Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2054/2023 19.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kombi, HİDROTHERM kombi stablizator, texnogaz qazrequlyator, HOFFMANN seksiya ucun kran 3 ədəd üçün 1125 manat ödənilməmiş hissə, 112 manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba 2 ədəd, MATRAS üçün 820 manat ödənilməmiş hissə, 82 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOSHİBALED TV üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, PHİLİPS saçqırxan, İmei kodu **********40276 Samsung Galaxy A32 markalı telefon üçün 460 manat ödənilməmiş hissə, 46 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********70092 Samsung Galaxy A22 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 44 cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********00620 Xıaomı Redmı 9T markalı telefon, AİWA qulaqlıq üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN paltaryuyan üçün 276 manat ödənilməmiş hissə, 27 cərimə borcu olmaqla, ümumilikdə 4500 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 65 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən HOFFMANN kombi, HİDROTHERM kombi stablizator, texnogaz qazrequlyator, HOFFMANN seksiya ucun kran 3 ədəd, DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba 2 ədəd, MATRAS, TOSHİBALED TV, PHİLİPS saçqırxan, İmei kodu **********40276 Samsung Galaxy A32 markalı telefon, İmei kodu **********70092 Samsung Galaxy A22 markalı telefon, İmei kodu **********00620 Xıaomı Redmı 9T markalı telefon, AİWA qulaqlıq, HOFFMANN paltaryuyan almış və nəticədə cəmi 4500 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1315,68 manat olan HOFFMANN kombi, HİDROTHERM kombi stablizator, texnogaz qazrequlyator, HOFFMANN seksiya ucun kran üçün 1125 manat ödənilməmiş hissə, 112 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1428 manat olan DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba 2 ədəd, MATRAS üçün 820 manat ödənilməmiş hissə, 82 manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 810 manat olan TOSHİBALED TV üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 879,6 manat olan PHİLİPS saçqırxan, İmei kodu **********40276 Samsung Galaxy A32 markalı telefon üçün 460 manat ödənilməmiş hissə, 46 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 530,4 manat olan İmei kodu **********70092 Samsung Galaxy A22 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 44 cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 488,4 manat olan İmei kodu **********00620 Xıaomı Redmı 9T markalı telefon, AİWA qulaqlıq üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 491,94 manat olan HOFFMANN paltaryuyan üçün 276 manat ödənilməmiş hissə, 27 cərimə borcu olmaqla, ümumilikdə 4500 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ isə cəmi 4093 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən n, HOFFMANN kombi, Hidrotherm kombi stablizator, texnogaz qazrequlyator, 3 ədəd HOFFMANN seksiya ucun kran qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, 2 ədəd DNEPR Tumba, matras qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən TOSHİBALED TV qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən PHİLİPS saçqırxan, İmei kodu **********40276 Samsung Galaxy A32 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********70092 Samsung Galaxy A22 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********00620 Xıaomı Redmı 9T markalı telefon, AİWA qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN paltaryuyan qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kombi, HİDROTHERM kombi stablizator, texnogaz qazrequlyator, HOFFMANN seksiya ucun kran 3 ədəd üçün 1125 manat ödənilməmiş hissə, 112 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba 2 ədəd, MATRAS üçün 820 manat ödənilməmiş hissə, 82 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOSHİBALED TV üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PHİLİPS saçqırxan, İmei kodu **********40276 Samsung Galaxy A32 markalı telefon üçün 460 manat ödənilməmiş hissə, 46 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********70092 Samsung Galaxy A22 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 44 cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********00620 Xıaomı Redmı 9T markalı telefon, AİWA qulaqlıq üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN paltaryuyan üçün 276 manat ödənilməmiş hissə, 27 cərimə borcu olmaqla, ümumilikdə 4500 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış 112, 82, 64, 46, 44, 32 və 27 manat dəbbə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 11, 8, 6, 3, 3, 3 və 3 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1125 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 820 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 648 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 460 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 440 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 324 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 276 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 4130 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 65 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1125 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 820 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 648 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 460 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 440 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 324 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 276 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 4130 manat və ödənilmiş dövlət rüsumu üçün 65 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2054/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2054/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver