Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2315/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X13” kimi göstərilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki Ərizəçi xx xxxxxx 1959-cu ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, hazırda yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ərizəçinin atası X14 məxsus olmuşdur. Ərizəçinin atası 14 mart 1989-cu ildə vəfat etmişdir. Atasın vəfatından sonra ərizəçinin müraciəti əsasında adına vərəsəlik işi açılmışdır. Ərizəçi mərhum atasından miras qalmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində baxılmış və imtina edilmişdir. İmtina edilməsi barədə məktubda təsərrüfat başına kitabdan çıxarış ilə sözügedən sənədin xx.xx.2022-ci il tarixli, 127/2 nörməli arxiv arayışı arasında ailə üzvilərinin siyahısına münasibətdə uyğunsuzluq (yəni Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1Nli kitabında atasının ailə üzvilərinin siyasında (hazırda tək vərəsə ərizəçidir) ərizəçinin adı səhvən “X13” olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də məhkəmə orqanlarına müraciət etməsi bildirilmiş və qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Həmçinin, ərizəçi qeyd olunan yalnışlığın düzəldilməsi üçün Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət etsə də, həmin idarədən də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin əsl adı və soyadı “Ərizəçi”dur. Doğum haqqında şəhadətnamədə, eləcə də şəxsiyyət vəsiqəsində də ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Həmin sənədlərin təsdiq edilmiş surətləri ərizəyə əlavə olunmuşdur. Ümumiyyətlə ailə üzviləri arasında 1959-cu il təvəllüdlü X13 adlı şəxs olmamışdır. Bu barədə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən alınmış sorğuya cavabı (1959-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir) da iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, Ərizəçi bacısıdır. Onlar 4 qardaş, 3 bacı olmuşlar. O, nikaha daxil olduğu üçün soyadını dəyişmişdir. Sözügedən sənəddə qardaşı, yəni Ərizəçi adı texniki səhv olaraq X2 qeyd olunmuşdur. X1 adlı bacıları olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır təmin edilməlidir. Mülki iş materiallarında olan Abşeron rayon VVAQ şöbəsinin verdiyi 31 may 1983-cü il tarixli, İX-JQ 357222 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X21, anası X5 olmaqla xx xxxxxx 1959-cu ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron RİHB-nın Abşeron rayonu, Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1399 saylı arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.1989-cu ildə vəfat etmiş X21, ölən günədək həmin ünvanda qeydiyyatda olan ailə üzvləri- arvadı X6 (xx.xx.2005-ci ildə vəfat edib), oğlu X22 (xx.xx.2016-cı ildə vəfat edib), nəvəsi 1988-ci il təvəllüdlü Tağıyeva (Ağamova) Vüsalə Bəhlul qızı, oğlu X23 (xx.xx.2014-cü ildə vəfat edib), gəlini 1961-ci il təvəllüdlü X16, nəvəsi 1983-cü il təvəllüdlü X17, nəvəsi 1988-ci il təvəllüdlü X15, oğlu 1959-cu il təvəllüdlü Ərizəçi, gəlini 1961-ci il təvəllüdlü X7, nəvəsi 1984-cü il təvəllüdlü X24, nəvəsi 1988-ci il təvəllüdlü X18 və nəvəsi 1994-cü il təvəllüdlü X31 ilə birlikdə yaşamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının verdiyi xx.xx.2022-ci il tarixli, 259 saylı arxiv çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında X11 ailə üzvləri- arvadı 1928-ci il təvəllüdlü X8, qızı 1948-ci il təvəllüdlü X12, oğlu 1952-ci il təvəllüdlü X22, qızı 1954-cü il təvəllüdlü X25, oğlu 1956-cı il təvəllüdlü X23 və qızı 1959cu il təvəllüdlü X3 ibarət olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018-29888-1222 saylı məktubdan görünür ki, 1959-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, vərəsəsi olduğunun X14 məxsus yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müraciətə baxılmış, araşdırma zamanı təsərrüfatbaşına kitabdan çıxarışın qanunamüvafiq qaydada təsdiq olunmadığı, həmçinin təsərrüfatbaşına kitabdan çıxarış ilə sözügedən sənədin 13 may 2022-ci il tarixli, 127/2 nömrəli arxiv arayışı arasında ailə üzvlərinin siyahısına münasibətdə uyğunsuzluq olduğu, həmçinin sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin **********01 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına görə ərizənin icrasından imtina edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi ünvanlanmış 10 mart 2023-cü il tarixli 5-29-2/2-21/2023 saylı məktubun surətindən görünür ki, Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında qeyd olunan X13 adının Ərizəçi olması barədə arxiv sənədlərinin nümayəndəlikdə olmadığı, X13 adının Ərizəçi adı kimi düzəldilməsi imkanları xaricində olduğu bildirilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X13” kimi qeyd edilən şəxs xx.xx.1959-cu il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X13” kimi qeyd edilən şəxsin xx.xx.1959-cu il tarixdə anadan olmuş Ərizəçi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt Rayon Saray kənd X9 İcraiyyə Komitəsi Saray kənd sovetinin 1960, 1961, 1962-ci illərə dair təsərrüfatbaşına 1N-li kitabında 1959-cu il təvəllüdlü “X13” kimi qeyd edilən şəxsin xx.xx.1959-cu il tarixdə anadan olmuş Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2315/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2315/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver