Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2764/2022 04.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı borc tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə RSK5685149 saylı müqavilə üzrə 710 (yeddi yüz on) manat əsas borc, 212 (iki yüz on iki) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 952 (doqquz yüz əlli iki) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh2 arasında 22 yanvar 2019-cu il tarixində “Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 22 yanvar 2019-cu il tarixli RSK5685149 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 909 (doqquz yüz doqquz) manat olan 1 ədəd "Samsung" markalı telefon almış, ilkin ödəniş olaraq 105 (bir yüz beş) manat ödəniş etmiş, nəticədə 804 (səkkiz yüz dörd) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 22 yanvar 2019-cu il tarixli RSK5685149 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 27(iyirmi yeddi) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 909 (doqquz yüz doqquz) manat olan 1 ədəd "Samsung'' markalı telefon üçün ümumilikdə 710 (yeddi yüz on) manat ödənilməmiş hissə, 212 (iki yüz on iki) manat faiz borcu yaranmışdır. Eyni zamanda RSK5685149 saylı müqavilənin təminatı qismində 22 yanvar 2019-cu il tarixdə Cavabdeh1 ilə də zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi, onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı, bir illik hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh2 İddiaçı ümumi dəyəri 909 (doqquz yüz doqquz) manat olan 1 ədəd “Samsung Galaxy A7 2018 SM-A750 Black” markalı telefonu qəbul etmiş ilkin ödəniş çıxıldıqdan sonra qalan 804 (səkkiz yüz dörd) manatı 12 ay müddətinə ayda 67 (altmış yeddi) manat olmaqla hər ayın 21-dək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini xx.xx.2019-cu il tarixli, ******* saylı Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən satıcı qarşısında öz öhdəliklərinin icra etməsi üçün zaminin məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. -xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan və qəbzdən görünür ki, cavabdehə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 10 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çağırdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi Cavabdeh2 kredit verilərkən İddiaçı ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, ******* saylı zaminlik müqaviləsinin müddəti də 12 aydır, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, halbuki, zaminə münasibətdə xx.xx.2021-ci il tarixdə belə bir iddia qaldıra bilərdi. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir M əhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh2 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən ondan əsas borc üzrə 710 (yeddi yüz on) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilənin 2.4 bəndinə görə aylıq ödəniş vaxtında ödənilməzsə hər gecikən gün üçün 1% cərimə ödənilir. Göründüyü kimi iddiaçı cərimə borcunu faiz borcu kimi tələb edir. Tərəflər arasında bağlanan müqavilədə faiz nəzərdə tutulmadığından iddia tələbi faiz borcu hissəsində əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 710 (yeddi yüz on) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat, cəmisi 730 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2764/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2764/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver