Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2134/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən dirəklərin sökülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən dirəklərin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Görədil kəndində iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ərazisində 35 kv-lıq enerji xəttinin çəkilməsi üçün quraşdırılan elektrik dayaqlarının cavabdehin hesabına sökülməsi, inşa edilməsinin dayandırılması və həmin torpaq sahəsinin cavabdehin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu Görədil kəndində mülki mübahisənin predmeti olan 5,542 ha (hektar) torpaq sahəsi 2008-ci ildən etibarən rəsmi çıxarışla İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası dəyişdirilmiş, bu barədə xx.xx.2021-ci il tarixli müvafiq çıxarış alınmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən 2023-cü ilin oktyabr ayından etibarən 110/35/6 Kv-luq “Goradil” yarımstansiyası ilə 35/6 kv-luq “Sarıqaya” yarımstansiyasını əlaqələndirmək üçün 35 kv-luq elektrik verilişi xəttinin çəkilməsinə başlanılmış və bu məqsədlə nəzərdə tutulmuş elektrik dayaqlarının bir hissəsi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Cavabdehin qanunsuz əməli torpaq sahəsinin mülkiyyətçisi tərəfindən istifadəsinə mane törədir. Eyni zamanda həmin dayaqlar 35 Kv-luq enerji xəttinin mühafizə zolağı ilə çəkilməli idi. Sözügedən məsələ ilə bağlı iddiaçı bir neçə dəfə aidiyyəti üzrə cavabdehə və Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciət etsə də, iddiaçının qanuni tələblərinin yerinə yetirilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 2.2.4-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 13-cü bəndində göstəriliri ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, tərəflər arasında mübahisə müqavilə münasibəti yox, inzibati orqanın hərəkətlərindən irəli gələn mübahisə olduğundan mülki qaydada deyil, inzibati qaydada həll edilən məsələdir, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə bununla bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə saat 17:51-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən dirəklərin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-2134/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2134/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2134/2024
13.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver