Məhkəmə qərarları › İş №e-2(012)-2258/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2258/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2258/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştiakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS VİVOBOOK kompüter üçün 1465,74 manat ödənilməmiş hissə, 732,87 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən ORİENT qol saatı üçün 790,8 manat ödənilməmiş hissə, 395,4 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO qulaqlıq üçün 274 manat ödənilməmiş hissə, 137 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən MOUSE LOGİTECH, TUCANO kompüter çantası üçün 75,96 manat ödənilməmiş hissə, 37,98 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE, APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İMEİ kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon üçün 1234,5 manat ödənilməmiş hissə, 617,25 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 5761,50 manat borcun və 77,62 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən ASUS VİVOBOOK kompüter, ORİENT qol saatı, APPLE AİRPODS PRO qulaqlıq, MOUSE LOGİTECH, TUCANO kompüter çantası və APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE, APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İMEİ kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon almış, nəticədə 5761,50 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1475,74 manat (18 ay x 81,43 manat + 10 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK kompüter üçün ümumilikdə 2198,61 manat olmaqla, ondan 1465,74 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 732,87 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 790,8 manat (12 ay 65,9 manat + 0 manat ilkin ödəniş) olan ORİENT qol saatı üçün ümumilikdə 1186,2 manat olmaqla, ondan 790,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 395,4 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 824,04 manat (12 ay x 68,67 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO qulaqlıq üçün ümumilikdə 411 manat olmaqla, ondan 274 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 137 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 80,52 manat (6 ay 12,66 manat + 4.56 manat ilkin ödəniş) olan MOUSE LOGİTECH, TUCANO kompüter çantası üçün ümumilikdə 113,94 manat olmaqla, ondan 75,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,98 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5385,96 manat (12 ay 448,83 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE, APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İMEİ kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon üçün ümumilikdə 1851,75 manat olmaqla, ondan 1234,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 617,25 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə APPLE AİRPODS PRO 2ND qulaqlıqdan imtina etmiş və məhsul 749,04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 3402,42 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 749,04 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 564,6 manat təşkil edir. Bunlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən ASUS VİVOBOOK kompüter qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən ORİENT qol saatı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən APPLE AİRPODS PRO qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən MOUSE LOGİTECH, TUCANO kompüter çantası qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE , APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İmei kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS VİVOBOOK kompüter üçün 1465,74 manat ödənilməmiş hissə, 732,87 manat dəbbə pulu, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən ORİENT qol saatı üçün 790,8 manat ödənilməmiş hissə, 395,4 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO qulaqlıq üçün 274 manat ödənilməmiş hissə, 137 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən MOUSE LOGİTECH, TUCANO kompüter çantası üçün 75,96 manat ödənilməmiş hissə, 37,98 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE, APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İMEİ kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon üçün 1234,5 manat ödənilməmiş hissə, 617,25 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 5761,50 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır.Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 732,87 manat dəbbə pulunun, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən hesablanmış 395,4 manat dəbbə pulunun, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən hesablanmış 137 manat dəbbə pulunun, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən hesablanmış 37,98 manat dəbbə pulunun və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən hesablanmış 617,25 manat dəbbə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 73,26 manat, 39,2 manat, 13 manat, 4,04 manat və 61,5 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS VİVOBOOK kompüter üçün 1465,74 manat ödənilməmiş hissə, 73,26 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən ORİENT qol saatı üçün 790,8 manat ödənilməmiş hissə, 39,2 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO qulaqlıq üçün 274 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən MOUSE LOGİTECH, TUCANO kompüter çantası üçün 75,96 manat ödənilməmiş hissə, 4,04 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO 2ND qulaqlıq, CASE, APPLE ADAPTER, VİNİL ŞƏFFAF, İMEİ kod **********57550 İPHONE 14 PRO MAX markalı telefon üçün 1234,5 manat ödənilməmiş hissə, 61,5 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 4032 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 60,32 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1465,74 manat ödənilməmiş hissə, 73,26 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 790,8 manat ödənilməmiş hissə, 39,2 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 274 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 75,96 manat ödənilməmiş hissə, 4,04 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən üçün 1234,5 manat ödənilməmiş hissə, 61,5 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 4032 manat və ödənilmiş dövlət rüsumu üçün 60,32 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar