Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2243/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün 247,89 manat ödənilməmiş hissə, 24,11 manat cərimə olmaqla, ümumilikdə 272 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün 177,88 manat ödənilməmiş hissə, 17,12 manat cərimə olmaqla, ümumilikdə 195 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 118 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon almış və nəticədə 118 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 744 manat olan İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu olmaqla, ümumilikdə, 118 manat borcu yaranmışdır. Cavabdeh indiyədək sözügedən müqaviləni mübahisələndirməmiş və həmin müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etməmişdir, bundan əlavə cavabdeh qarşılıqlı iddia tələbi irəli sürmək hüququndan da istifadə etməmişdir. Qızıl zəmanət ilə bağlı qeyd edir ki, əgər telefonun oğurlanmasını təsdiq edən müvafiq polis orqanının cinayət işinin başlanması haqqında qərarı mövcud olarsa, bu zaman onlar cavabdehdən qızıl zəmanətə görə ödəniş tələb etməyəcəkdir. Hətta hazırki mülki iş üzrə onların lehinə qərar qəbul edilsə də cavabdeh tərəfindən sözügedən qərarın təqdim edilməsi halında iddiaçı təşkilat cavabdeh tərəfindən qızıl zəmanətə görə ödənilmiş məbləği geri qaytaracaqdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, xx.xx.2022-ci il tarixində iddiaçı "xxxx" MMC-dən İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefonu qızıl zəmanət ilə almış, lakin bir müddət sonra telefon oğurlanmışdır. Telefonunun tapılması üçün 4 dəfə müvafiq polis orqanına müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Telefon oğurlandıqdan sonra da o, iddiaçı təşkilata ödənişlər etmiş, ödənişlər etdikdən sonra telefonun İmei kodunun bağlanması və telefonun tapılmasına köməklik göstərilməsi üçün iddiaçı təşkilata müraciət etmiş, lakin iddiaçı tərəfindən ona telefonun tapılması üçün heç bir kömək edilməmiş, hətta ondan oğurlanmış telefonun qızıl zəmanəti üçün ödəniş tələb etmişdirlər. Bildirdi ki, çoxsaylı müraciətlərinə əsasən ona məxsus telefonun tapılmasında ona heç bir xidmət göstərmədikləri üçün telefonun qızıl zəmanətinə görə "xxxx" MMC-yə ödəniş etməyəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Bayramova X2 **********86702 olan Huawei Nova Y90 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün Cavabdeh 247,89 manat ödənilməmiş hissə, 24,11 manat cərimə olmaqla, ümumilikdə 272 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir,həmçinin Cavabdeh iddia ərizəsinə etirazın əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən İmei kodu **********86702 olan Huawei Nova Y90 markalı telefon üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 118 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2243/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2243/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver