Məhkəmə qərarları › İş №e-2(012)-248/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-248/2025

22.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-248/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş fərdi yaşayış evi, çəpər və tövlənin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş fərdi yaşayış evi, çəpər və tövlənin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilməsi faktı aşkar olunmuşdur. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Həmçinin AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ARDNŞ-nın İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlə aralarında məhkəmədənkənar razılıq əldə olunmamışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı ARDNŞ-nın İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, neft boru kəmərlərindən 1976-ci ildən istifadə olunmaqdadır. Əvvəllər yeraltı neft kəmərləri başqa ərazidən keçmiş, 2021-ci ildə həmin ərazidə aparılan təmir işlərinə görə yerdəyişmə olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, 1996-cı ildən həmin fərdi evdə yaşayır. İndiki neft kəməri keçən yerdə əvvəl kəmər olmamışdır. 2023-2024-cü illər ərzində neft kəməri çəkilən zaman orada artıq cavabdehin evi var idi. Hazırda neft kəməri evinə yaxındır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Qarovul rəisi X1, mühafizəçilər X4 və X7 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 13:00-da 14-15 saylı postların ərazisində, Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh məxsus iddia edilən, köhnədən metal lövhələrlə çəpərlənmiş həyətyanı sahədə 1.6 metr hündürlüyündə və 12 metr uzunluğunda tikinti işlərinin aparılması aşkar edilmiş, mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək görülən işlərin dayandırılması, həmçinin tikiliyə dair hüquqi sənədlərin təqdim olunması tələb edilmiş, lakin o, qanuni olaraq heç bir hüquqi sənəd təqdim edə bilməmiş, baş vermiş hadisə ilə bağlı sözügedən şəxsə bildiriş verilsə də, o, bildirişi qəbul etməkdən imtina etmişdir. Faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəliyinə, DİN-nin 102 xidmətinə və NKİ-nin AİB-nə məlumat verilmişdir. -Qarovul rəisi X1, mühafizəçilər X4 və X7 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 2-ci iş növbəsində saat 23:50 radələrində 14-15 saylı postların ərazisində Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh məxsus iddia edilən, köhnədən metal lövhələrlə çəpərlənmiş həyətyanı sahədə 1.6 metr hündürlüyündə və 12 metr uzunluğunda tikilinin üzərində yenidən tikinti işinin davam etdirməsi və dam örtüyü vurmaq üçün taxta konstruksiyasının quraşdırılması tərəflərindən aşkar edilmiş, bir daha ev sahibinə mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu bildirilsə də, buna məhəl qoymadan tabesizlik göstərərək işləri dayandırmamış, həmçinin onları həyətyanı sahəsinə buraxmadığına görə hüquqi prosesləri həyata keçirtmək mümkün olmamışdır. Həmçinin aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq qurumlara, faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. -Qarovul rəisi X5, mühafizəçilər X9 və X3 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 3 saylı qarovulun 2-ci iş növbəsində saat 06:00-da 14-15 saylı postların ərazisində Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel, kəmərdən təqribən 30 metr aralı məsafədə, vətəndaş Cavabdeh məxsus olduğu iddia edilən, köhnədən inşa edilmiş evinə bitişik, 2.4 metr hündürlüyündə və 12 metr uzunluğunda olan tövlə tikilisinin dam örtüyünün vurularaq tamamlanması tərəflərindən aşkar edilmiş, ev sahibi onları həyətyanı sahəsinə buraxmadığına görə hüquqi prosesləri həyata keçirtmək mümkün olmamışdır. Həmçinin aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq qurumlara, faktla bağlı fotoşəkillər çəkilərək XTŞnin növbə rəisinə məlumat verilmişdir. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanabaxış keçirilərkən sözügedən ünvanda fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli, 1649 saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ünvanda 1996-cı ildən məskunlaşmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1789 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı İstismarında olan Abşeron rayonu, Böyükşor Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəməri olduğu səbəbindən həmin neft kəmərinin naturada təyin etmək mümkün olmamışdır. Lakin qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən Neft Kəmərləri İdarəsinin mərz nişanı ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasındakı məsafənin 35 metr olduğu müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş məlum akta istinad edərək cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisinin SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək, 2023-2024-cü illər ərzində neft kəməri çəkilən zaman orada artıq cavabdehin evinin mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. Həmin Nizamnamənin 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ARDNŞ-in Neft Kəmərləri İdarəsinin balansında olan neft kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə idarənin subyektiv hüququ mübahisə olunmazdır. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)-3813/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həm mütəxəssis, həm də ekspert rəyləri ilə SOCAR-ın İddiaçı İstismarında olan Abşeron rayonu, Böyükşor Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəməri olduğu səbəbindən həmin neft kəmərinin naturada təyin edilməsinin mümkün olmadığı, lakin qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən Neft Kəmərləri İdarəsinin mərz nişanı ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasındakı məsafənin 35 metr olduğu müəyyən edilmişdir. Həmçinin işin obyektiv həlli üçün məhkəmə tərəfindən əraziyə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mühafizə zonasında cavabdeh tərəfindən fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisi inşa olunmuşdur. Bu hal cavabdeh tərəfindən də etiraf olunsa da, cavabdeh həmin tikililəri sonradan çəkilən kəmərdən əvvəl inşa etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış və ya qeyri-yaşayış sahəsinin inşasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında hər hansı obyektin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia təmin edilməli, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisi onun hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisi onun hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və 95 manat mütəxəssis tədqiqatının dəyəri Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar