Məhkəmə qərarları › İş №e-2(012)-2530/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-2530/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2530/2023 22.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh1 qarşı «ilkin alqı-satqı müqaviləsinin, mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair mülki Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında Abşeron rayon 2 saylı notariat ofisində 11 aprel 2022-ci il tarixində 3M-282 reyestr nömrəli ilə bağlanmış ilkin alqısatqı müqaviləsinin və 11 aprel 2022-ci il tarixində "xxxx" MTK ilə onun arasında bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 26000 manat, 1191 manat əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun, həmçinin cavabdeh "xxxx" MTK-dan 1200 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh1 ilə onun arasında Abşeron rayon 2 saylı notariat ofisində 11 aprel 2022-ci il tarixində 3M-282 reyestr nömrəli ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinin və 11 aprel 2022-ci il tarixində "xxxx" MTK ilə onun arasında bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 26000 manat pulun, ödənilmiş dövlət rüsumunun, həmçinin cavabdeh "xxxx" MTK-dan 1200 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh1 11 aprel 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən tikilmiş ünvan 1 ünvanında yüksək mərtəbəli binanın 5 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 62.1 kv.metr olan 68 saylı mənzili 27200 manata almışdır. O, mənzili Cavabdeh1 notarial qaydada imzalanmış 11 aprel 2022-ci il tarixli ilkin müqavilə ilə almışdır. Qeyd edilən məbləğin 26000 manatını notarial qaydada şəxsən Cavabdeh1 özünə ödəmişdir. Qalan 1200 manat məbləğ MTK-ya mənzilin alınmasına görə çəkilən xərclərdir. Ümumilikdə həmin mənzilin alınmasına 27200 manat pul vəsaiti ödəmişdir. Belə ki, mənzili 26000 manat almaqla bağlı ilkin razılıq əldə edilmişdir. Cavabdeh1 notariat kontorunda 26000 manatın özünə verilməsini, qalan pul vəsaitinin "xxxx" MTK-ya rəsmiləşdirmək üçün verilməsini və vəsaitin onda qalmasını, vəsaitin MTK-ya rəsmiləşdirmə zamanı elə onun verməsini bildirmişdir. O, qalan vəsaiti E.T.Səməndərova təqdim edərək evə dair müqaviləni təsdiq etdirmişdir. Beləliklə onun tərəfindən ümumilikdə təmirsiz mənzilə razılaşdırılmış 27000 manat tam ödənilmişdir. Həmçinin bundan sonra 200 manat "xxxx" MTK-ya komunal sayğaclara görə ödənilmişdir. Lakin bildirmək istəyir ki, mənzili alandan bir-neçə ay sonra ona məlum olmuşdur ki, mənzil satılanda problemli olmuş və Cavabdeh1 mənzil əldən çıxmasın deyə ona satmış və beləliklə özünü oyundan təmiz çıxartmışdır. Həmin məsələdə qaranlıq məqamlar mövcuddur. Çünki sonradan ona məlum olmuşdur ki, mənzil ona satılan zaman Cavabdeh1 mənzilin digər şəxsə satılması barədə məlumatı olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 03 yanvar 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili pay kimi payçı Cavabdeh1 verməyi, payçı Cavabdeh1 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın 03 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmiş, İddiaçı MTK-ya borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış 11 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Nağıyev X1 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə 26000 manat məbləği satıcı Cavabdeh1 ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın 11 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzilin dəyəri 26000 manat İddiaçı tərəfindən ödənilmiş, İddiaçı MTK-ya borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 03 yanvar 2022-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili pay kimi payçı Cavabdeh1 verməyi, payçı Cavabdeh1 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış 11 aprel 2022-ci il tarixli ilkin alqı-satqı müqavilədən göründüyü kimi satıcı Nağıyev X1 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə 26000 manat məbləği satıcı Cavabdeh1 ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra 11 aprel 2022-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, "xxxx" MTKnın 11 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 68 №-li mənzilin dəyəri 26000 manat İddiaçı tərəfindən ödənilmiş, İddiaçı MTK-ya borcu yoxdur. Payçı İddiaçı tərəfindən 11 aprel 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə üzrə öhdəlik tam icra olunduğu halda, cavabdeh təşkilat olan "xxxx" MTK tərəfindən öhdəlik icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Cavabdeh1 ilə İddiaçı arasında Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış 11 aprel 2022-ci il tarixli, 3M-282 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi və "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 11 aprel 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv ediməli və müqavilə ləğv edildiyindən müqavilə üzrə ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış 11 aprel 2022-ci il tarixli, 3M-282 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi və "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 11 aprel 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 26000 manat pul,cavabdeh "xxxx" MTK-dan 1200 manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar