Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-232/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 30.7-ci km-də, 39 T 0386296; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, kəmərdən təqribən 31 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Metallurgiya bağları, 9-cu məhəllə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 30.7-ci km-də, 39 T 0386296; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, kəmərdən təqribən 31 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Metallurgiya bağları, 9-cu məhəllə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar faktları aşkar edilmişdir. Bundan əlavə o, rəylə razıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Metallurgiya bağları, 9-cu məhəllə ünvanında yerləşən evin çıxarışı vardır. Ev boru kəmərində 51 metr aralıda yerləşir. 2015-ci ildən torpaq sahəsi ondadır. Evin darvazası isə boru kəmərindən 30 metr aralıda yerləşir. Daha sonra Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8521 saylı ekspert rəyindən görünür ki, Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəməri ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən hasara və 1.9 x 3.4 metr ölçüdə olan köməkçi tikiliyə (həyətyanı sahəyə daxil olduqda sol küncdə mövcud olan yarımçıq tikili) qədər məsafənin 34 metr, 2x2 metr ölçüdə olan digər köməkçi tikiliyə qədər məsafənin 48,8 metr olduğunu nəzərə alaraq, hasarın və köməkçi tikililərin neft kəmərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 34 və 48,8 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında hasar, 1.9x3.4 metr və 2x2 metr ölçüdə olan köməkçi tikililər inşa edilmiş,cavabdeh məhkəmə hazırlıq iclasında tikili ilə bağlı rəsmi sənədlərinin olduğunu bildirsədə,məhkəmə baxış iclasına gəlməmiş, etirazın əsasları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə rəyi və iddianı təkzib edəcək sübutların olmadığını nəzərə alaraq belə qərara gəlir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 34 və 48,8 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa edilmiş hasar və köməkçi tikililər cavabdehin hesabına sökülməli və ərazidən çıxarılmalıdır. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun mütənasib olaraq 50 manat məbləği cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçı təşkilatdan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 34 və 48,8 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa edilmiş hasar və köməkçi tikililər cavabdehin hesabına sökülsün və ərazidən çıxarılsın. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçı təşkilatdan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X3, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-232/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-232/2024
11.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver