Məhkəmə qərarları › İş №e-2(012)-202/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-202/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-202/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 2739 manat pul vəsaitinin və 47,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 21:10 radələrində Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 5231” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Mercedes Benz C230” markalı, **-XV- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “BMW 5231” markalı, **-DU-*** (**-DA-*** avtomobil nömrəsi dəyişilib) dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2739 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, 2739 manat iddiaçı tərəfindən X3 bank hesabına ödənilmişdir. Abşeron rayon DYP-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş yol nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışdan göründüyü kimi, Həsənov X2 Xətalar Məcəlləsinin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" ASC-nin PXA 83330 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan “BMW 5231” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və bunun nəticəsində “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2739 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün X3 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin hesabından AZ62HAJ******************** saylı hesaba xx.xx.2021-ci il tarixdə 2739 manat vəsait köçürülmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri üçün 2739 manat xərc tələb olunur. İşdə olan xx.xx.2020-ci il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus olan ** DA *** dövlət qeydiyyat nişanlı, “BMW 5231” minik markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə sığorta haqqı 100 manat, Bonus-Malus əmsalı 0,80 olmaqla, yekun sığorta haqqı 80 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21:10 radələrində Masazır kəndi, Qurtuluş 93 ərazisində yolnəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən X1 məxsus olan ** DU *** dövlət qeydiyyat nişanlı “BMW 5231” minik markalı nəqliyyat vasitəsi ilə “Mercedes C 230” minik markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə ziyan dəymişdir. İşdə olan “İnzibati tənbeh vermə haqqında” xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Həsənov X2 Xətalar Məcəlləsinin 327.6-cı və 327.2-ci maddələrinin tələblərini pozduğuna görə 100 manat məbləğində cərimələnmişdir. İşdə olan “B+Ş Audit” Konsalting MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A- 37/25 saylı mütəxəssis rəyindən görünür ki, avtomobilin qəzalı vəziyyətdə pıan foto şəkillərinə (2021-ci il) nəzər salsaq və həmin illər üzrə avtomobilin saz vəziyyətə gətirilə bilməsi üçün lazım olan detal, avadanlıq, ehtiyyat hissələri və həmçinin usta xərci və zəhmət haqqı qiymətləri hal-hazırki bazar qiymətlərindən dəfələrlə aşağı olduğu müşahidə edilə bilər. Lakin, bəzi nüansları (avtomobilin rəng dəymiş və dəyməmiş metalları, dəyişilmiş və dəyişilməmiş hissələr, avtomobilin üzərində olan ehtiyyat hissələrinin və aksesuarların orijinal olub-olmamağı və s.) nəzərə alsaq və iş materiallarına əsasən həmin avtomobilin saz vəziyyətə gətirilməsi üçün çəkilə biləcək xərclər təxmini olaraq 2400-2600 manat arası təşkil edə bilər. Ekspertiza xərci 250 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, PQ-A-86/2025 saylı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə və qeyd edilən zərərin aradan qaldırılması üçün usta haqları ilə birlikdə 2340 manat təşkil edir. Ekspertiza xərci 500 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən sığortalanmış ** DA *** dövlət qeydiyyat nişanlı, “BMW 5231” minik markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh sahibliyində və istifadəsində olduğundan, həmçinin onun Abşeron DYP tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında verilmiş xx.xx.2025-ci il tarixli, A-37/25 saylı mütəxəssis rəyində göstərilmişdir ki, “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətə gətirilməsi üçün çəkilə biləcək xərclər təxmini olaraq 2400-2600 manat arası təşkil edə bilər. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında verilmiş xx.xx.2025-ci il tarixli, PQ-A-86/2025 saylı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda göstərilmişdir ki, “Mercedes Benz C230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə və qeyd edilən zərərin aradan qaldırılması üçün usta haqları ilə birlikdə 2340 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə sonuncu hesabatı əsas götürərək hesab edir ki, Cavabdeh 2340 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, hesabatdakı məbləğ videoçəkiliş və fotoşəkillərə əsaslanmaqla müəyyən edilmişdir. Həmin hal (hesabat) mübahisəsiz xarakter daşıyır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 47,39 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2340 manat məbləğində pul və ödənilmiş 47,39 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat və 500 manat pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq “B+Ş Audit” Konsalting MMC-nin və "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2340 manat məbləğində pul və ödənilmiş 47,39 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatlarının dəyəri olan 250 manat və 500 manat pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq “B+Ş Audit” Konsalting MMC-nin (250 manat) və "xxxx" MMC-nin (500 manat) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar