Məhkəmə qərarları › İş №e-2(012)-2433/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2433/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2433/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdehlər X2 və "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər X2 və "xxxx" MTK-ya qarşı pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 ilə İddiaçı arasında Abşeron rayon 2 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində 3M-282 reyestr nömrəli ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixində "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, X1 mənzilin alınmasına görə ödənilmiş 26.000 manat, 1.191 manat əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumları, həmçinin cavabdeh "xxxx" MTK-dan 1.200 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına yəni müqavilənin ləğvi barədə qarşı tərəfə bildiriş göndərməsi,imtina aldığı va ya cavab vermədiyi halda məhkəməyə müraciət etməsinə riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilənin ləğv edilməsi ilə bağlı cavabdeh X2 pretenziya ünvanlasa da, digər cavabdeh "xxxx" MTK-ya müqavilənin ləğv olunması barədə pretenziya göndərməmişdir. Buradan da görünür ki, iddiaçı iddia ərizəsinə mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı hər hansı bir sənəd əlavə etməmişdir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsi pretenziya qaydaların əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də, qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçıya göstərilən nöqsan aradan qaldırılması üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X2 və "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar