Məhkəmə qərarları › İş №e-2(012)-221/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-221/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-221/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 və Cavabdeh1 İddiaçı xeyrinə 38 manat əsas, 3 manat cərimə borcu və 1099 manat əsas və 100 manat cərimə borcu olmaqla ümumilikdə 1240 manat məbləğində borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1273 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin e-2(012)-3994/2022 tarixli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 və Cavabdeh1 (Zamin) ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2019cu il tarixli, 15762 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 489 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 41 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2019-cu il tarixli, 19063 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1699 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 100 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 17 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2019-cu il tarixli, 15762 və xx.xx.2019 -ci il tarixli, 19063 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu 2 ildən çox müddətdir ki, ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 141 (AZN) manat məbləğində ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 38 (AZN) manat əsas və 3 (AZN) manat cərimə borcu və 1099 (AZN) manat əsas və 100 (AZN) manat cərimə borcu olmaqla ümumilikdə 1240 (AZN) manat təşkil edir. İddiaçı sonradan məhkəmənin elektron sisteminə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X5in vərəsələri olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 İddiaçı (“ERA Electronics”-in) xeyrinə 38 (AZN) manat əsas və 3 (AZN) manat cərimə borcu və 1099 (AZN) manat əsas və 100 (AZN) manatı cərimə borcu olmaqla ümumilikdə 1240 (AZN) manatı məbləğində borcun və 33 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1273 (AZN) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-vərəsələr Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdeh-vərəsələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 15762 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, İddiaçı ilə X7 arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı İddiaçı 489 manat məbləğində məişət əşyalarını və texniki avadanlıqları X1, alıcı isə bunun müqabilində satıcıya müvafiq ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə ilə alıcının öhdəliyi zaminliklə təmin olunmuş, Cavabdeh4 zamin olaraq alıcı tərəfindən öhdəlik icra olunmadığı təqdirdə həmin öhdəliyi icra edəcəyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 19063 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, İddiaçı ilə X7 və zamin Cavabdeh4 Hətəm oğlu arasında alqısatqı müqaviləsi bağlanmış, satıcı İddiaçı 1699 manat məbləğində məişət əşyalarını və texniki avadanlıqları X1, alıcı isə bunun müqabilində satıcıya müvafiq ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda alıcının öhdəliyi zaminliklə təmin olunmuş, Cavabdeh4 zamin olaraq alıcı tərəfindən öhdəlik icra olunmadığı təqdirdə öhdəliyi icra edəcəyini öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X7 xx.xx.2019-cu il tarixli, 15762 saylı müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 489 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 41 manat olmaqla, ümumilikdə 451 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 38 manat əsas və 3 manat cərimə borcu olmaqla, 41 manat borcu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X7 xx.xx.2019-cu il tarixli, 19063 saylı müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 1699 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 600 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 1099 manat əsas və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1199 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı X4 və Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, X7 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 15762 saylı və xx.xx.2019-cu il tarixli, 19063 saylı müqavilələr üzrə ümumilikdə 1240 manat vəsaitin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02 iyun 2022-ci il tarixli arayışından görünür k, X715 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 03 dekabr 2022-ci il tarixli, 4943 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X4 Abşeron rayonu 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 vərəsələri qızı Cavabdeh3, əri Cavabdeh4, oğlu Cavabdeh1 və oğlu Cavabdeh2dur. İşdə olan 19 avqust 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsələri qızı Cavabdeh3, əri Cavabdeh4, oğlu Cavabdeh1 və oğlu Cavabdeh2dur və onların hər biri miras əmlakdan ¼ hissədə payı almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhərində 1 saylı RQİŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD448842 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTH311000W0160087, mühərrikin nömrəsi 40620D-W3226337 və buraxışlış ili 1998-ci il olan QAZ 3110 MİNİK markalı 01CA840 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan “X10” MMC-nin LBS-Ç-001/2023 saylı Abşeron rayon Məhkəməsinin 2(012)-39994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı QAZ 3110 markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qiymətləndirmə hesabatından görünür ki, hal-hazırda normal vəziyyətdə istismara yararlı buraxışlış ili 1998-1999-cu il aralığında olan QAZ 3110 markalı nəqliyyat vasitələrinin yanvar 2023 tarixinə nəzəri satış qiyməti 2800-3000 manat həcmində müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X7 arasında 15762 saylı, xx.xx.2019-cu il tarixli və 19063 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı və öhdəlik müqavilələri bağlanmış, həmin müqavilərlə satıcı İddiaçı müvafiq məişət əşyalarını və texniki avadanlıqları X1, alıcı isə bunun müqabilində satıcıya müvafiq ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilələr ilə alıcının öhdəliyi zaminliklə təmin olunmuş, Cavabdeh4 zamin olaraq alıcı tərəfindən öhdəlik icra olunmadığı təqdirdə həmin öhdəliyi icra edəcəyini öz üzərinə götürmüşdür. Müqavilə üzrə alıcının iddiaçıya ümumilikdə 1240 manat ödənilməmiş borcu qalmışdır. X7 15 sentyabr 2020-ci il tarixdə ölmüşdür. 19 avqust 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə onun vərəsələri X3 vərəsələri qızı Cavabdeh3, əri Cavabdeh4, oğlu Cavabdeh1 və oğlu Cavabdeh2dur. Miras əmlak Sumqayıt şəhərində 1 saylı RQİŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD448842 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTH311000W0160087, mühərrikin nömrəsi 40620D-W3226337 və buraxışlış ili 1998-ci il olan QAZ 3110 MİNİK markalı 01CA840 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmin nəqliyyat vasitəsinin dəyəri “X10” MMC tərəfindən 2800-3000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı pretenziya məktubu ilə cavabdehlərdən sözügedən borc məbləğinin təmin edilməsini tələb etsə də, həmin borc ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh X7 19 avqust 2022-ci ildə vəfat etdiyindən, borcun yuxarıda adı qeyd olunan müqavilələr üzrə zamin olaraq Cavabdeh4 tutulmasına dair tələbə münasibətdə qeyd edir ki, öhdəliyin icrasının təmini üsulu olan zaminliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə imperativ olaraq müəyyən edilmişdir. Bu əsaslara həmin Məcəllənin 477.0-cı maddəsinə müvafiq olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməsi, habelə zaminin razılığı olmadan həmin öhdəliyin dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilməsi, kreditorun borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etməsi və zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması daxildir. Hazırki işdə yuxarıda adı qeyd olunan müqavilələrdə zaminliyin verilmə müddətinin qurtarması vaxtı müəyyən edilməmişdir. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə belə bir şərt müəyyən edilmişdir ki, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icrası müddətinin sonu olaraq xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 15 mart 2021-ci il tarix müəyyən edildiyindən, cavabdehin zaminə qarşı borcun ödənilməsi ilə bağlı həmin müddətdən 1 (bir) il keçməmiş iddia qaldırmaq hüququ olmuşdur. Lakin iddiaçı məhkəmədə xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdır. Həmin vaxt isə artıq zaminlik müqaviləsinin müddəti bitmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia borcun zamin olaraq Cavabdeh4 tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh X7 arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, borclu vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir. Borcludan miras qalmış miras əmlak yuxarıda qeyd olunduğu kimi QAZ 3110 MİNİK markalı 01CA840 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3 vərəsələri kimi qızı Cavabdeh3, əri Cavabdeh4, oğlu Cavabdeh1 və oğlu Cavabdeh2 müəyyən edilmiş, miras əmlak olan nəqliyyat vasitəsinin dəyəri 2800-3000 manat məbləğində qiymətləndirilməklə, onların hər birinin miras əmlakda ¼ hissədə payına mütənasib borcu ödəmək mümkündür. Buna görə də məhkəmə hesab edir ki, vərəsələr miras qoyanın borclarını onlara düşən bərabər pay miqdarında hər birindən 310 manat olmaqla icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə “X10” MMC-nin mütəxəsiss rəyi alınması üçün 250 manat məbləğində məhkəmə xərci vardır.Həmin xərc ½ hissədə iddiaçıdan və ½ hissə isə cavabdehlərdən tutulub həmin MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ddiaçı İddiaçı xeyrinə hər birindən 310 manat olmaqla, cəmi 1240 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1270 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı 125 manat və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər birindən 31,25 manat olmaqla, cəmisi 125 manat məbləğində pul, ümumilikdə 250 manat mbləğində pul tutulsun və “X10” MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar