Məhkəmə qərarları › İş №e-2(012)-2182/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2182/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2182/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, Aspiratorüçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu üçün 1435.3 (min dörd yüz otuz beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 143.7 (yüz qırx üç manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 2019 manat borc və 40.19 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 25.11.2019-cu il, 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, Aspirator, Soyuducualmış və nəticədə 2019 (iki min on doqquz) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2022.3 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, Aspiratorüçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu üçün 1435.3 (min dörd yüz otuz beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 143.7 (yüz qırx üç manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 2019 manat borc və 40.19 manat dövlət rüsumu tutulub ddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, Aspiratorüçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu üçün 1435.3 (min dörd yüz otuz beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 143.7 (yüz qırx üç manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 2019 manat borc və 40.19 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar