Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2051/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə RSK5761375 saylı, 30 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 650 manat əsas borc, 195 manat dəbbə pulu və RSK5761947 saylı, 15 yanvar 2019-cu il tarixli müqavilə üzrə 630 manat əsas borc, 189 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.701 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2019-cu il və 15 yanvar 2020-ci il tarixlərdə İddiaçı ilə ‘‘Alıcı” Cavabdeh arasında RSK5761375 saylı və RSK5761947 saylı hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrin 1.1-ci maddəsinə əsasən iddiaçı RSK5761375 saylı müqavilə üzrə 1.540 manat dəyəri olan 1 (bir) ədəd “Samsung” markalı televizor və RSK5761947 saylı müqavilə üzrə 960 manat dəyəri olan 1 ədəd “Beko” markalı paltaryuyan və 1 (bir) ədəd “RİFFEL” markalı ətçəkən alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilələrin 2.1 və 2.2-ci maddələrinə əsasən alıcı RSK5761375 saylı müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1.440 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 80 manat olmaqla hər ayın 29-dək, RSK5761947 saylı müqavilə üzrə 60 manat ilkin ödəniş olmaqla, qalan 900 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 50 manat olmaqla hər ayın 14-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilələrin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilələrin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilələr üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5761375 saylı müqavilə üzrə 650 manat əsas, 195 manat dəbbə pulu, cəmi 845 manat və RSK5761947 saylı müqavilə üzrə 630 manat əsas, 189 manat dəbbə pulu olmaqla, cəmi 819 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5761375 saylı, 30 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat və RSK5761947 saylı, 15 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə RSK5761375 saylı, 30 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 650 manat əsas borc, 195 manat dəbbə pulu və RSK5761947 saylı, 15 yanvar 2019-cu il tarixli müqavilə üzrə 630 manat əsas borc, 189 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.701 manat pulun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 15 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 16 fevral 2024-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı 1 ədəd “Samsung” markalı televizor qəbul etmiş və malın qiymətini ilkin ödəniş 100 manat ödəməklə, 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 80 manat olmaqla hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı 1 ədəd “Beko” markalı televizor və 1 ədəd “Riffel markalı ətçəkən qəbul etmiş və malın qiymətini ilkin ödəniş 60 manat ödəməklə, 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 26 yanvar 2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı və 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqavilələr üzrə olan borc məbləğini 5 gün müddətində ödəməyi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar etmişdir. 03 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2024cü il tarixə 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqaviləyə əsasən 650 manat əsas, 195 manat dəbbə pulu və 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqaviləyə əsasən 630 manat əsas, 189 manat dəbbə pulu borcu vardır. 03 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı 18 aya 80 manat aylıq ödəmək şərti ilə 1 ədəd “Samsung” markalı televizor, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı 18 aya 50 manat aylıq ödəmək şərti ilə 1 ədəd “Beko” markalı paltaryuyan və 1 ədəd “Riffel” markalı ətçəkən almışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqavilə üzrə 650 manat əsas borc və 195 manat dəbbə pulu, 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqavilə üzrə 630 manat əsas borc və 189 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqavilə üzrə hesablanmış 195 manat dəbbə pulunun məbləği azaldılmalı, 30 manat müəyyən edilməli, 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqavilə üzrə hesablanmış 189 manat dəbbə pulunun məbləği azaldılmalı, 30 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqaviləyə əsasən 650 (altı yüz əlli) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu, 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqaviləyə əsasən 630 (altı yüz otuz) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 1340 (min üç yüz qırx) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 37 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 30 oktyabr 2019-cu il tarixli, RSK5761375 saylı müqaviləyə əsasən 650 (altı yüz əlli) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu, 15 yanvar 2020-ci il tarixli, RSK5761947 saylı müqaviləyə əsasən 630 (altı yüz otuz) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 1.340 (min üç yüz qırx) manat pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 37 (otuz yeddi) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-2051/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2051/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver