Məhkəmə qərarları › İş №e-2(012)-2766/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2766/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2766/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzilin alışı üçün ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin iddiaçıya ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması və ya iddiaçıya qaytarılmayan əlavə dəyər vergisi məbləğində vəsaitin, yəni 5943,24 manat pul vəsaitinin, eləcə də ödənilmiş 79,43 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Satıcı” "xxxx" ASC (VÖEN: **********) ilə “Alıcı” X3 (AZE ********) arasında xx.xx.2023-cü il tarixli **********05046 nömrəli “Alqı-satqı Müqaviləsi” bağlanmışdır. Həmin Müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə bunun müqabilində mənzilin dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri ƏDV daxil 129871 (əsas məbləğ: 110060,17, ƏDV məbləğ: 19810,83) müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinin tələblərini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə Alıcı mənzilin dəyərinin 30 faizini, yəni 38971 manat məbləği (əsas məbləğ: 33026,27, ƏDV məbləğ: 5944,73) ilkin ödəniş olaraq Satıcıya ödəmişdir. xx.xx.2024-cü il tarixdə “Satıcı” "xxxx" ASC (VÖEN: **********), “Alıcı” X2 (AZE ********) və “Yeni Alıcı”, yəni onun arasında “xx.xx.2023-cü il tarixli **********05046 nömrəli alqı-satqı müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Razılaşma” bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixli **********05046 nömrəli alqı-satqı müqaviləsi üzrə “Alıcı”ya məxsus hüquqlar “Yeni Alıcı”ya, yəni ona ötürülmüşdür. Bu Razılaşmaya əsasən sözügedən mənzil mülkiyyətinə keçdiyindən, Alıcının mənzilə olan borcu tərəfindən hissə-hissə ABB-yə ödənilməyə davam edir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda ƏDV “Alıcı” ya qaytarılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına,ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Nəzərə çatdırır ki, "xxxx" ASC sözügedən mənzilin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürmədiyindən və onu çap edərək Alıcıya təqdim etmədiyindən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəyə bilməmişdir. Belə ki, bu səbəbdən ƏDV daxil bütün ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına ödənilmişdir. Həmçinin bu səbəbdən Alıcı sözügedən Qaydada nəzərdə tutulan zəruri sənəd və məlumatları (ödənişin təyinatı. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi və s.) Dövlət Vergi Xidmətinə təqdim edə bilmədiyindən aldığı yaşayış sahəsinə görə ƏDV-ni qaytarması mümkün olmamışdır. Qeyd olunan məsələ ilə bağlı tərəfindən Dövlət Vergi Xidmətinə və "xxxx" ASC-yə müvafiq məktublar ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona göndərilən xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- V-5xx-xx/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən bank ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı, ödənişin təyinatı hissəsində isə elektron qaimə fakturanın tarixi, seriyası və nömrəsi, ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) qeyd edilməlidir. Bildiririk ki, qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir: yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti (alqı-satqı müqaviləsi); - alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi.” "xxxx" ASC tərəfindən ona göndərilən xx.xx.2025-ci il tarixli 6-2-136/2-Ç-1-21/2025 nömrəli məktubunda qeyd olunmuşdur: “Bildirir ki, ərizənizdə qeyd edilən ipoteka məbləğinin birbaşa "xxxx" ASC-nin hesabına köçürülməsi ilə bağlı ödəniş tapşırıqları təqdim etdiyiniz faylda əksini tapmışdır. Kredit öhdəliyinin rəsmiləşdiyi müddətdə satıcı - "xxxx" ASC e-qaimə təqdim etməmiş və E-qaimə olmadığından mənzilin dəyərindəki məbləğ bütöv şəkildə satıcının bank hesabına köçürülmüşdür. (ƏDV Depozit hesabına köçürülmə olmamışdır). Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddia tələbini əsassız olduğundan qəbul etmir. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzili "xxxx" ASC-dən yox, başqa şəxsdən kreditlə almışdır. Mənzilin ilk sahibi ilə iddiaçı arasında razılaşdırılmış məbləğ və şərtlər ilə ev iddiaçının adına keçmişdir. Həmin mənzil ipoteka ilə yüklü edilmiş və ödənişlər cədvəl üzrə iddiaçıya yönəldilmişdir. İddia tələbi ilə bağlı onu qeyd edir ki, mənzilə görə ƏDV-nin qaytarılması öhdəliyi vergi orqanlarının üzərinə düşür. Bununla analoji işlər olmuş və qətnamə qəbul edilmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda ƏDV “Alıcı” ya qaytarılır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“Satıcı” "xxxx" ASC ilə “Alıcı” X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********05046 nömrəli “Alqı-satqı Müqaviləsi” nə əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə bunun müqabilində mənzilin dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli 280 KB nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borc verən "xxxx" ASC arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alan X1 120 ay müddətində 90900 manat məbləğində, kreditdən istifadəyə görə illik 8 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixdə “Satıcı” "xxxx" ASC , “Alıcı” X2 və “Yeni Alıcı” İddiaçı arasında bağlanmış “xx.xx.2023-cü il tarixli **********05046 nömrəli alqı-satqı müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Razılaşma” nın 1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixli **********05046 nömrəli alqı-satqı müqaviləsi üzrə “Alıcı”ya məxsus hüquqlar “Yeni Alıcı”ya ötürülmüşdür. -xx.xx.2024-cü il tarixli 009 AD/KB nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borc verən "xxxx" ASC arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alan İddiaçı 108 ay müddətində 80020 manat məbləğində, kreditdən istifadəyə görə illik 8 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- V-5xx-xx/2025 nömrəli məktubdan görünür ki, “Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən bank ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı, ödənişin təyinatı hissəsində isəelektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi, ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) qeyd edilməlidir. Bildirir ki, qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir: - yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti (alqı-satqı müqaviləsi); - alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi.” "xxxx" ASC tərəfindən mənə göndərilən xx.xx.2025-ci il tarixli 6-2-136/2-Ç-1-21/2025 nömrəli məktubunda qeyd olunmuşdur: “Bildiririk ki, ərizənizdə qeyd edilən ipoteka məbləğinin birbaşa "xxxx" ASC-nin hesabına köçürülməsi ilə bağlı ödəniş tapşırıqları təqdim etdiyiniz faylda əksini tapmışdır. Kredit öhdəliyinin rəsmiləşdiyi müddətdə satıcı - "xxxx" ASC e-qaimə təqdim etməmiş və Eqaimə olmadığından mənzilin dəyərindəki məbləğ bütöv şəkildə satıcının bank hesabına köçürülmüşdür. (ƏDV Depozit hesabına köçürülmə olmamışdır). -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X2 arasında bağlanılmış olan xx.xx.2023-cü il tarixli **********05046 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzili, mənzilin ümumi dəyəri 129871 manat, mənzilin ilkin ödənişi 6 faiz olmaq şərtilə İddiaçı satmışdır. Hal-hazırda İddiaçı xx.xx.2024-cü il tarixinə qalıq borcu 80020 manat və 108 ay təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, sözügedən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, 140 №-li, 3 otaqlı mənzil əvvəlcə X2 tərəfindən "xxxx" ASCdən ipoteka yolu ilə alınmış, sonradan ipoteka ilə yüklü edilmiş mənzil X2 tərəfindən İddiaçı satılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" ASC sözügedən mənzilin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürmədiyindən və onu çap edərək Alıcıya təqdim etmədiyindən Alıcı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəyə bilməmişdir. Belə ki, bu səbəbdən ƏDV daxil bütün ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına ödənilmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət edərək, mənzilin alışı üçün ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona ödənilməsinin və ya ona qaytarılmayan əlavə dəyər vergisi məbləğində vəsaitin, yəni 5943,24 manat pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda ƏDV “Alıcı” ya qaytarılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına,ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə işin tədqiq edilən hallarını və sübutları qiymətləndirərək qeyd edir ki, Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”sının 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. MTK 2018-2019-cu illərdə təməli qoyulmuş binalar üzrə həmin dövr qüvvədə olmuş Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********498400 saylı məktubundan da göründüyü kimi tələb olunan müvafiq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etdikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə də, iddiaçının qeyd etdikləri sözügedən Fərmanın təsiri altına düşmür. Qeyd edilən normaya görə isə daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada şəyata keçirilir. Həmçinin məhkəmə cavabdeh tərəfin Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.3-cü bəndinə əsasən müvafiq portal üzərindən müraciət etmədiyi üçün 90 gün müddəti ötürməsi ilə bağlı dəlili ilə razılaşır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və iddiaçı mənzilin alışına görə əlavə dəyər vergisinin ödənilməsini Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb etməli olduğu halda, "xxxx" MMC-dən tələb etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar