dair müvəqqəti və müəyyən müddətədək-18 avqust 2023-cü ilədək, bir illik etibarnamə vermişdir. Etibarnaməni verərkən, etibar edilən Cavabdeh1 həmin vaxt sürücülük hüququnu təsdiq edən vəsiqəsi olmuş və notariusa təqdim edilmişdir. Çox təəccüblüsü odur ki, Binəqədi rayon məhkəməsi hansı əsasla, Cavabdeh1 sürücülük hüququnun olmamasını əsaslandırmış və cəza vermişdir, bəlli deyil? Notariuslar, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa əsasən fəaliyyətlərini qurduqlarına görə, etibarnamə verilərkən və o sənəd tərtib edilərkən, tərəflərin hüquqları yoxlanır. Belə ki, əldə etdiyi notarial qaydada tərtib edilmiş və təsdiqlənmiş etibarnamənin etibar edilən şəxs bölməsində, sürücülük vəsiqəsi haqqında məlumatdan görünür ki, Dərəcə: Cl, C seriya və nömrəsi SV: BC020644 Verilmə tarixi:7.08.2022. Verən orqan: DİN BDYPİ/SUMQAYİTASAN X.M. Etibarlıdır xx.xx.2032 Cavabdeh1 sürücülük vəsiqəsi var və 2032-ci ilədək qüvvədədir. Odur ki, onun hazırki iş üzrə məhkəməyə cavabdeh qismində cəlb edilməyi yanlışdır, daha doğrusu bilərəkdən məhkəməyə yalan məlumat vermək, məhkəməni yanıltmaqdır. O cümlədən də şərəf və ləyaqətinə, işgüzar nüfuzuna qarşı edilən təhqirdir. İddiaçı tərəf, bilir ki, ölkədə X2 Sistemi mövcuddur və idarə müəssisələr bu sistemə uyğun fəaliyyətlərini qururlar. Ona görə də ödədikləri sığorta vəsaitlərini tələb etmək üçün subyekti düzgün seçməyərək, dələduzluq etdiklərini düşünür. Bildirir ki, iddia tələbi hər iki cavabdehə qarşı qərəzli olaraq yönəldilmişdir. Heç bir hüquqi əsası yoxdur. Çünki, o bu iş üzrə Cavabdeh1 etibarnaməni hüquqa və qanuna uyğun şəkildə vermiş, bu şəxsin sürücülük hüququ qanunla və sənədlə təsbit edilmişdir, qanunidir. Hərəkətlərində heç bir qanun pozuntusu yoxdur. Ona görə də iddia əsaslı və qanuni olmalı idi. İddiaçının iddia ərizəsinə heç bir sübut əhəmiyyətli sənədlər əlavə edilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsində, məhkəmənin xüsusi qərardadları barədə qanunverici qeyd edir ki, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, iddiaçı barədə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi zəruridir və lazımdır. Qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası MPM-in 154-cü maddəsinə uyğun olaraq etirazının qəbul edilməsini, iddia ərizəsində cavabdeh qismində çıxarılmağını və iddiaçı barəsində yalan və doğru olmayan məlumat verdiyinə görə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA117505/22 və PXA117506/22 saylı sığorta aktlarından görünür ki, xx.xx.2022-ci il tarixində saat 10:17 radələrində Abşeron rayon ərazisində Cavabdeh2 Qədir oğluna məxsus, Cavabdeh1 idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortlanmış «Hyundai HD72» markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-MN-*** və “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi zərər vurmuşdur. “Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 670 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. -"xxxx" ASC-nin Cavabdeh1 ünvanlandığı xx.xx.2022-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubdan görünür ki, ASC tərəfindən 3670 manat sığorta ödənişinin 7 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-2725/2022 qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. -X4 Servisi tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktlarına əsasən “Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 670 manat təşkil edir. -Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə dair “Elektron Notariat” X1 çıxarışdan görünür ki, «Hyundai HD72» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ mülkiyyətçi-Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü ilədək etibar edilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -«X3» MMC-dən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, “Auto Box” Avtomobil Servisi tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci tarixli qiymətləndirmə aktına əsasən, “Daewoo Nexia” markah, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə 2460 manat, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə 562 manat olaraq müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində saat 10:17 radələrində Abşeron rayon ərazisində Cavabdeh2 Qədir oğluna məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortlanmış «Hyundai HD72» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-MN-*** və “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. İddiaçının təqdim etdiyi dəymiş zərərin hesablanmasına dair qiymətləndirmə aktlarına əsasən “Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 670 manat təşkil edir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-2725/2022 qərarına əsasən, inzibati xətayla təqsirli bilinmişdir. Hazırda, iddiaçı "xxxx" ASC 3670 manat dəymiş zərərin subroqasiya qaydasında cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. -332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək qeyd edir ki, iddiaçı tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində “Daewoo Nexia” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3000 manat, “Mitsubishi L200” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 670 manat zərər hesablanmışdır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən cəmi 3670 manat dəymiş zərər hesablanmışdır. Lakin ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği cəmi 3022 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən 3022 manat dəymiş zərər məbləği işin ədalətli və düzgün həlli üçün daha əsaslıdır. Bu səbəbdən dəymiş zərər məbləği 3022 manat müəyyən edilməklə, göstərilən məbləğdə iddia tələbi təmin edilməlidir. Həmçinin Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə dair “Elektron Notariat” X1 çıxarışa əsasən, «Hyundai HD72» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ mülkiyyətçi-Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü ilədək etibar edilmişdir. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsi «Hyundai HD72» markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 tərəfindən deyil, həmin avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh1 tərəfindən törədildimişdir. Ona görə də, iddia ərizəsində Cavabdeh2 cavabdeh kimi göstərilməsinin hüquqi əsasları yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mülki hüquq pozuntusunu edən şəxs yalnız Cavabdeh1 olduğundan iddia tələbinə o cavabdehlik daşımalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 57 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 3022 (üç min iyirmi iki) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 57 (əlli yeddi) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.