Məhkəmə qərarları › İş №e-2(012)-2777/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2777/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2777/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PHİLİPS, PALTARYUYAN SAMSUNG üçün 1401.1 (bir min dörd yüz bir manat on qəpik) manat ödənilməmiş hissə, 140.9 (yüz qırx manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NEVADA - QONAQ - TV STEND, ƏTÇƏKƏN PANASONİC üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MİNİ SOBA HOFFMANN üçün 81.2 (səksən bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə, ümumilikdə 1779 manat borc, 37.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazımi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 567, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 -ci il tarixli müqavilələrə əsasən, TOZSORAN PHİLİPS, PALTARYUYAN SAMSUNG, NEVADA- QONAQ - TVSTEND, ƏTÇƏKƏN PANASONİC, MİNİ SOBAHOFFMANN almış və nəticədə 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1028.5 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 2643-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PHİLİPS, PALTARYUYAN SAMSUNG üçün 1401.1 (bir min dörd yüz bir manat on qəpik) manat ödənilməmiş hissə, 140.9 (yüz qırx manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NEVADA - QONAQ - TV STEND, ƏTÇƏKƏN PANASONİC üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MİNİ SOBA HOFFMANN üçün 81.2 (səksən bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə, ümumilikdə 1779 manat borc, 37.79 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PHİLİPS, PALTARYUYAN SAMSUNG üçün 1401.1 (bir min dörd yüz bir manat on qəpik) manat ödənilməmiş hissə, 140.9 (yüz qırx manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, NEVADA - QONAQ - TV STEND, ƏTÇƏKƏN PANASONİC üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MİNİ SOBA HOFFMANN üçün 81.2 (səksən bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə, ümumilikdə 1779 manat borc, 37.79 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər) Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar