Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2240/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi, avtomobilə dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 iyul 2021-ci il tarixli, MAS-5024 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə 599,69 manat gecikdirilmiş əsas, 300,31 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 330,33 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 748,94 manat olmaqla, cəmi 1979,27 manat borc və 39,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli, MAS-5024 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802565 ban nömrəli, ağ rəngli avtomobil 14750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə isə 19335 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19355 manatın 14750 manatı əsas məbləğ təşkil edir. 16 iyul 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-5024 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən şirkətə sonuncu ödəniş 13 oktyabr 2022-ci il tarixdə 62 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2022-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 748,94 manat təşkil edir. Eyni zamanda Cavabdeh 22 iyul 2021-ci il tarixli MAS-5024 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə ümumilikdə 1230,33 manat gecikmə borcu yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçı şirkətin nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli, MAS-5024 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X4 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 iyul 2022-ci il tarixli, MAS-5024 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X4 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X4 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 16 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 və Cavabdeh, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 655 №-li arayışdan görünür ki, 22 iyul 2021-ci il tarixli, MAS- 5024 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh 23 noyabr 2022-ci il tarixə 599,69 manat gecikdirilmiş əsas, 300,31 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 330,33 manat dəbbə pulu olmaqla, cəmi 1230,33 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC Servis tərəfindən verilmiş qüsur aktından görünür ki, Khazar LX markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə 748,94 manat təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 iyul 2022-ci il tarixli, MAS-5024 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 16 iyul 2022-ci il tarixli, MAS-5024 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X4 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X4 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 16 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 və Cavabdeh X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Həmçinin İddiaçı MMC Servis tərəfindən verilmiş qüsur aktından görünür ki, Khazar LX markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə 748,94 manat təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2022-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin cavabdeh tərəfindən 22 iyul 2021-ci il tarixli, MAS-5024 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyekti olan «Khazar LX» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 748,94 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 39,80 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 22 iyul 2021-ci il tarixli, MAS-5024 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə 599,69 manat gecikdirilmiş əsas, 300,31 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 330,33 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 748,94 manat olmaqla, cəmi 1979,27 manat borc və 39,80 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2240/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-2240/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver