Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2228/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo Kompüter, Microsoft Windows 10 Proqramı, Logitech Mouse, Lenovo Kompüter çantası üçün 1075 manat ödənilməmiş hissə, 224 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3 ədəd Adenya Mebel üçün 1997 manat ödənilməmiş hissə, 239 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32832 olan Samsung Galaxy S20+ markalı telefon üçün 3038 ödənilməmiş hissə, 532 manat dəbbə borcunun, ümumilikdə 7105 manat borcun və 91,05 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən Lenovo Kompüter, Microsoft Windows 10 Proqramı, Logitech Mouse, Lenovo Kompüter çantası, 3 ədəd Adenya Mebel, İMEİ kodu **********32832 Samsung Galaxy S20+ markalı telefon almış və nəticədə 7105 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2580 manat (24 ay x 107.5 manat + 0 manat ilkin ödəniş) Lenovo Kompüter, Microsoft Windows 10 Proqramı, Logitech Mouse, Lenovo Kompüter çantası üçün cəmi 1299 manat olmaqla ondan, 1075 manat ödənilməmiş hissə, 224 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3196.8 manat (24 ay x 133.2 manat + 0 manat ilkin ödəniş) 3 ədəd Adenya Mebel üçün cəmi 2236 manat olmaqla ondan, 1997 manat ödənilməmiş hissə, 239 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3149.4 manat (18 ay x 168.8 manat + 111 manat ilkin ödəniş) İMEİ kodu **********32832 Samsung Galaxy S20+ markalı telefon üçün cəmi 3570 manat olmaqla ondan, 3038 ödənilməmiş hissə, 532 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2816.2 manat təşkil edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli 20330424 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Lenovo Kompüter, Microsoft Windows 10 Proqramı, Logitech Mouse, Lenovo Kompüter çantası qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 21168631 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən 3 ədəd Adenya Mebel ləvazimatı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 21280263 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********32832 olan Samsung Galaxy S20+ markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 10 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo Kompüter, Microsoft Windows 10 Proqramı, Logitech Mouse, Lenovo Kompüter çantası üçün 1075 manat ödənilməmiş hissə, 224 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3 ədəd Adenya Mebel üçün 1997 manat ödənilməmiş hissə, 239 manat dəbbə, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32832 olan Samsung Galaxy S20+ markalı telefon üçün 3038 ödənilməmiş hissə, 532 manat dəbbə borcu olmaqla, cəmi 7105 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə hesablanmış 224, 239 və 532 manat dəbbə borclarının məbləği azaldılmalı və hər üç müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 3 müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə görə 1075 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 1997 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 3038 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu olmaqla, cəmi 6140 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 91,05 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1075 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1997 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3038 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu olmaqla, cəmi 6140 manat və dövlət rüsumu üçün 91,05 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2228/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2228/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver