Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2036/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «magistral su və kanalizasiya xəttinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülərək xətlərin qanunla müəyyən edilmiş mühafizə zonasının boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 iyul 2022ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «magistral su və kanalizasiya xəttinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülərək xətlərin qanunla müəyyən edilmiş mühafizə zonasının boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Məmmədli kəndindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, xətlərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əhalinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Əhalinin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizatını təmin edən magistral su kəmərlərinin, kanalizasiya xidmətinin lazımi qaydada təşkil üçün isə kollektorlar və təzyiq xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Magistral su və kanalizasiya xətlərinə texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 1400 mm olan “Ceyranbatan-Balaxanı-Qala-Zirə- Pirallahı” magistral su kəmərinin və diametri 700 mm olan təzyiqli kanalizasiya xəttinin Abşeron rayonu, Məmmədli kəndindən keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Qeyd olunan tikilinin inşası nəticəsində adı çəkilən xətlərə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyrimümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaqdır. Eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində xətlərin böyük hissəsinə vaxtlıvaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da İddiaçı ASC-nin nizamnaməsi üzrə müəyyən edilmiş funksiyalarının icrasında çətinliklər yaratmaqla yanaşı potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaq və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məghkəmənin əvvəlki iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tikili yerləşən torpaq sahəsinin sənədi yoxdur, lakin Əlyar adlı şəxsdən 8000 manat pul verib 0,04 ha torpaq sahəsini almışlar və bundan sonra da üstündə yaşayış evini inşa etmişlər. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan magistral su və kanalizasiya xətlərinə texniki baxış keçirilən zaman tərtib edilmiş aktdan müəyyən edilir ki, Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 1400 mm olan “Ceyranbatan-Balaxanı-Qala-Zirə- Pirallahı” magistral su kəmərinin və diametri 700 mm olan təzyiqli kanalizasiya xəttinin Abşeron rayonu, Məmmədli kəndindən keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 10/3485 saylı ekspert rəyindən müəyyən edilir ki, İddiaçı ASC-nin “Bakı Sulanal” İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sxemə əsasən Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintilər Abşeron rayonu, Məmmədli kəndindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasına düşüb diametri 150 mm olan kanalizasiya borusunun üzərində yerləşdiyini nəzərə alaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən Cavabdeh tərəfindən Abşeron rayonu, Məmmədli kəndində inşa edilmiş tikili İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımıməqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 10/3485 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı ASC-nin “Bakı Sulanal” İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sxemə əsasən Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintilər Abşeron rayonu, Məmmədli kəndindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasına düşüb diametri 150 mm olan kanalizasiya borusunun üzərində yerləşdiyini nəzərə alaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən Cavabdeh tərəfindən Abşeron rayonu, Məmmədli kəndində inşa edilmiş tikili İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, Məmmədli kəndindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməli, xətlərin mühafizə zonalarının boşaldılması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Hazırki iş üzrə məhkəmə xərci iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və ekspertiza tədqiqatının dəyəri olan 50 manatdır. İddia tələbi təmin edildiyinə görə, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Eləcə də ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Məmmədli kəndindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1400 mm olan magistral su və diametri 700 mm kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş özbaşına tikili sökülsün və xətlərin mühafizə zonası boşaldılsın. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2036/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2036/2022
19.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver