Məhkəmə qərarları › İş №e-2(012)-2768/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2768/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2768/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bosch markalı qabyuyan üçün 255 manat ödənilməmiş hissə, 25,50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Roborock S8 markalı robot tozsoran üçün 1261 manat ödənilməmiş hissə, 126,10 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********69700 olan İphone 15 Pro Max markalı telefon üçün 2319,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 231,99 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HAVLU - TEKSTİL - SV - STREET, HAVLU - TEKSTİL - SV - CARDİNAL 2 ədəd, NEVRESİM TAKİMİ - TEKSTİL üçün 591,80 manat ödənilməmiş hissə, 59,18 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********17633 olan Samsung Galaxy A35 5G markalı telefon üçün 699,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 70 manat cərimə olmaqla, ümumilikdə 5687,63 manat borcun və 76,88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Bosch markalı qabyuyan, Roborock S8 markalı robot tozsoran, İmei kodu **********69700 olan İphone 15 Pro Max markalı telefon, HAVLU - TEKSTİL - SV - STREET, HAVLU - TEKSTİL - SV - CARDİNAL 2 ədəd, NEVRESİM TAKİMİ - TEKSTİL, İmei kodu **********17633 olan Samsung Galaxy A35 5G markalı telefon almış və nəticədə 5687,63 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2296,08 manat, Bosch markalı qabyuyan üçün 255 manat ödənilməmiş hissə, 25,50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3244,86 manat, Roborock S8 markalı robot tozsoran üçün 1261 manat ödənilməmiş hissə, 126,10 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4640,04 manat, İmei kodu **********69700 olan İphone 15 Pro Max markalı telefon üçün 2319,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 231,99 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 761,22 manat, HAVLU - TEKSTİL - SV - STREET, HAVLU - TEKSTİL - SV - CARDİNAL 2 ədəd, NEVRESİM TAKİMİ - TEKSTİL üçün 591,80 manat ödənilməmiş hissə, 59,18 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 741,96 manat, İmei kodu **********17633 olan Samsung Galaxy A35 5G markalı telefon üçün 699,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 70 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6556,50 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03573752 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Bosch markalı qabyuyan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03574990 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Roborock S8 markalı robot tozsoran almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 18553233 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Şammedova X1 **********69700 olan İphone 15 Pro Max markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04087673 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh HAVLU - TEKSTİL - SV - STREET, HAVLU - TEKSTİL - SV - CARDİNAL 2 ədəd, NEVRESİM TAKİMİ - TEKSTİL almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Şammedova X1 **********17633 olan Samsung Galaxy A35 5G markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 255 manat ödənilməmiş hissə, 25,50 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03574990 saylı müqaviləyə əsasən 1261 manat ödənilməmiş hissə, 126,10 manat cərimə, xx.xx.2023-cü il tarixli, 18553233 saylı müqaviləyə əsasən 2319,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 231,99 manat cərimə, xx.xx.2024-cü il tarixli, 04087673 saylı müqaviləyə əsasən 591,80 manat ödənilməmiş hissə, 59,18 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqaviləyə əsasən 699,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 70 manat cərimə olmaqla, ümumilikdə, 5687,63 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 443.1-ci, 445.1-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 03573752 saylı, xx.xx.2023-cü il tarixli, 03574990 saylı, xx.xx.2023-cü il tarixli, 18553233 saylı, xx.xx.2024-cü il tarixli, 04087673 saylı və xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2023-cü il tarixli, 03573752 saylı, xx.xx.2023-cü il tarixli, 03574990 saylı, xx.xx.2023-cü il tarixli, 18553233 saylı, xx.xx.2024cü il tarixli, 04087673 saylı və xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli, 03573752 saylı müqaviləyə əsasən hesablanmış 25,50 manat cərimə, xx.xx.2024-cü il tarixli, 04087673 saylı müqaviləyə əsasən hesablanmış 59,18 manat cərimə və xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqaviləyə əsasən hesablanmış 70 manat cərimə pulu 5 manat, xx.xx.2023-cü il tarixli, 03574990 saylı müqaviləyə əsasən hesablanmış 126,10 manat cərimə pulu 10 manat, xx.xx.2023-cü il tarixli, 18553233 saylı müqaviləyə əsasən hesablanmış 231,99 manat cərimə pulu isə 20 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 76,88 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 03573752 saylı müqaviləyə əsasən Bosch markalı qabyuyan üçün 255 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03574990 saylı müqaviləyə əsasən Roborock S8 markalı robot tozsoran üçün 1261 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli, 18553233 saylı müqaviləyə əsasən İmei kodu **********69700 olan İphone 15 Pro Max markalı telefon üçün 2319,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli, 04087673 saylı müqaviləyə əsasən HAVLU - TEKSTİL - SV - STREET, HAVLU - TEKSTİL - SV - CARDİNAL 2 ədəd, NEVRESİM TAKİMİ - TEKSTİL üçün 591,80 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10738315 saylı müqaviləyə əsasən İmei kodu **********17633 olan Samsung Galaxy A35 5G markalı telefon üçün 699,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 5 manat cərimə olmaqla, ümumilikdə 5219,86 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,88 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar