Məhkəmə qərarları › İş №e-2(012)-2403/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2403/2022

29.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2403/2022 29.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoruna (üçüncü şəxs X6) qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair mülki işə 29 iyul 2022-ci il tarixdə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoruna (İİİ şəxs X6) qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 9 may 1984-cü ildə vəfat etmişdir. Vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ondan miras qalmışdır. Xəlil İbrahimovun həyat yoldaşı X3 13 mart 1983-cü ildə vəfat etmişdir. Xəlil İbrahimovun 5 övladı olmuşdur. Onlar aşağıdakılardır: 13 avqust 1937-ci il təvəllüdlü X4, Ağarəhim Məhərrəmov 16 sentyabr 1993-cü ildə ölmüşdür. 02 iyul 1946-cı il təvəllüdlü X5. Əbdülağa Məhərrəmov 19 iyul 2014-cü ildə ölmüşdür. 30 iyun 1950-ci il təvəllüdlü X9. Nigar Nəcəfquliyeva (İbrahimova) 24 avqust 2015-ci ildə vəfat etmişdir. 3 aprel 1955-ci il təvəllüdlü X6. Sağdır. xx xxxxxx 1957-ci il təvəllüdlü Əzimova (İbrahimova) Yasəmən Xəlil qızı. Sağdır. Atası vəfat etdikdən sonra vərəsə kimi miras əmlakı iddiaçı qəbul etmiş, əmlaka sahiblik etmiş və idarə etmişdir. Hazırda da əmlak onun idarəçiliyindədir. Əmlak onun sahibliyində və idarəçiliyində olduğundan (əmlaka hər-hansı şəxsin iddiası olmadığından) atası vəfat etdikdən sonra əmlakın vərəsəlik üzrə keçməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. 15 yanvar 2022-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, lakin, notariat kontoru mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunla nəzərdə tutulmuş müddətdə ərizə vermədiyinə görə (vərəsəliklə bağlı müraciət müddətini ötürdüyünə görə) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina etmişdir. Miras əmlakın bölünməsi üzrə bacısı ilə heç bir fikir ayrılığı yoxdur. Mirasın qəbul edilməsi üçün qanunvericilkdə müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürüldüyündən həmin müddətin məhkəmə tərəfindən uzadılması zərurəti yaranmışdır.. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs X6 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoruna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə üçüncü şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Miras əmlak bacısı İddiaçı tərəfindən qəbul edilmişdir. Atasından qalmış miras əmlakla bağlı bacısı İddiaçı ilə onun arasında heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu səbəbdən miras əmlakdan ona düşən paydan bacısı İddiaçı xeyrinə imtina edir. Həmçinin bacısı Yasəmın Əzimovanın iddiasının təmin edilməsinə etirazı yoxdur, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.1984-cü ildə, X3 xx.xx.1983-cü ildə vəfat etmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1957-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, atası X7, anası Səkinə Hümbət qızıdır. Mülki iş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında 149 nömrəli qərarından görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisində ünvan 3 ünvanında qeydiyyatda olan vət.İddiaçı xx.xx.1984-cü ildə vəfat etmiş atası X1 miras qalmış ünvan 4, indiki E.Heydərov küçəsi ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Təqdim edilən sənədlərdən görünür ki. Vət. İddiaçı mirasın qəbul edilməsi barədə notariat ofisinə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etməmişdir. Vət. İddiaçı qızma qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. Mülki iş materiallarında olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi, Şaumyan küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, aprel 1990-cı ildə tərtib edilmiş texniki pasporta əsasən X2 adınadır. İddiaçı ölənin qızı olmaqla həmin tikiliyə dair vərəsəlik hüquqlqrını bərpa etmək istəyir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi). Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) texniki pasport çıxış edir. İddiaçının atası 1984-cü ildə vəfat etdiyindən iddia tələbi mirasına açıldığı vaxt 1984cü ildə qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. 1984-cü ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1247-ci maddəsinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 5 ünvanın mülkiyyətçisi X7 xx.xx.1984-cü tarixdə öləndən sonra onun qızı vərəsəsi İddiaçı həmin əmlakı faktiki qəbul etdiyindən, onun mərhum atasından miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı atası X1 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlaka dair hüquqların qəbul edilməsi müddəti uzadılsın. Bu hüquqdan irəli gələn vəzifələrin icrası Abşeron rayon 1 saylı Notariat Kontoruna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar