Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2358/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı paltaryuyan üçün 709.8 (yeddi yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 70.2 (yetmiş manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kod **********60361 olan SAMSUNG GALAXY A10 markalı telefon, LG markalı səsucaldıcı, İmei kod **********61866 olan HOFFMANN X markalı telefon üçün 593.2 (beş yüz doxsan üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 59.8 (əlli doqquz manat səksən qəpik); xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı soyuducu üçün 735.1 (yeddi yüz otuz beş manat on qəpik) manat ödənilməmiş hissə, 73.9 (yetmiş üç manat doxsan qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED televizor üçün 690.3 (altı yüz doxsan manat otuz qəpik) ödənilməmiş hissə, 69.7 (altmış doqquz manat yetmiş qəpik) manat cərimə, ümumilikdə 3002 manat borc və 50.02 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazımi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 567, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-ci il tarixlərindəki müqavilələrinə əsasən, SAMSUNG markalı paltaryuyan, İmei kod **********60361 olan SAMSUNG GALAXY A10 markalı telefon, LG markalı səsucaldıcı, İmei kod **********61866 olan HOFFMANN X markalı telefon, SAMSUNG markalı soyuducu, HOFFMANN markalı LED televizor almış və nəticədə 3002 (üç min iki) manat borc yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 3691.6 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 2643-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı paltaryuyan üçün 709.8 (yeddi yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 70.2 (yetmiş manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kod **********60361 olan SAMSUNG GALAXY A10 markalı telefon, LG markalı səsucaldıcı, İmei kod **********61866 olan HOFFMANN X markalı telefon üçün 593.2 (beş yüz doxsan üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 59.8 (əlli doqquz manat səksən qəpik); xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı soyuducu üçün 735.1 (yeddi yüz otuz beş manat on qəpik) manat ödənilməmiş hissə, 73.9 (yetmiş üç manat doxsan qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED televizor üçün 690.3 (altı yüz doxsan manat otuz qəpik) ödənilməmiş hissə, 69.7 (altmış doqquz manat yetmiş qəpik) manat cərimə, ümumilikdə 3002 manat borc, 50.02 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı paltaryuyan üçün 709.8 (yeddi yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 70.2 (yetmiş manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kod **********60361 olan SAMSUNG GALAXY A10 markalı telefon, LG markalı səsucaldıcı, İmei kod **********61866 olan HOFFMANN X markalı telefon üçün 593.2 (beş yüz doxsan üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 59.8 (əlli doqquz manat səksən qəpik); xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı soyuducu üçün 735.1 (yeddi yüz otuz beş manat on qəpik) manat ödənilməmiş hissə, 73.9 (yetmiş üç manat doxsan qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED televizor üçün 690.3 (altı yüz doxsan manat otuz qəpik) ödənilməmiş hissə, 69.7 (altmış doqquz manat yetmiş qəpik) manat cərimə ümumilikdə 3002 manat borc, 50.02 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2358/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2358/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver