Məhkəmə qərarları › İş №e-2(012)-2561/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2561/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2561/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə 13 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 101,5 manat əsas, 15,2 manat cərimə, cəmi 116,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,8 manat əsas, 65,9 manat cərimə, cəmi 505,7 manat, ümumilikdə iki müqavilə üzrə 541,3 manat əsas, 81,1 manat cərimə, cəmi 622,4 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh – Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli №010829010 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, "GREE" markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla, cəmi 934 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "SAMSUNG" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla, cəmi 529.80 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli №010829010 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 11 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 90 manat ödəniş etmiş və qalan borcu qaytarmamışdır. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 5652 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı xx.xx.2021-ci il tarixli №010829010 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 152 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 659 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%i yəni, xx.xx.2021-ci il tarixli №010829010 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 15.2 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 65.9 manat İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli №010829010 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla, cəmi 934 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 12 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla, cəmi 529.80 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışlarına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış borcu 101,5 manat əsas, 15,2 manat cərimə, cəmi 116,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,8 manat əsas, 65,9 manat cərimə, cəmi 505,7 manat, ümumilikdə iki müqavilə üzrə 541,3 manat əsas, 81,1 manat cərimə, cəmi 622,4 manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 65,9 manat məbləğində cərimənin azaldılaraq 06 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməl idir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 101,5 manat əsas, 15,2 manat cərimə, cəmi 116,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,8 manat əsas, 06 manat cərimə, cəmi 445,8 manat, ümumilikdə iki müqavilə üzrə 541,3 manat əsas, 21.2 manat cərimə, cəmi 562.5 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 101,5 manat əsas, 15,2 manat cərimə, cəmi 116,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,8 manat əsas, 06 manat cərimə, cəmi 445,8 manat, ümumilikdə iki müqavilə üzrə 541,3 manat əsas, 21.2 manat cərimə, cəmi 562.5 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar