Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-244/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İddiaçı vəkilləri-nümayəndələri Nümayəndə və Vəkil1,Cavabdeh1 vəkili Vəkil2 olunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi) tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki işə 30 oktyabr 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi) tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin Cavabdeh1 öz hesabına sökülməsi və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən onların öz hesabına sökülməsi və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur.Torpaq sahəsinin qonşuluğundakı Cavabdeh1 tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası onun mülkiyyət hüquqlarını pozur.Belə ki, belə bir binanın inşası üçün cavabdehin heç bir icazə sənədi yoxdur.Həmin evin tikintisi ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınmışdır.Bundan başqa, bina təhlükəsizlik qaydalarına da cavab vermir,təhlükəsizlik qaydalarının tələbləri pozulmuşdur.Evi binanın balkonlarının tam olaraq altında yerləşir.Evinin üstünə və həyətinə hər hansı bir əşyanın atılması qaçılmazdır. Məhkəmə iclasında iddiaçının vəkil-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki,cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili deyildir,torpaq sahəsi cavabdehin mülkiyyətindədir və tikinti üçün İH-dən icazəsi vardır.Həmin tikilinin iddiaçıya hər hansı maneçiliyi yoxdur,ara məsafəsi 12 metr olmaqla, tikintinin iddiaçıya hər hansı bir maneçiliyi yoxdur. Məhkəmə iclasında Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin materiallarında olan ******* saylı xx.xx.2016-cı il tarixli DƏDRX-də verilmiş Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Masazır kəndi,H.Aslanov küçəsi ev 9A İddiaçı mülkiyyətindədir. İşin materiallarında olan Cavabdeh2 adına DƏDRX-tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində 01092 ha torpaq sahəsi onun mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən iddiaçının vəkili Nümayəndə ünvanlanan 12 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayon İH-nin 22 aprel 2022-ci il tarixli məktubu ilə vətəndaş Cavabdeh2 Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha. torpaq sahəsində inşası nəzərdə tutulmuş zirzəmili, birmərtəbəli,mansardlı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır.Fərdi yaşayış evinin tiintisi ilə başlı Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə zidd olaraq yerli İH-dən məlumatlandırma icraatının təsdiq edilməsi barədə Agentliyə məlumat daxil olmamışdır. İşin materiallarında olan Abşeron rayon İH tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki,onun Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha. torpaq sahəsində inşası nəzərdə tutulmuş fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən aşağıdakı şərtlər daxilində razılaşdırılır.- tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinə məlumat verilsin.Əks halda məlumatlandırma icraatı qüvvəsini itirmiş hesab olunur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4268/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə 10/790 nömrəli rəy alınmışdır. Rəyə əsasən qərardadın birinci və ikinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. İşin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5265 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi,Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin giriş-çıxış yolunun dalandan olduğunu, cavabdehə məxsusu tikiliyə girişçııxış yolunun küçədən olduğunu, eləcə də tədqiq olunan tikilinin iddiaçının evinin girişçıxış yolunun qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehlərin inşa etdirdikləri tikilinin iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Yaşayaış evinə təbii günəş işığının keçməsinin və havalandırmasının qarşısının alınıbalınmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətinə aid olmadığından tədqiqat aparılmadı. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1.maddəsinə görə hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 69.1.maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X2rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə 10/790 nömrəli rəy alınmışdır. Rəyə əsasən qərardadın birinci və ikinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir. Rəydən göründüyü kimi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir. Göründüyü kimi bu hal mülkiyyətçinin torpaq sahəsinin sərhəddinə qədər olan məsafə nəzərə alınmaqla verilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5265 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi,Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin giriş-çıxış yolunun dalandan olduğunu, cavabdehə məxsusu tikiliyə giriş-çııxış yolunun küçədən olduğunu, eləcə də tədqiq olunan tikilinin iddiaçının evinin giriş-çıxış yolunun qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehlərin inşa etdirdikləri tikilinin iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Yaşayış evinə təbii günəş işığının keçməsinin və havalandırmasının qarşısının alınıbalınmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətinə aid olmadığından tədqiqat aparılmamışdır. İddiaçı iddia tələbini əsaslandıran, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mübahisəli binanın tikintisi Cavabdeh2 adına DƏDRX-tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi ərazisində 01092 ha torpaq sahəsində , Abşeron rayon İH tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubla məlumatlandırma icraatı qaydasında tikilmişdir. İddia tələbinin mübahisəli binanın inşası ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınması, binanın təhlükəsizlik qaydalarına cavab verməməsi,təhlükəsizlik qaydalarının tələblərinin pozulması kimi dəlillərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və, iş üzrə 200 manat məhkəmə ekspertizası xərci iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi) tikilinin cavabdehin öz hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı 200(iki yüz) manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-244/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-244/2023
30.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver