Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2495/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda, cavabdehin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsinin sədri Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi mühəndis X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçının həyətinə gələn yolun, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının həyətinin bağlanmış giriş qapısının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. Qonşusu olan Cavabdeh 2021-ci ildə iddiaçının mülkiyyətində olan anbarın küçəyə çıxış hissəsini qanunsuz olaraq bağlayaraq zəbt etdiyi ərazidə (yolda) özbaşına tikinti işləri aparmışdır. Nəticədə, iddiaçı mülkiyyətində olan anbar sahəsindən istifadə edə bilmir. Dəfələrlə, iddiaçı etirazını bildirsə də, cavabdeh bu iradlara məhəl qoymur. Həmçinin, mülkiyyətdə olan torpaq sahəsində və üzərindəki tikililərdə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin yanında olan torpaq sahəsini zəbt etməsi, həmin torpaq sahəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik ikimərtəbəli özbaşına tikili inşa etdirib istifadə etməsi, eyni zamanda, həmin səmtdə iddiaçının torpaq sahəsinə olan çıxışın bağlanması məhkəməyə təqdim olunmuş ilkin sənədlər, texniki pasportun surəti və şəkillərlə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, hesab edir ki, mülki iş üzrə ekspert rəyinin verilməsi zəruridir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin əsas yola çıxışı olduğu halda həmin yol cavabdeh tərəfindən zəbt edilmişdir. Həmçinin, inşa edilmiş tikili qanunun tələblərinə zidd olmaqla 2/3 hissəsi qədər heç olmasa ara məsafəsi olmalıdır. Lakin həmin məsafə gözlənilməmiş, əsas yola çıxış olmamışdır. İddiaçı həmin tikilini özgəninkiləşdirmək istədikdə əsas yola çıxışın olmaması tikilinin də dəyərini aşağı salmış olur. Bu səbəbdən də, iddiaçı heç olmasa, yolun açılmasını təklif edir, cavabdeh buna razı olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya torpaq sahəsinə dair çıxarış verilən zaman, yəni 2011-ci ildə iddiaçının dediyinə görə həmin yerdə cavabdehə məxsus olan tikili olmamışdır. Yerli baxış keçirilsə də, həmin tikilinin yeni tikili olduğu müəyyən olunacaqdır. Hesab edir ki, tikili sökülmüş vəziyyətdə olsa da, iddiaçının hüququ var ki, həmin tikiliyə münasibətdə hüquqlarını bərpa etdirsin. Hasar şəklində olan yarımtikilinin başa çatdırılmamasının səbəbi cavabdeh tərəfindən maneə yaradılmasıdır. Məhkəməyə daxil olmuş mütəxəssis rəyi ilə tanış olmuş və hesab edir ki, həmin rəy işin faktiki hallarını əhatə etmir, işin hallarına heç bir təsir göstərmir. Mütəxəssis rəyi ilə işin yeni halları müəyyən olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o və qardaşı kiçik bir sahibkar kimi fəaliyyət göstərir və hazırda, onların 20-25 nəfər işçisi vardır. O, özü 14 yaşından ticarətlə məşğuldur. Yeni tikili olaraq inşa edildiyi iddia edilən tikili əslində köhnə tikili olmuş və onun tərəfindən təmir etdirilmişdir. Bina yararsız vəziyyətdə olmuş, təmir üçün o, icra başçısından icazə almış və bu barədə sənədləri də vardır. Onun kiçik yaşından ticarətlə məşğul olmasını təsdiq edən fotoşəkilləri mövcuddur. Həmin tikili yeni tikili deyildir. 1988-ci ildə mövcud olmuş daşlar hələ də həmin yerdə mövcuddur ki, bunu ekspert özü də həmin daşların keyfiyyətini müəyyən etməklə aşkara çıxara bilər. Ona məxsus olan sənəd 1988ci ilə aid olan sənəddir. Sözügedən tikili birmərtəbəli olmaqla qəzalı şəraitində olmuş, binaya yoldan gələn su yığıldığından divarlar çatlamışdır. Həmin tikili iki ildir ki, yeni təmirdən çıxmışdır. Hazırda, onda olan sənəd əsasında Nemət adlı çörək zavodu kimi tikili fəaliyyət göstərmiş, həmin tikilini o vaxt onlar alanda yol olmamış, tikiliyə dair çıxarış olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatını təsdiq edərək iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsinin sədri Nümayəndə1 izahatında göstərmişdir ki, o, hazırki mülki iş üzrə tərəfləri tanıyır və tərəflər qonşu olmaqla qonşuluq münasibətləri vardır. Uzun illərdir ki, təxminən 1988-1990-cı illərdən etibarən mübahisəli torpaq sahəsi mövcuddur. Başqa sözlə, iddiaçı bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə, o, iddiaçının müavini olmuş, sözügedən torpaq sahəsi də həmin vəziyyətdə iddiaçının bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdən mövcud olmuşdur. İddiaçı vaxtında torpaq mübahisəsini həll etmiş olsaydı, cavabdeh həmin yerdə tikili inşa etməmiş olardı. İddiaçı sözügedən torpaq sahəsini sovxozun vaxtında özəlləşdirib almışdır. Əgər inşa edilmiş tikilinin ön və arxa hissədən giriş-çıxış qapıları varsa artıq kənar hissədən giriş-çıxış yolunun açılmasına ehtiyac yoxdur. İnşa edilmiş tikili təxminən iki il, il yarım müddətdir ki, inşa edilmiş və layihədə həmin tikili tərəfdən yola çıxış qeyd olunmamışdır. İddiaçı 2004-cü ildən 2014-cü ilə qədər bələdiyyə sədri olmuşdur. Torpaq sahəsi iddiaçının adına 2011-ci ildə qeydə alınmış və həmin müddətdən etibarən iddiaçı cavabdehlərə qarşı tikililərin sökülməsi ilə bağlı hər hansı bir iddiada olmamışdır. 2003-cü ildə torpaq komitəsindən torpaq sahələrinin mülkiyyətçilərinin qeydiyyata alınması ilə bağlı kitabça və xəritə verilmişdir. Xəritədə də həmin yer göstərilmişdir ki, tikintialtıdır və həmin ifadə qurumda məsələn, “BB843” nömrəsi ilə qeydiyyata alınmış, başqa sözlə, vətəndaşın istifadəsindədir. Ümumilikdə, həmin torpaqlar bələdiyyənin mülkiyyətindədir. Həmin ərəfədə iddiaçı bələdiyyə sədri olduğundan çox yaxşı bilirdi ki, torpaq sahələrinin onun torpaq sahəsindən çölə nə çıxışı olmuş, nə istifadə etmiş və cavabdehin istifadəsində olduğunu bildiyi halda həmin vaxt iddia etməmişdir. Artıq üzərindən uzun illər keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda, qeyd olunan torpaq sahəsi uzun müddətdir ki, təxminən 30-32 ildir ki, cavabdehin istifadəsindədir. Həmin torpaq sahəsindən kənar iddiaçıya torpaq sahəsi barəsində verilmiş texniki pasport ikinci sənəd kimi nəzərdən keçirilməklə, həmin sənəddə torpaq sahəsinə dair çertyoj görünür. İddiaçı 2011-ci ildə torpaq sahəsinə dair çıxarış almışdır. Torpaq sahəsinin həm baş, həm ön tərəfdən yolu vardır. Hesab edir ki, torpaq sahəsinin iki tərəfdən yolu varsa, üçüncü hissədən yola ehtiyacı olmamalıdır. Eyni zamanda, iddiaçının tikilisi sadəcə hasar olmaqla, damı yoxdur. Bu səbəbdən də tikili sayıla bilməz. İddiaçıya icazə verilmiş olsa belə, Fatmayı Bələdiyyəsi buna icazə verməyəcəkdir. Çünki torpaq sahəsi hazırki gün bələdiyyə mülkiyyətindədir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi mühəndis X5 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı mütəxəssis rəyini müdafiə etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə çıxarış verilən zaman həmin torpaq sahəsində tikili olub-olmadığını bilmir, belə ki, o, həmin müddətdə sözügedən Ərazi İdarəsində mütəxəssis qismində çalışmamışdır. Torpaq sahəsində tikili varsa həmin torpağa çıxarış verilə bilər. Məsələn, bələdiyyə sənədi, hərracın nəticəsi barədə qəbul edilmiş qərar və sair sənədlər əsasında bu, mümkündür. Belə ki, ilkin növbədə, torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəməyə təqdim edilmiş plan ölçüsündə torpaq sahəsinin koordinatları və ölçüləri göstərilmişdir. Mülkiyyət hüququ yalnız torpaq sahəsi barəsində qeydə alınmışdırsa sadəcə olaraq koordinatlar göstərilir, tikili varsa isə giriş-çıxış nöqtələri qeyd olunur. Yerli baxışda mütəxəssis qismində o da iştirak etmiş və müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində olan tikili tamamilə dağıdılmış, sadəcə olaraq, qalıq divar hissələri, pəncərə və qapı qalmışdır. Lakin həmin tikilinin əvvəldən və ya sonradan inşa edilib-edilməməsi barədə bir rəy verə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən “A” nömrəli qeyriyaşayış binası İddiaçı adına 01 saylı reyestr kitabında 430 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən qeyriyaşayış sahəsi olan anbar İddiaçı mülkiyyətində olmaqla, əsas olaraq Abşeron rayonu 2 nömrəli sovxozun Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1999-cu il tarixli aktı olmuşdur. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AA № 027625 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05/05/9 saylı bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarından çıxarış və xx.xx.2011-ci il tarixli 690/11 saylı bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Məhkəməyə təqdim olunmuş 4 ədəd fotoşəkillərdən görünür ki, ərazidə yarımtikili şəklində hasar mövcuddur və həmin hasarın arxa hissəsində tikili inşa edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Begiyev X4 rayonu Fatmayı kəndi N.Nərimanov küçəsi döngə 1, 8 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Fatmayı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı məxsus 0.0453 ha torpaq sahəsində inşa edilmiş tikilinin damının söküldüyü və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinin faktiki koordinatları **********10 reyestr nömrəli çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş koordinatlarla uyğunluq təşkil edir. İstifadəyə yararsız tikili plan və ölçü sənədinin koordinatları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsi şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən Cavabdeh məxsus qeyri-yaşayış binası ilə, cənub tərəfdən isə başqa vətəndaşa məxsus olan torpaq sahəsi ilə sərhəd təşkil edir. Müxətəssis rəyinə əlavə edilmiş kadastrdan çıxarışdan görünür ki, həmin sənəddə inşa edilmiş tikili şimal və qərb hissəyə yola çıxışı mövcud olmaqla, şərq və qərb hissədən isə yaşayış sahələri ilə əhatə olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən və İddiaçı məxsus olan torpaq sahəsində yarımtikili şəklində hasar qalmış, həmin hasarın arxa hissəsində isə Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsi inşa edilmişdir. Hasarın qalıq divarları qalmış və həmin hissədə qapı və pəncərələr mövcud olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0453 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarış verilmiş və torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı onun xüsusi mülkiyyətində olan yarımtikili şəklində olan tikilinin əsas yola çıxışının olmadığını və həmin hissədə cavabdeh tərəfindən özbaşına tikilinin inşa edildiyini əsas gətirərək tikilinin sökülməsi və əsas yola çıxışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. İİ. bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0453 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla, bu hal hazırki mülki işin mübahisəsiz tərəfidir. Belə ki, sözügedən torpaq sahəsi üzərində iddiaçıya məxsus çıxarışın olması iddiaçının Mülki Məcəllənin 139-1.1. maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı onun xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımtikili şəklində tikilinin inşa edildiyini və həmin tikilidən əsas yola çıxışının olmadığını iddia edərək tikili ilə üzbəüz inşa edilmiş və cavabdehə məxsus olan özbaşına tikilinin sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, mütəxəssis rəyi və yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0453 ha torpaq sahəsində yarımtikili şəklində istinad divarları olan hasar, həmin tikili ilə üzbəüz isə qeyri-yaşayış sahəsi inşa edilmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə (anbar) dair texniki pasport iddiaçının adına 2003-cü ildə, həmin tikilinin yerləşdiyi torpaq sahəsi isə iddiaçının adına xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə də, sözügedən torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına, həmçinin, tikiliyə münasibətdə texniki pasportun verilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin tikili inşası başa çatdırılmamaqla, əksinə sökülmüş, hazırda, həmin ünvan üzrə sadəcə olaraq hasar və istinad divarlarının qalması iş üzrə yerli baxış zamanı da öz təsdiqini tapmışdır. İddiaçı həmin tikilinin ətrafında əsas yola açılan qapıların qoyulduğunu qeyd etsə də, onun cavabdehin istifadəsində olan tikilidən əvvəl qoyulduğunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə araşdırması zamanı sökülməsi tələb olunan tikilinin cavabdehin faktiki istifadəsində və sahibliyində olması öz təsdiqini tapsa da, həmin tikilinin cavabdehə məxsus olduğunu sübuta yetirəcək hüquqmüəyyənedici sənədin olmadığı təsdiqini tapmışdır. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindəki tikili ilə üzbəüz inşa edilmiş cavabdehə məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin sökülməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, həmin tikilinin həqiqətən də cavabdehə məxsus olduğunu sübuta yetirən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, layihədə mübahisəli torpaq sahəsinin giriş-çıxışı nəzərdə tutulmasa da, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin layihəsindən göründüyü kimi, həmin sahənin yola tərəf giriş-çıxışı yoxdur, yalnız şimal-qərb tərəfdən müəyyən olunur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qanunun və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində özbaşına inşa edilmiş tikilinin cavabeh tərəfindən inşa edildiyini iddia etsə də, həmin tikilinin həqiqətən də cavabdehə məxsus olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsinə dair məhkəməyə mütəxəssis rəyi təqdim olunmuş, həmin mütəxəssis rəyi və məhkəmə iclasında dindirilmiş mütəxəssisin ifadəsi əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunmuş koordinatlar əsasında uyğunluq təşkil etdiyi müəyyən olunsa da, həmin torpaq sahəsindəki tikilinin damının söküldüyü, istifadəyə yararsız olduğu təsdiqini tapmış, həmçinin, sözügedən tikilinin şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən cavabdehə məxsus qeyri-yaşayış binası, cənub tərəfdən isə torpaq sahəsi ilə sərhəd təşkil etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə mütəxəssis rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi dəyərləndirib nəzərə alır. Belə ki, iddiaçıya məxsus olan tikilinin əsas giriş-çıxış yolunun şimal və qərb tərəfdən həyətə doğru yolunun açılması həmçinin, üçüncü şəxs bələdiyyə sədrinin izahatı, yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Bu səbəbdən də, iddia tələbləri əsaslı olmadığndan təımin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2495/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2495/2022
31.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver