Məhkəmə qərarları › İş №e-2(012)-2533/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2533/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2533/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Cavabdeh-vərəsə Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər-vərəsələr Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 101801-38679/2 nömrəli istehlak krеditi müqaviləsi üzrə 1053.31 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 1053.31 (Bir min əlli üç manat otuz bir qəpik) manat, 101893- PC********** nömrəli müqavilə üzrə 948.36 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 948.36 (Doqquz yüz qırx səkkiz manat 36 qəpik )manat, hər iki müqavilə üzrə cəmi 2001.67 manat və dövlət rüsumu olaraq ödənilmiş 30.4 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 03 aprel 2018 il tarixli, 101893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 17 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1000 (Bir min) manat olan kredit xətti ayrılmışdır və 28 iyun 2018 il tarixli, 101801-38679/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 2000.00 (İki min (.00)) manat məbləğində kredit verilmişdir.X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair 3 saylı “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı “Asan Xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi X3 və Cavabdeh2 tanınmış və bu barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh2 və X3 miras əmlak olan— ünvan 1 ünvanlı mənzildən hər biri 1/2 hissədə pay almışdır.Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı X3 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir.21 fevral 2024-cü il tarixə Borcalanın 101801-38679/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 1053.31 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 1053.31 (Bir min əlli üç (.31)) manat, 101893-PC********** nömrəli müqavilə üzrə 948.36 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 948.36 (Doqquz yüz qırx səkkiz (.36)) manat, hər iki müqavilə üzrə 2001.67 manat məbləğində kredit borcu yaranmışdır.Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh-vərəsə Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, mərhum X4 onun atasıdır,22 fevral 2019-cu il tarixdə vəfat etmişdir.Atası İddiaçı ASC-dən 03 aprel 2018 il tarixdə 1000 (Bir min) manat və 28 iyun 2018 il tarixdə 2000.00 (İki min (.00)) manat məbləğində kredit götürmüşdür.Qanuni vərəsə kimi o, və bacısı Cavabdeh1 tanınmışlar və əmlak mirasdan hər biri 1/2 hissədə pay almışlar. Hazırda 600 manat maaş alır, üstünü düzəldib ipoteka ödəyir.digər öhdəlikləridə vardır.Odur ki, o, borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməs səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 28 iyun 2018 il tarixli, 101801-38679/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X4 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1000 (Bir min) manat olan kredit xətti ayırmışdır. İş materiallarında olan 03 aprel 2018 il tarixli, 101893-PC********** nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X4 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 2000.00 (İki min (.00)) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 03 aprel 2018 il tarixli, 101893-PC********** saylı kredit müqaviləsi üzrə 21 fevral 2024-cü il tarixinə X1 948,36 manat borcu vardır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 28 iyun 2018 il tarixli, 101801-38679/2 saylı kredit müqaviləsi üzrə 21 fevral 2024-cü il tarixinə X1 1053,31 manat borcu vardır. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamədən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 16 aprel 2021-ci ildə vərəsəlik işi açılmış və 16 aprel 2021-ci tarixdə 2V-307 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 vərəsələri oğlu Cavabdeh2 və qızı Cavabdeh1dır. Məhkəmə cavabdeh-vərəsələrdən Cavabdeh2 dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə borclu-mərhum X4 arasında 03 aprel 2018 il tarixli, 101893- PC********** nömrəli və 28 iyun 2018 il tarixli, 101801-38679/2 nömrəli kredit müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinəəsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 xx.xx.2021-ci ildə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, X1 vərəsələri oğlu Cavabdeh2 və qızı Cavabdeh1 vərəsə kimi tanınmışdır.Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum X4 ilə İddiaçı ASC arasında bağlanmış 03 aprel 2018 il tarixli, 101893-PC********** nömrəli və 28 iyun 2018 il tarixli, 101801-38679/2 nömrəli kredit müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh1 vərəsə olaraq İddiaçı ASC qarşısında həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 03 aprel 2018 il tarixli, 101893-PC********** nömrəli və 28 iyun 2018 il tarixli, 101801-38679/2 nömrəli kredit müqavilələri üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 34,55 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər – vərəsələr Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 101801-38679/2 nömrəli istehlak krеditi müqaviləsi üzrə 1053.31 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 1053.31 (Bir min əlli üç manat otuz bir qəpik) manat, 101893-PC********** nömrəli müqavilə üzrə 948.36 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 948.36 (Doqquz yüz qırx səkkiz manat 36 qəpik )manat, hər iki müqavilə üzrə cəmi 2001.67 manat və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsait alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar