Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2149/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 571.19 manat borcun tutularaq **********041 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə, xx.xx.2023-cü il tarixə 571.19 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni massiv, ev-1/33 ünvanında ona məxsus evdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 20082887 nömrəli, C356548 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş və xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehə su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə borc hesablanmışdır. İstehlakçının istifadə etdiyi su təchizatının dəyəri xx.xx.2020-ci il tarixdə quraşdırılmış su sayğacının göstəricisinə uyğun olaraq hesablanmışdır. Müəyyən məbləğlər ödənilsə də xx.xx.2023-cü il tarixə 547.79 manat borc hesablanmışdır. İstehlakçıya dəfələrlə xəbərdarlıq edilmiş, hər ay bildiriş verilmiş, lakin borc ödənilməmişdir. Yığılmış borc məbləği sırf sayğac göstəricisinə uyğun olaraq hesablanmışdır. Cavabdehə istehlak etdiyi su sərfiyyatına görə hesabat xx.xx.2020ci il tarixdən verilmişdir. Belə ki, 2020-ci il üzrə 14 manat, 2021-ci il üzrə 92.67 manat, 2022-ci il üzrə 354.2 manat, 2023-cü il üzrə 29.4 manat olmuşdur. Çirkab suyunun axıdılmasına görə: 2020-ci il üzrə 6 manat, 2021-ci il üzrə 39.72 manat, 2022-ci il üzrə 151.8 manat, 2023-cü il üzrə 00.0 manat olmuşdur. Ötən dövr ərzində yəni, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istehlakçı Cavabdeh İddiaçı ASC tərəfindən göstərilən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə 547.79 manat borc vardır. İstehlakçı kimi Cavabdeh İddiaçı ASC tərəfindən göstərilən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat. Nəticə olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istehlakçı Cavabdeh İddiaçı ASC tərəfindən göstərilən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə cəmi 140 manat pul ödəmişdir. Yekun olaraq xx.xx.2023-cü il tarixə istehlakçı Cavabdeh İddiaçı ASC tərəfindən göstərilən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş 547.79 pul borc vardır. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə sayğac quraşdırılmış və müqavilə bağlanmışdır. Bir müddətdən sonra sayğacı müşahidə edən zaman kanalizasiya xidmətlərinə görə hesab da yazılmışdır, halbuki, həmin ünvan üzrə kanalizasiya sistemi vardır. O, özü təqaüdçüdür və hər ay davamlı maddi imkanı yetdiyi qədər hissə-hissə ödəniş edir. O, ali təhsilli mühəndisdir, İddiaçı ASC-yə müraciət etmiş, ona görə də hesablanmış borc artıq yazılmışdır. Ona ərazi üzrə baxış keçirilməsi vədi verilmiş və baxış keçirilən zaman kanalizasiya sisteminin həqiqətən də olmadığı müəyyən edilmişdir. Ona qədər olan müddətə isə yazılmış borcla bağlı cavabdehlik daşımır. Lakin su borcu ilə bağlı yazılmış məbləğ ilə razıdır. Akt tərtib olunmuş, lakin surəti ona təqdim olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abonent kartından görünür ki, abonent kodu **********041 olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv ünvanına xx.xx.2020-ci il tarixli, ******* saylı müqavilə əsasında xx.xx.2020-ci il tarixdə CSS-20 markalı, 20082887 nömrəli, C356548 plomb nömrəli sayğac quraşdırılmış və 571.19 manat borc hesablanmışdır. -»Azərsu» ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi, Hökməli qəsəbəsi, Dağlıq küçəsi, 11 saylı evdə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin: İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə ******* nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə CSS-20 markalı, 20082887 nömrəli, C356548 plomb nömrəli sayğac quraşdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 571.19 manat borc yaranmışdır. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı Cavabdeh İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq, həmin xidmətlərin göstərilməsinə görə dəyərini tam və vaxtında ödəməməklə müqavilə öhdəliklərini pozmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 26-cı maddəsinə əsasən, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. Qanunun tələblərindən göründüyü kimi, istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi istiqamətində hazırki iş üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, ödənişi tam həcmdə ödəməməsi su təchizatının dayandırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 7.4. bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, abonent kartına əsasən, cavabdehin 571.19 manat borcunun yaranması müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə su təchizatı və tullantı sularının axıdılmasına görə 571.19 manat pul vəsaiti tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, ərizənin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 571.19 (beş yüz yetmiş bir manat on doqquz qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 601.19 (altı yüz bir manat on doqquz qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2149/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2149/2023
06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver