Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-229/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 6766,16 manat pulun və ödənilmiş 87,67 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli MAS-5582 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % mükafat məbləği hesablanmaqla 19 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 415.77 manat, ümumilikdə isə 7900 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 7900 manatın 6569 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 avqust 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6766.16 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli, MAS- 5582 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - Cavabdeh tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 7900 manat, «Khazar LX” minik markalı, ağ rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 1 dəfə 415,77 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 19 ay təşkil edir. - 12 dekabr 2022-ci il tarixli, MAS-5582 saylı daxili lizinq müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 №-li Əlavə üzrə təchiz ediləcək əmlakın dəyəri 6569 AZN təşkil edir. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan dəyəri 7900 manatlıq «Khazar LX” minik markalı, ağ rəngli nəqliyyat vasitəsi Cavabdeh təqdim edilmişdir. - İddiaçı MMC Servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, «Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə təmir-bərpa işlərinə 6766,16 manat vəsait tələb olunur. - İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, «Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən, X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 983 saylı xəbərdarlığından (pretenziya məktubu) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə MMC-yə 12 dekabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 6766,16 manat məbləğində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “daxili lizinq müqaviləsi”nin 15 gün ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli “Azari Express” poçt daşıma kuryer xidməti tərəfindən tərtib olunmuş akta əsasən, xx.xx.2024-cü il tarixində Cavabdeh qeyd edilən ünvanına gedilmiş, lakin həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina barədə məlumatına əsasən, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün, iş materiallarında olan "Azərmaş” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən 2021-ci il buraxılışlı ”Xazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin satışına və qiymətinə dair 2023-cü il tarixə yerli internet səhifələrində məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. -"xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, «Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin real bazar qiyməti ehtiyyat hissələrinin hesabatı üzrə 3030 AZN, işçilik xidmət haqqı üzrə 2820 AZN olmaqla, ümumilikdə 5850 Azn təşkil edir. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşdən görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan lizinq obyektini istismar edərkən onu yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı MMC bu maddi zərərin dəyərini məlum qüsur aktına əsasən 6766,16 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı qiymətləndirici tərəfindən hesablanmış və xx.xx.2025-ci il tarixli rəylə müəyyən edilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla «Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün 5850 manat təşkil edir. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 5850 manat pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 87.67 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 87.67 manat dövlət rüsumunun 9.17 manatı iddiaçıya, 78.5 manatı cavabdehə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin 432 manat hissəsi Cavabdeh, 68 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 dekabr 2022-ci il tarixli MAS-5582 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 5850 və 78,5 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5850 manat pul və 78,5 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumuna görə 9,17 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin 432 manat hissəsi Cavabdeh, 68 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-229/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-229/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver