Məhkəmə qərarları › İş №e-2(012)-2740/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2740/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2740/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə 07 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* №-li əsasında ona əsassız olaraq hesablanmış 5767.20 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Görədil kəndində yerləşən 39 saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin evə dair **********20220 nömrəli abonent kodu da iddiaçının adına qeydiyyata alınmışdır. Həmin ünvanda yaşadığı dövrdə qaz pulunun ödənişi ilə əlaqədar heç bir problem olmamışdır. Belə ki, həmişə ödəniş qaz kartına yüklənmiş və oradan da istifadə edilmişdir. İddiaçı yaxınlarda karta pul yükləmək istədikdə, ödənilmiş pulun müəyyən hissəsinin cəriməyə çıxıldığını müəyyən etmiş və qaz idarəsinə müraciət etdikdə, ona xx.xx.2020-ci il tarixli akta əsasən 5767.20 manat cərimə yazıldığı bildirilmişdir. Bundan sonra Cavabdeh İB-yə vəkil sorğusu göndərilmiş və müvafiq sənədlər əldə edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:30-da abonentin mənzilinə baxış keçirilmiş, qeyri-qanuni birləşmədən istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadı olunduğu aşkar edilmişdir. İddiaçı, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt ilə 5767.20 manat dəymiş ziyanın onun tərəfindən ödənilməsi ilə razı deyildir. İddiaçı hesab edir ki, hazırki iddia iddiaçının istehlakçı kimi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin iddiaya müqavilənin bağlandığı və iddiaçının yaşadığı Abşeron Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 0.8 m3/saat x 24saat x 270 gün = 10368 m3, 2.6 m3/saat x 24 saat x 270 gün = 19440 m3, 4.3m3x24 saat x270 gün=27864m3 olmaqla, cəmi 57672 m3 (5767.2 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********20220 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli akt əsasında 5767.2 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir.Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 0.8 m3/saat x 24saat x 270 gün = 10368 m3, 2.6 m3/saat x 24 saat x 270 gün = 19440 m3, 4.3m3x24 saat x270 gün=27864m3 olmaqla, cəmi 57672 m3 (5767.2 manat) əlavə ödəniş hesablanmışdır.Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********20220 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli akt əsasında 5767.2 manat borc hesablanmışdır.Abonentin saldosundan müəyyən edilir ki, 2020-ci ilin akt tərtib edilənədək və ondan sonrakı dövrdə qanunsuz istifadə halı aşkar edilməmişdir.Qeyd edilən cərimə məbləği isə adekvat deyildir. O halda məhkəmə hesab edir ki, 5767,2manat cərimənin 1/3 hissəsini təşkil edən 1922,40 manat hissəsi saxlanılmalı,qalan məbləği təşkil edən 3844,8 manat hissəsi isə əsassız olduğundan silinməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib 50 manatı Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu **********20220) dairxx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 5767.2 manat cərimə borcu 1922,40 manat müəyyən edilsin, cərimənin qalan məbləği 3844,8 manat hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 50 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar