Məhkəmə qərarları › İş №e-2(012)-221/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-221/2024

20.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-221/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2022-2023-cü il tarixlərində “Böyük-Şor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 0.0-7.3 və 19.5-34.76-cı km hissələrinin yenidən qurulması” layihəsi çərçivəsində (Böyük-Şor qəsəbəsi, Masazır qəsəbəsində Qurtuluş 93 və Yeni Bakı YK ərazisi, Saray və Ceyranbatan qəsəbələri ərazisi) yeni Dş-700 boru xətti çəkilərək başqa sahəyə köçürüldüyünü, kəmərin 0-7.3 və 19.5-34.76 km hissələrinin istismardan çıxarıldığını (Saray qəsəbəsindən keçən hissəsi də daxil olmaqla) və balansdan silindiyini, hazırda istismardan çıxarılmış hissələrdə boruların söküntüsü işlərinin yerinə yetirildiyini bildirdi və hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar