Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2256/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X6 və vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli, 2V-253 nömrəli şəhadətnamə əsasında ona məxsus olan 58026 manat pul vəsaitinin və 265 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi, onun mərhum əri X14 22 dekabr 2020-ci il tarixdə COVİD-19 virusundan ölmüşdür. Bundan sonra Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-253 və 2V-254 reyestrdə, xx.xx.2022-ci il tarixdə 2V-410 reyestrdə və xx.xx.2024-cü il tarixdə 2V-17 reyestrdə vərəsəlik işləri açılmışdır. Övladları Cavabdeh, X9 və X15 miras əmlakdan onun xeyrinə imtina etmişdirlər. xx.xx.2021-ci il tarixli, 2V-254 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında "xxxx" ASC-nin Binəqədi filialında əmanət (depozit) olaraq yerləşdirilmiş 64600 manat miras əmlaka tam hissədə, xx.xx.2021-ci il tarixli, 2V- 254 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında "xxxx" ASC-də 10000 manat (650,77 manat faiz qalığı) miras əmlaka tam hissədə, xx.xx.2022-ci il tarixli, 2V-410 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ** DS *** qeydiyyat nömrə nişanlı, “Mitsubishi Pajero İO” minik markalı avtomobilə tam hissədə və xx.xx.2024-cü il tarixli, 2V- 17 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 51A, 25 nömrəli mənzilə tam hissədə pay almışdır. Onun oğlu – Cavabdeh ona bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində depozit faizləri "xxxx" ASC-yə münasibətdə daha aşağıdır. Ona görə də Cavabdeh ona daha çox faiz hesablanması üçün 64000 manat məbləğində pul vəsaitini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabından çıxarıb "xxxx" ASC-nin hesabına qoymasını təklif etmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan depozit məbləği onun tərəfindən oğlu Cavabdeh iştirakı ilə çıxarılmışdır. Həmin vaxt onun konkret olaraq nə qədər məbləği çıxardıqları ilə bağlı məlumatı olmamışdır. Daha sonra o, sorğu əsasında müəyyən etmişdir ki, 64600 manat vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 6573,90 manat məbləğində faiz tutulmuş və nəticədə 58026,10 manat vəsait məxaric olunmuşdur. O, oğlundan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən çıxardıqları məbləğ ilə bağlı soruşduqda oğlu ona sözügedən məbləğin elə də çox olmadığını bildirmişdir. Daha sonra o, oğlu ilə birlikdə "xxxx" ASC-yə getmiş, oğlu ona pulu onun adına depozitə qoyduğunu bildirmişdir. O da oğlu olduğundan, özü isə yaşlı, savadsız, bank əməliyyatlarını anlamayan biri kimi Cavabdeh inanmışdır və oğlunun hər hansı yolla onu aldadacağını güman etməmişdir. Bu məlum faktdan 2023-cü il dekabr ayına kimi o, sözügedən məbləğdə pulun onun adına açılmış hesabda olduğunu zənn etmişdir. Daha sonra o, 2023-cü il dekabr ayında digər oğlu Samir Orucovla birlikdə "xxxx" ASC-nin Sumqayıt filialından onun şəxsiyyət vəsiqəsi əsasında məlumat əldə etmişlər ki, onun "xxxx" ASC-də hesabı mövcud deyildir. O, dərhal Cavabdeh pulun harada olduğunu soruşmuş, Cavabdeh isə ona heç nə deməmiş, hər hansı məlumat verməkdən imtina etmişdir. Bundan sonra o, digər oğlu Samir Orucovla birlikdə Abşeron RPİ-yə getmiş, polis əməkdaşı onlara Kamili idarəyə dəvət edərək pulu alacaqlarını bildirmişdir. Daha sonra Orucov X11 RPİ-yə gəlmiş, ilk başda pulu əsassız olaraq mənimsədiyini etiraf etmək istəməmişdir. Ancaq o, şəhadətnaməni göstərdikdən sonra Cavabdeh pulu mənimsədiyini etiraf etmiş və bildirmişdir ki, pulun ancaq yarısını qaytara bilər. Lakin sonradan polis əməkdaşı bu işlə məşğul ola bilməyəcəyini onlara bildirmişdir. O, Abşeron RPİ-yə ərizə ilə müraciət etmiş, idarədə Cavabdeh izahatını almışlar. Bununla bağlı olaraq vəkil vasitəsilə Abşeron RPİ-yə, DİN-ə sorğu versələr də sorğuları cavablandırılmamışdır. Cavabdeh özü də etiraf etmişdir ki, o, pulu "xxxx" ASC-də öz adına açılmış hesaba qoymuşdur. Hazırda oğlu Cavabdeh ona mərhum əri X5 miras qalmış 58026,10 manat məbləğində pul vəsaitini qaytarmaqdan imtina edərək, əsassız olaraq varlamışdır. Cavabdeh qeyd etdiklərinin əksinə olaraq bildirir ki, o, qeyd edilən məbləğdə pulu cavabdehə bağışlamamışdır, həmçinin müəllim deyildir, cavabdeh tərəfindən onun ali təhsilli olduğunu təsdiq etmək üçü məhkəməyə təqdim olunmuş diplom saxta diplomdur. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun bir qardaşı – Cavabdeh, iki bacısı - Günel Fərmanova və Samirə Orucova vardır. Atası Cavabdeh miras qalmış 58026 manat pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh bağışlandığı ilə bağlı cavabdehin qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, sözügedən məbləğdə pul vəsaitinin atası Cavabdeh miras qaldığını onun dayısı, dayısının həyat yoldaşı və cavabdehdən başqa heç kim bilməmişdir. Belə ki, onların bu puldan xəbəri olmasın deyə cavabdeh bütün bank sənədlərini onlardan gizlətmişdir. Onların ancaq "xxxx" ASC-də olan 10000 manatdan xəbəri olmuş, həmin pul məbləğindən İddiaçı xeyrinə imtina etmişdirlər. Onun aztəminatlı iki övladı vardır, əgər onların həmin puldan əvvəlcədən xəbəri olsa idi, həmin pul da onunla qardaş və bacıları arasında bərabər miqdarda bölünərdi və o, payına düşən pul məbləğini ehtiyacları üçün xərcləyərdi. İddiaçı əvvəllər cavabdehin evində yaşamış, cavabdeh ilə aralarında mübahisə yarandığından keçən ilin iyun ayından onun evində yaşamağa başlamışdır. İddiaçı ona cavabdehin sözügedən məbləğdə pulu ona məxsus bank hesabından götürüb öz hesabına köçürməklə aldatdığını bildirmişdir. Bundan əlavə onların Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iki həyətyanı sahələri vardır ki, onlar da cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdeh atası Cavabdeh miras qalmış maşının satıldığını bildirsə də əslində həmin maşın hələ atasının sağlığında başqa şəxsə satılmışdır və vaxtilə həmin maşından onunla cavabdeh etibarnamə əsasında istifadə etmişdirlər. Onun və bacılarının adına ev vardır və hesab edir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş sənədsiz evlərdən biri onun anasına verilməlidir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddiaçı X. Orucovanın izahatına uyğun izahat verərək bildirdi ki, cavabdeh iddia tələbini qəbul etməyərək İddiaçı 58026 manat pul vəsaitini ona bağışladığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da məcburi pay sahibliyi institutu vərəsəlik hüququnda ailəni qoruma (himayə) sisteminə aid bir hüquqi institut olmasını, sırf yaxın ailə üzvlərinin miras qoyanın sərəncamlarına qarşı qorunması məqsədini daşımasını, məhz hazırki mübahisədə iddiaçının cavabdeh ilə birlikdə 4 övladının olmasını, bağışlamanın digər övladların hər hansı birinə deyil, məhz cavabdehə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Hazırki mübahisədə iddiaçının 50026 manat pul vəsaitini cavabdehə bağışlaması barədə mötəbər, o cümlədən əyani sübutlar (yazılı müqavilə və s.) mövcud deyildir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tövsifi barədə ərizə ilə bağlı qeyd edir ki, bundan başqa cavabdeh əlaqəsiz şəkildə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü (etibarsız əqdlər üzrə müddətlər) maddəsinə (məzmundan görünür ki, 354.1-ci maddəyə istinad olunur) istinad etmişdir. Həmin maddəyə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin cavabdehin hansı hüquqi məntiqə əsaslanaraq iddia tələbinə göstərilən hüquq norması çərçivəsində yanaşmışdır, aydın deyildir. Hər bir halda bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında göstərilir ki, "Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər". Göründüyü kimi cavabdehin istinad etdiyi mülki hüquq normasının hazırkı iddia tələbi ilə heç bir hüquqi əlaqəsi yoxdur. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən verilmiş ərizə əsassızdır. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ilə bağlı bildirir ki, Mülki Prosessual Məcəllənin 154-cü maddəsinə əsasən cavabdeh etirazının əsaslandığı fakt və hallar və istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını məhkəməyə təqdim etməlidir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlamış etirazda iki hal qeyd olunur: 1. İddiaçının, yəni anasının savadsız deyil, savadlı olması;
2. İddia müddətinin ötürülməsini. Xüsusilə vurğulamaq istəyirlər ki, iddiaçı iddia tələbinə dair etiraz yazsa da həmin etirazda iddia tələbini təkzib edəcək fakt və halları göstərməmiş, əgər fakt kimi qəbul etmək olarsa, anasının savadlı olmasını belə təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Etirazdan, iddia müddətinin tətbiq olunması barədə ərizədən açıq-aydın görünür ki, cavabdeh iddia tələbindən sadəcə yayınmağa çalışır. Hətta məhkəmə tərəfindən cavabdehə barışıq barədə təklif olunduqda belə, iddiaçı ancaq bir məsələni təkrarlamaqla kifayətlənirdi ki, hadisədən 2 il 7 ay keçib. Cavabdeh bütün iclas boyu eyni sözü bir neçə dəfə təkrarlamışdır. Hesab edir ki, cavabdeh sanki hansısa hüquqşünasdan sadəcə qanunvericilikdə iddia müddəti anlayışı barədə məlumat eşitmiş, ona görə də mütəmadi olaraq həmin sözü təkrarlamaqla, ona ünvanlanmış iddia tələbindən imtina yayınmağa çalışır. Cavabdeh banka qoyulan depozitdən iddiaçının, yəni anası İddiaçı depozit almalı olduğunu, depozit almadığı halda iddiaçının pulun öz adına olmadığı bilməli olduğunu bildirmişdir. Bununla bağlı olaraq qeyd edir ki, iddiaçının mərhum əri Bəhrəm Orucov 22 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixədək (əmanətin depozitdən çəkildiyi günədək) bank əmanətinə hesablanmış aylıq faizləri İddiaçı almamış, həmin vəsait aylıq olaraq Cavabdeh tərəfindən alınmışdır. Çünki elə mərhum Bəhrəm Orucovun sağlında həmişə pulların bank terminalından çəkilməsi üçün bank kartları Cavabdeh verilirmiş. "xxxx" ASC-nin Binəqədi rayon Filialında X2 adına olan əmanət (depozit) hesabında olan 64600 manat vəsaitə dair "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhz həmin tarixdən bir həftə sonra, yəni xx.xx.2021-ci il tarixdə pul vəsaiti bankdan çəkilmişdir. İddiaçının həmin məbləğin mövcudluğundan məhz şəhadətnamənin verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur. Ona görə də onun depozitə görə əvvəlki aylar üzrə faiz məbləğindən məlumatının olması, həmin məbləği alması mümkün deyildir. Ümumiyyətlə, iddiaçı savadsızlığından əmanət məbləğindən faiz pulunun gəlməsini, o cümlədən hansı vaxtlarda gəlməsindən məlumatlı deyildir. Cavabdeh isə bu faktı özlüyündə yaxşı bilirdi. Ona görə də iddiaçının "xxxx" ASC-də onun adına açılmış hesaba əmanətin qoyulması üzrə faiz məbləğinin nə vaxt veriləcəyi barədə məlumatı yox idi. Cavabdeh hər nə qədər anasının savadlı, müəllimə olmasını iddia etsə də iş materiallarında olan əlyazmadan görünür ki, iddiaçı latın əlifbasında, ümumiyyətlə, yaza bilmir və iddiaçının dəsti-xətti isə sanki birinci sinif uşağının xəttinə bənzəyir. Söhbət belə bir adamın savadsızlığından, sadəlövhlüyündən gedir. X2 bank hesabında 58026,10 manat məbləğində pul vəsaitinin olması ilə bağlı İddiaçı və onun övladlarının əvvəlcə məlumatı olmamış, bu barədə Bəhrəm Orucovun vəfatından sonra xəbər tutmuşdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddia ərizəsində göstərilən məsələlər yanlışdır. Hesab edir ki, həmin iddia ərizəsində qeyd edilənlər məhkəməni əsil həqiqətdən, işə obyektiv baxılmasından yayınması məqsədi ilə yazılmışdır. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edildiyi kimi savadsız deyildir, ali savadlı müəllimədir, E-İ N:00796 saylı diploma əsasən 1979-cu ildə X3 bitirib və uzun müddət müxtəlif işlərdə çalışmışdır, hazırda təqaüdə çıxmışdır. X20, X13 və Samirə Orucova ataları Cavabdeh miras qalmış əmlakların onlara çatası hissəsindən imtina etməzdən əvvəl atalarının bankda qeyd edilən məbləğdə pul məbləğinin olduğunu bilmiş və notarius orqanında onlara hər şey izah edilmişdir. Qeyd edir ki, onun anası olan İddiaçı qəsdən ona qarşı öyrədirlər, belə ki, anası bir neçə ay bundan əvvələ qədər onun evində yaşamışdır. X20 atasından miras qalmış qeyd edilən məbləğdə pula ehtiyacı olduğunu bildirir, lakin qardaşı mülkiyyətində dəyəri 200000 manat məbləğində olan evini sataraq öz maddi ehtiyacını qarşılaya bilər. X13 və Samirə Orucova da pulun onda qalmasına razıdırlar. Bundan əlavə iddiaçı özü könüllü şəkildə sözügedən məbləğdə pulu ona təqdim etmiş, həmin pul 2021-ci ildən "xxxx" ASC-də açılmış hesaba yerləşdirilmiş və indiyədək həmin bank hesabındadır. İddiaçı tərəfindən müxtəlif yanlış məlumatlar verilməklə mülki işin obyektiv və hərtərəfli araşdırılmasına maneçilik göstərməyə çalışırlar. Məlumat üçün qeyd edir ki, atasından qalmış miras əmlak olaraq ünvan 1 ünvanında dörd otaqdan ibarət mənzil və “Pajero İO” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil də olmuşdur, hazırda ev X20un adındadır, maşın isə satılmışdır. O, hazırki işin barışıq ilə həll olunmasına razı deyildir. Həmçinin qeyd edir ki, iddiaçı iddia müddətini də ötürmüşdür, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən bu tip iddialar üzrə iddia müddəti 1 ildir. Hazırda isə həmin vaxtdan 2 il 7 ay vaxt keçmişdir. Bu səbəbdən o, hesab edir ki, sözügedən iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili X12 Cavabdeh izahatına uyğun izahat verərək, İddiaçı Cavabdeh qeyd edilən məbləğdə pulu bağışladığını bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, atası X14 vəfat etdikdən sonra Cavabdeh onları notariusa aparmış, onlar da atalarından miras qalmış bütün əmlaklardan İddiaçı xeyrinə imtina etmişdirlər. Atası sağlığında banka sözügedən məbləğdə pul qoyduğunu onlara bildirməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, o, Sumqayıt şəhərində yerləşən evin sənədini notarius orqanına miras əmlakdan imtina üçün getdikdə görmüşdür. Onlar atası X5 miras qalmış 10000 manat məbləğində pulu yas mərasimi üçün xərcləməyi nəzərdə tutmuşdurlar. İmtina etdikləri miras əmlaklardan olan “Mitsubishi Pajero İO” minik markalı avtomobil imtinadan əvvəl başqa şəxsə satılmışdır. Atasından miras qalmış Sumqayıt şəhərində yerləşən evin X20a qalacağını əvvəlcədən öz aralarında müəyyənləşdirmişdirlər. Onlardan heç kimin miras qalmış 64000 manat pul məbləğindən xəbəri olmamışdır. Əgər onların bu puldan xəbərləri olsa idi, həmin məbləğdən ona təxminən 3000-5000 manat məbləğində pul verilərdi. Atası sağlığında ona ev vermişdir. Qardaşı – Cavabdeh ailə həyatı qurmuşdur və əvvəldən onunla cavabdehin həyat yoldaşının yaxşı münasibətləri olmamışdır. Qeyd edir ki, qardaşı ilə onun arasında münasibətlər artıq əvvəlki kimi deyildir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22 dekabr 2020-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2172 № ilə qeyd edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, **********567, **********568, **********569 və **********570 saylı ərizələrin surətindən görünür ki, X15, Cavabdeh, X9 və X8 xx.xx.2020-ci il tarixdə ölmüş ataları – X5 irs qalmış mirasın onlara çatası hissəsindən imtina etmişdirlər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edilmişdir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi İddiaçı miras qalmış əmlaklardan - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 157000/2-4447 nömrəli məktubuna əsasən X7 adına 123/KADP000008297 nömrəli depozit müqaviləsi üzrə 10000 manat olan depozit və ona hesablanmış faiz qalığı 650,77 manat olan AZ79AİİB******************** nömrəli cari qalığı 0,00 olan ******************** nömrəli, ******************** nömrəli kart hesabından və "xxxx" ASC-nin Binəqədi Filialının xx.xx.2021-ci il tarixli, 389 (533) nömrəli məktubuna əsasən X7 adına AZ03İBAZ******************** nömrəli cari hesabın qalığı (0.00) manat, AZ94İBAZ******************** nömrəli kart hesabının qalığı 0,46 manat, AZ89İBAZ******************** nömrəli kart hesabının qalığı (0.00) dollar, 20224L********** nömrəli əmanət (depozit) hesabında olan 64600 manat əmanət məbləğindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi İddiaçı miras qalmış əmlakdan – Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, AB939612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0205108, mühərrikin nömrəsi – və buraxılış ili 2000-ci il olan “Mitsubishi Pajero İO minik” markalı, ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi İddiaçı miras qalmış əmlakdan – ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X10 verilmiş **********17-05101-093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 79,9 kv/m olan mənzildən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 64600 manat vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 6573,90 manat məbləğində faiz tutulmuş və nəticədə İddiaçı tərəfindən 58026,10 manat vəsait məxaric olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 58000 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə AZ18RBTA******************** nömrəli depozit hesabına köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında, həmçinin iddiaçının nümayəndəsi və vəkilinümayəndəsi məhkəmə iclasında Cavabdeh İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində depozit faizlərinin "xxxx" ASC-yə münasibətdə daha aşağı olması səbəbindən ona daha çox faiz hesablanması üçün 64000 manat məbləğində pul vəsaitini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabından çıxarıb "xxxx" ASC-nin hesabına qoymasını təklif etdiyini, xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan depozit məbləğinin iddiaçı tərəfindən Cavabdeh iştirakı ilə çıxarıldığını, həmin vaxt iddiaçının konkret olaraq nə qədər məbləği çıxardıqları ilə bağlı məlumatı olmadığını, daha sonra sorğu əsasında 64600 manat vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 6573,90 manat məbləğində faiz tutularaq nəticədə 58026,10 manat vəsaitin məxaric olunduğunun müəyyən edildiyini, iddiaçının cavabdeh ilə birlikdə qeyd edilən məbləğdə pulu "xxxx" ASC-ə köçürərkən cavabdehin iddiaçını aldadaraq pulu iddiaçının adına depozitə qoyduğunu bildirdiyini qeyd etmiş və onlar tərəfindən Mülki Məcəllənin əsassız varlanmadan əmələ gələn münasibətləri tənzimləyən 1091-ci və 1092-ci maddələrinə istinad edilməklə iddianın təmin olunması xahiş olunmuşdur. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçının, onun nümayəndəsi və vəkilinümayəndəsinin qeyd etdiklərinin işin faktiki halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, tədqiq olunmuş işin faktiki hallarından görünür ki, İddiaçı həyat yoldaşı X14 22 dekabr 2020-ci il tarixdə COVİD-19 virusundan vəfat etmiş, Bəhrəm Orucovdan “Mitsubishi Pajero İO minik” markalı, ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 79,9 kv/m olan mənzil, "xxxx" ASC-də depozit müqaviləsi üzrə 10000 manat olan depozit və ona hesablanmış faiz qalığı 650,77 manat olan AZ79AİİB******************** nömrəli cari qalığı 0,00 olan ******************** və ******************** nömrəli kart hesabları, həmçinin "xxxx" ASC-də əmanət (depozit) hesabında olan 64600 manat əmanət məbləği miras qalmışdır. Belə ki, notarius orqanı tərəfindən Bəhrəm Orucovdan miras qalmış əmlaklar, o cümlədən 64600 manat məbləğində pul vəsaiti barədə lazımi məlumatlar verildikdən sonra İddiaçı övladları - X15, Cavabdeh, X9 və X1 miras əmlaklardan iddiaçının xeyrinə imtina etmiş, xx.xx.2021-ci il tarixli, 2V- 254 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında "xxxx" ASC-nin Binəqədi filialında əmanət (depozit) olaraq yerləşdirilmiş 64600 manat miras əmlaka tam hissədə, xx.xx.2021-ci il tarixli, 2V-254 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında "xxxx" ASC-də 10000 manat (650,77 manat faiz qalığı) miras əmlaka tam hissədə, xx.xx.2022-ci il tarixli, 2V-410 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ** DS *** qeydiyyat nömrə nişanlı, “Mitsubishi Pajero İO” minik markalı avtomobilə tam hissədə və xx.xx.2024-cü il tarixli, 2V-17 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 51A, 25 nömrəli mənzilə tam hissədə pay almışdır. Daha sonra xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən göründüyü kimi, iddiaçıya miras qalmış 64600 manat vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 6573,90 manat məbləğində faiz tutulmaqla nəticədə 58026,10 manat vəsait iddiaçı tərəfindən məxaric olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(012)-2256/2024 saylı qərardadı ilə Cavabdeh adına "xxxx" ASC-də xx.xx.2021-xx.xx.2024-cü il tarix aralığında bank hesabının açılması, həmin hesaba nə qədər pul vəsaitinin qoyulması və həmin hesabdan pul vəsaitinin çıxarılıb-çıxarılmaması barədə rəsmi arayışın məhkəməyə təqdim edilməsi qərara alınmış, bank tərəfindən sözügedən qərardadın icrası üçün məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 58000 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə AZ18RBTA******************** nömrəli depozit hesabına köçürülmüşdür. Tərəflər arasında yaranmış mülki hüquq münasibətinin xarakterindən görünür ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanmış, iddiaçı özü könüllü surətdə tam səlahiyyətli şəxs kimi xx.xx.2021-ci il tarixdə 58026,10 manat məbləğində pulu bankdan məxaric etdikdən sonra cavabdehə vermişdir, cavabdeh isə qeyd edilən pul məbləğini qəbul edərək Rabitəbankın Səbail filialında özünə məxsus depozit hesabına köçürmüşdür. İddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclasında Cavabdeh tərəfindən aldadıldığını bildirmiş,lakin məhkəmədə sübutların tədqiqatı zamanı bununla bağlı mötəbər sübutlar,yəni tərəflərin iradə ifadəsini əks etdirməyən hallar müəyyən edilməmiş, həmçinin tərəflər arasında bağlanmış əqd əsasında cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 58026,10 manat məbləğində pulu Cavabdeh bağışlamış, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayıldığından və bağışlamadan imtina üçün imtinaya əsas olan hallar məlum olduğu gündən hesablanmaqla qanunvericilikdə nəzərdə tutulmuş birillik müddət keçdiyindən məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh “qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli, 2V-253 nömrəli şəhadətnamə əsasında ona məxsus olan 58026 manat pul vəsaitinin və 265 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov